GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şagirdlərin çoxu tərcümeyi-halını yaza bilmir – ARAŞDIRMA

Şagirdlərin çoxu tərcümeyi-halını yaza bilmir – ARAŞDIRMA

Tarix: 19-02-2015, 22:06 Bölmə :Ölkə Baxış: 0
Şagirdlərin çoxu tərcümeyi-halını yaza bilmir – ARAŞDIRMA

V-VI siniflərdə keçirilən monitorinq imtahanları şagirdlərin bilik səviyyəsinin minimal standartlara da cavab vermədiyini üzə çıxardı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin bilik səviyyəsini ölçmək, onların tədris proqramlarını hansı səviyyədə mənimsədiyini müəyyənləşdirmək məqsədilə iki ildir ki, monitorinq imtahanları keçirir. 2013-cü ildə V sinif, 2014-cü ildə V-VI sinif şagirdləri arasında ana dili (Azərbaycan bölməsi şagirdləri üçün Azərbaycan dili, rus bölməsi şagirdləri üçün rus dili) və riyaziyyat fənləri üzrə monitorinq imtahanları təşkil olunub. Bu imtahanlarda şagirdlər açıq tipli tapşırıqlar üzrə yazı işləri yerinə yetiriblər.

TQDK bu il ilk dəfə olaraq, həmin monitorinq imtahanlarının nəticələrinə dair elmi-statistik təhlillərini xüsusi jurnalda dərc edib. “Abituriyent” jurnalının 12-ci sayına əlavədə dərc olunmuş materiallarda iki il ərzində keçirilmiş monitorinq imtahanlarının nəticələrindən bəhs olunur. 2013-cü ildə keçirilən imtahanlarda 29 şəhər və rayonun V sinif şagirdləri, 2014-cü il imtahanlarında isə 25 şəhər və rayonun orta ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak ediblər. Bakı, Sumqayıt və Abşeronun rayonundan olan şagirdlərin nəticələri şərti olaraq “Zona-1” (şəhər məktəbləri) və “Zona-2” (kənd məktəbləri) şəklində qruplaşdırılıb.

Xatırladaq ki, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək səlahiyyətləri prezidentin 16 yanvar 2013-cü il tarixli fərmanı ilə TQDK-ya verilib. Komissiya bu imtahanları ölkə üzrə seçilmiş şəhər və rayonların məktəblərində aparıb. Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”ndakı məzmun standartlarına uyğun müvafiq fənlər üzrə tapşırıqlar tərtib edilib. Alt-standartlara müvafiq şəkildə hazırlanmış açıq testlər mürəkkəblik dərəcəsinə görə sadə, orta və çətin səviyyəli tapşırıqlardan ibarətdir.

Bəs, monitorinq imtahanlarının nəticələri nəyi göstərir: şagirdlərin bilik səviyyəsi dövlətin təhsilin məzmununa dair müəyyənləşdirdiyi standartlara nə dərəcədə cavab verir? Şagirdlər hansı məzmunda və hansı mövzulara dair suallardan daha çox çətinlik çəkir?

Bəri başdan deyək ki, TQDK iki il ərzində keçirdiyi monitorinq imtahanlarında ümumilikdə 64 min 727 şagirdin biliyi yoxlanılıb. 2013-cü ildə V sinif şagirdləri üçün keçirilən imtahanlarda 23 min 52 nəfər, ötən il V-VI sinif şagirdləri arasında təşkil olunan imtahanlarda isə 41 min 675 nəfər iştirak edib. 2013-cü il imtahanlarında ana dilindən 20 tapşırığı yerinə yetirmək üçün şagirdlərə 60 dəqiqə və esse (yazı işi) yazmaq üçün 30 dəqiqə, riyaziyyatdan 18 tapşırığın həllinə görə 90 dəqiqə vaxt verilib. 2014-cü ildə isə ana dilindən 20, riyaziyyatdan 25 tapşırığın yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılıb. Yazı işləri TQDK-nın marker qismində dəvət etdiyi orta məktəb müəllimləri tərəfindən yoxlanılıb. Ötən il Azərbaycan dili fənnindən tapşırıqların yoxlanması prosesinə Bakı, Naxçıvan, Gəncə, Şəki, Göyçay, Lənkəran, Ağcabədi və Şirvan şəhərindən ümumilikdə 124 müəllim, riyaziyyat üzrə tapşırıqları yoxlamaq üçün 131, rus dili fənni üzrə tapşırıqların yoxlanmasına isə yalnız Bakı şəhərindən 17 müəllim cəlb olunub.

Bütövlükdə monitorinq imtahanlarında şagirdlərin yerinə yetirdikləri tapşırıqlarını yoxlamaq üçün TQDK kurikulum əsasında müvafiq fənlərdən dərs deyən 6 min müəllimi marker qismində əməkdaşlığa dəvət edib və onlardan yalnız 910-u seçmə mərhələsindən keçə bilib. Həmin müəllimlər monitorinq imtahanlarının keçirildiyi 2 il ərzində 60 mindən çox yazı işini yoxlayıb. Birinci il bu proses çox çətinliklərlə yadda qalıb və müəyyən olunub ki, müəllimlər yazı işinin qiymətləndirilməsini apara bilmir. Ona görə də TQDK 2013-cü ildə keçirilən monitorinq imtahanlarındakı tapşırıqların nəticəsini iki dəfə yoxlayıb. 2014-cü ildə imtahanlar davam edən zaman hələ 2013-cü ildə keçirilən imtahanların nəticələri yoxlanılırdı.

İmtahan nəticələri nəyi göstərir?

Pedaqoji ölçmə nəzəriyyəsinə əsasən tapşırıqlar mürəkkəblik dərəcəsinə görə sadə, orta və çətin suallar kateqoriyasına bölünür. Sadə suallara şagirdlərin 70 faizdən çoxu, orta tapşırıqlara 40-70 faiz arasında, çətin suallara isə 10-40 faiz arasında düzgün cavab verməlidir. İndi isə monitorinq imtahanlarında iştirak edən şagirdlərin alt-standartlara uyğun konkret tapşırıqlara dair nəticələrinə baxaq:
Birinci nümunə: “Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır”. (Azərbaycan dili, 5-ci sinif). Bu alt-standarta görə TQDK şagirdlərə orta və çətin səviyyəli suallar təqdim edib. Həmin alt-standart üzrə orta səviyyəli suala şəhər məktəblərində (“Zona-1”) təhsil alan şagirdlərin yalnız 8.29 faizi, çətin suala 9.74 faizi, kənd məktəblərinin (“Zona-2”) isə şagirdləri orta səviyyəli suala 7.99 faizi, çətin səviyyəli suala 5.64 faizi cavab verib.
İkinci nümunə: “Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir”.
Bu alt-standart üzrə şagirdlərə asan, orta və çətin səviyyəli tapşırıq təqdim olunub. Sadə suala şəhər məktəblilərinin 64.38 faizi, orta səviyyəli suala 36.88 faizi, çətin suala isə 15.95 faizi cavab verib. Kənd məktəblərində təhsil alan şagirdlərin isə eyni səviyyəli suallara cavabları müvafiq 46.84 faiz, 25.44 faiz, 10.12 faiz təşkil edib.
Üçüncü nümunə: “Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdir”.
Bu standart üzrə də şagirdlərə asan, orta və çətin səviyyəli tapşırıq təqdim olunub. Sadə suala şəhər məktəblilərinin 60.83 faizi, orta səviyyəli suala 34.54 faizi, çətin suala isə 20.25 faizi düzgün cavab verib. Kənd məktəblərində təhsil alan şagirdlərin isə eyni səviyyəli suallara cavabları müvafiq 39.60 faiz, 22.99 faiz, 12.31 faiz təşkil edib.

Şagirdlər əməli yazı tapşırıqlarından imtina edir

Monitorinq imtahanlarında “Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır” alt-standartı üzrə tapşırıqların yerinə yetirilməsi vəziyyətinə baxdıqda mənzərə bir qədər də aydınlaşmış olur. Məlum olur ki, V-VI sinifdə təhsil alan şagirdlərin böyük əksəriyyəti nə özlərinin tərcümeyi-halnı, nə də hansısa bir tədbirdə iştirak üçün ərizə yaza bilir. Halbuki dil qaydalarından düzgün istifadə etməklə əməli yazılar əsasında şagirdlərin tətbiqetmə, fərqləndirmə və yaradıcılıq bacarıqlarını müəyyən etmək məqsədi daşıyan bu tapşırıqlar çətinlik dərəcəsinə görə eyni olsa da, formaca fərqli, məzmunca bir-birinə yaxın olub. Amma əməli yazılarla bağlı şagirdlərin nümayiş etdirdikləri bacarıqlar hətta orta səviyyədən də aşağıdır. Belə ki, şagirdlərin mütləq əksəriyyəti özlərinin tərcümeyi-halını yazarkən ona verilən tələblərə əməl edə bilməyib, əməli yazının strukturunu qurmağı, ardıcıllığa və dil qaydalarına riayət etməyib.

Əməli yazı növü üzrə biliyini nümayiş etdirən şagirdlərin əksəriyyəti Bakıda keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün oxuduğu məktəbin direktoruna ərizə yazmaq tapşırığını da tələblərə uyğun şəkildə yerinə yetirə bilməyiblər. Belə ki, şagirdlər məqsədi və ünvanı dəqiq göstərməklə ərizənin mətnini tərtib etməkdə çətinlik çəkiblər. Bu səbəbdən də əməli yazı növü ilə bağlı tapşırıqlara şagirdlərin cəmi 9.53 faizi doğru cavab verib, 26.16 faizi isə ümumiyyətlə bu tapşırıqları cavablandırmaqdan imtina edib.

VI sinif şagirdi müstəvi üzərində koordinatları qura bilmir

Eyni nəticələri riyaziyyat fənninə dair tapşırıqlara verilən cavablarda da müşahidə etmək olar. Məsələn, “Sadə xətti bərabərsizliklərin tam ədədlər çoxluğunda həllini seçmə üsulu ilə müəyyən edir” alt-standartı (VI sinif) üzrə verilmiş sadə tapşırığa şəhər məktəblərinin şagirdlərin 46.64 faiz, orta səviyyəli tapşırığa 32.90 faiz, çətin səviyyəli tapşırığa isə cəmi 17.62 faizi düzgün cavab verib. Əyalət məktəbləri üzrə eyni tapşırıqlara verilən düzgün cavab isə müvafiq olaraq 27.11 faiz, 18.55 faiz, 6.94 faiz təşkil edib. Yaxud “Müstəvi üzərində koordinatları verilmiş nöqtəni qurur və verilmiş nöqtənin koordinatlarını tapır” alt-standartı (VI sinif) üzrə sadə tapşırıqlara şəhər məktəblərində oxuyan şagirdlərin 51.86 faizi, orta səviyyəli suala 35.17 faizi, çətin suala isə 6.15 faiz müsbət cavab verib. Rayon məktəblilərinin isə eyni səviyyəli suallara cavabları müvafiq olaraq 38.53 faiz, 24.80 faiz, 2.37 faiz olub.

Beləliklə, monitorinq imtahanlarının nəticələri göstərir ki, orta məktəblərin V-VI siniflərində təhsil alan şagirdlərin tədris proqramlarını mənimsəmə səviyyəsi minimal tələblərə belə, cavab vermir. Həmçinin bir daha təsdiq olunur ki, istinasız olaraq bütün alt-standartlar üzrə tapşırıq və suallara verilən cavablarda şəhər (Bakı, Sumqayıt, Abşeron) məktəblərinin şagirdlərinin nəticələri digər bölgələrin şagirdlərin göstəricilərini üstələyir. Bu isə rayonlarda təhsilin və şagirdlərin bilik səviyyəsinin daha aşağı olduğunu göstərir.

Monitorinq imtahanlarının nəticələri onu göstərir ki, 2014-cü ildə həm paytaxt Bakının, həm də rayon məktəblərində oxuyan V sinf şagirdlərinin 70-80 faizi mətnin tərkib hissələrini belə, ayıra bilmir. Belə ki, “Mətnin tərkib hissələrini fərqləndirir” alt-standartı üzrə orta səviyyəli tapşırıqlara şəhər məktəblərində təhsil alanların cəmi 11.36 faizi, region məktəblilərinin isə 5.04 faizi cavab verə bilib. Bu rəqəmlərin arxasında gizlənən problemlərin aradan qaldırılması üçün çox ciddi müzakirələrə ehtiyac var. Axı, necə ola bilər ki, V sinif şagirdi mətnin tərkib hissələrini fərqləndirə bilmir?!

TQDK-dan icra hakimiyyətlərinə önəmli mesaj

Əslində monitorinq imtahanlarının nəticələri təkcə təhsil ictimaiyyəti deyil, yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün ciddi mesajdır. Monitorinq imtahanlarını nəticələrini ciddi şəkildə diqqətdə saxlamalıdır. Çünki hər il qəbul imtahanlarının sonunda məzunların bilik səviyyəsinin aşağı olduğu üzə çıxanda və TQDK bunu elmi-statistik təhlillərlə əsaslananda bu geriləmə ən müxtəlif səbəblərlə izah olunur, bəzən bu məlumatların açıqlanması belə, müsbət qarşılanmır. Xüsusən də Təhsil Nazirliyinin orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu göstərən statistik məlumatlara verdiyi cavab və izahatlar problemin həlli yollarını göstərməyə və qüsurları aradan qaldırmağa deyil, daha çox müdafiə, necə deyərlər, bəraət xarakteri daşıyır. Halbuki istər qəbul imtahanlarının elmi-statistik təhlilləri, istərsə də TQDK-nın son iki ildə keçirdiyi monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir. Məsələn, ötən il riyaziyyat fənni üzrə monitorinq imtahanında iştirak edən VI sinif şagirdlərinin yalnız 28.38 faizi rasional ədədlərin çoxluğuna dair orta səviyyəli tənlikləri həll edə bilib. Mürəkkəblik dərəcəsinə görə çətin səviyyəli bu cür tənlikləri həll edən şagirdlərin sayı isə cəmi 8.14 faiz təşkil edib. “Rasional ədədlər çoxluğunda tənlikləri həll edir” alt-standartına aid şagirdlərə verilən tapşırıqları nəzərdən keçirdikdə məlum olur ki, şəhər məktəblərində təhsil alanların 72 faizə qədəri, əyalət məktəblərində oxuyanların isə 90 faizdən çoxu bu standartları mənimsəməyib. TQDK-nın imtahanlar vasitəsilə üzə çıxardığı bu nəticələr təkcə Təhsil Nazirliyinin yox, həm də hər bir rayonun icra hakimiyyəti orqanlarının – Rayon Təhsil şöbələrinin, Rayon İcra hakimiyyətlərinin necə deyərlər, pasportudur.

Nəhayət, bu imtahanların nəticələri həm də onu göstərir ki, şagirdlərdə hər hansı mətni üzündən oxumaq qabiliyyəti çox aşağı səviyyədədir. Hətta V sinif şagirdləri mətni heca ilə oxuyur. Halbuki V sinifdə bu nəticəni göstərən şagird yenə də sinifdən-sinfə keçirilərək IX sinfə, XI sinfədək gəlir. Deməli, 11 illik orta məktəbi bitirib ali məktəblərə qəbul imtahanlarında iştirak edən belə abituriyentlərin aşağı nəticə göstərməsi, “tələbə” adını qazana bilməməsi heç də təəccüblü deyil. Odur ki, istər şagirdlər və onların valideynləri, istərsə də məktəb rəhbərliyi, Rayon Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyəti monitorinq imtahanlarının nəticələrinə diqqətlə yanaşmalıdır. Çünki monitorinq imtahanlarının nəticələri orta məktəb şagirdlərinin hansı mövzu və suallardan daha çox çətinlik çəkdiyini müəyyənləşdirməkdə əsas köməkçi rolunu oynaya bilir.

Dərsliklərdə də qüsurlar var

Yeri gəlmişkən, TQDK-nın keçirdiyi monitorinq imtahanları bir tərəfdən şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsinə görə önəmlidirsə, digər tərəfdən təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə (fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklər aparılması, şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və sair) nail olunması baxımından əhəmiyyətlidir. Bu imtahanların nəticələri V-VI siniflərdə bilik səviyyəsi aşağı olan şagirdlərə öz gələcəyini müəyyənləşdirməkdə bir istiqamət verir. Başqa sözlə, TQDK indidən yoxlama imtahanlarında zəif nəticə göstərən şagirdlərə buraxılış və ali məktəblərə qəbul imtahanlarına qədər bilik səviyyəsini artırmağın yollarını göstərir.

Monitorinq imtahanlarının nəticələrini dərsliklərin monitorinqinin nəticələri ilə müqayisə etdikdə daha maraqlı mənzərə ortaya çıxır. Məlum olur ki, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”ndakı məzmun standartları dərsliklərdə tam şəkildə əhatə olunmur. Məsələn, monitorinq imtahanlarının nəticələrinə əsasən, şagirdlər əməli yazı növlərinə dair tapşırıqları yerinə yetirərkən daha çox çətinlik çəkirlər. Amma nə Azərbaycan dili dərsliyində, nə də müəllimlər üçün metodiki vəsaitdə əməli yazı nümunələri ilə bağlı konkret, əhatəli material və metodiki göstəriş kifayət qədər deyil. Belə olan halda təbii olaraq, şagirdlər həmin mövzunu yarımçıq mənimsəyir və dərsliklərdə yer almayan alt-standartlarda dair suallarla qarşılaşdıqda bu tapşırıqlara cavab verə bilmir. Nəticədə monitorinq qiymətləndirmələri zamanı şagirdin topladığı bal da aşağı düşür.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarında V sinif üçün Azərbaycan dili fənni üzrə 19 alt-standart müəyyən edilib. TQDK isə 2014-cü ildə keçirdiyi monitorinq imtahanlarında yalnız 14 alt-standartdan istifadə edib. Yerdə qalan 5 standart üzrə yoxlama imtahanları keçirilməyib. Çünki həmin alt-standartlara dair mövzular V sinif Azərbaycan dili dərsliyində əhatəli şəkildə verilməyib. Bu isə orta təhsil sistemi ilə bağlı daha bir problemi üzə çıxarmış olur. Məlum olur ki, hazırda orta məktəblərin V siniflərində tədris olunan Azərbaycan dili dərsliyi dövlət standartlarına cavab vermir. Eyni vəziyyət riyaziyyata da aiddir. Belə ki, yenə də eyni səbəb üzündən TQDK monitorinq imtahanlarında Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 34 alt-standart üzrə qiymətləndirmə aparmalı olduğu halda, bu standartların yalnız 29-u monitorinq imtahanlarının tapşırıqlarında əhatə olunub.


Elxan Salahov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Buraxılış imtahanlarının nəticəsi təhsilin səviyyəsinin aşağı olduğunu üzə çıxardı

    Buraxılış imtahanlarının nəticəsi təhsilin ...

    10-06-2013, 22:32

  • 
  • Buraxılış imtahanlarının nəticələri açıqlanıb

    Buraxılış imtahanlarının nəticələri açıqlanıb ...

    4-06-2013, 20:01

  • 
  • İyunun 17-də buraxılış imtahanları olacaq

    İyunun 17-də buraxılış imtahanları olacaq ...

    16-06-2013, 22:18

  • 
  • Misir Mərdanovun təhsil rəzaləti

    Misir Mərdanovun təhsil rəzaləti ...

    3-02-2013, 11:40

  • 
  • TQDK: Bu il buraxılış imtahanlarında “2” alanlar da ali məktəb imtahanlarında iştirak edə biləcəklər

    TQDK: Bu il buraxılış imtahanlarında “2” alanlar ...

    12-06-2013, 13:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu