Qax sakini ata mülkü üstündə bacısını məhkəməyə verdi, mübahisə məhkəmədə də həllini tapmadı
Qax rayonunda qardaş bacısını ata mülkü üstündə məhkəməyə verib. Rayonun Qaxbaş kənd sakini Hüseyn Abdurrəhmanov məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərib ki, Qax rayonunun Qaxbaş kənd sakini olsa da, onun adında heç bir daşınmaz mülk, həmçinin torpaq səhəsi olmayıb.
Onun bildirdiyinə görə, özünü və ailəsini bəzi tikinti işləri ilə məşğul olaraq saxlayıb. Hüseyn Abdurrəhmanov əlavə edib ki, yaşadığı Qax rayonunda qeydiyyatda olmayan və buna görə işsiz qalan həyat yoldaşı Süsən Mustafayeva və 3 yaşlı oğlu Musa da onun himayəsindədirlər. Qaxbaş kəndindəki uçurumlu evlərinin birində , çox çətin vəziyyətdə yaşamağa məcburdurlar deyə o , bildirir. Hökümətdən heç bir məvacib almadığını söyləyən iddiaçı bildirir ki, atası Musa Abdurrəhmanov vəfat etməmişdən əvvəl, kənddəki evini notarial qaydada ona həvalə edib.
Buna baxmayaraq bacısı Sədaqət Abdurrəhmanova atasından miras qalmış evi ,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Şəki şəhər Ərazi İdarəsi rayon şöbəsinin 2008-ci il tarixli arayışına əsasən sahib çıxıb. Qaxbaş kənd bələdiyyəsi və Qax rayonu Qaxingiloy kənd ərazi icra nümayəndəliyi, Hüseyn Abdurrəhmanova atası tərəfindən qanuni vəsiyyətnamənin verilməsinə baxmayaraq, kənddəki fərdi yaşayış evini, onun bacısının adına rəsmiləşdirilməsini təmin ediblər. Bununla da H.Əbdurrahmanovun qanuni hüquqları pozulub.
Hüseyn Abdurrəhmanov Qax rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində, bacısı Sədaqət Abdurəhmanova ilə bərabər, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin 12 saylı rayon şöbəsini də, cavabdeh kimi göstərib, həmçinin evin bacısının adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş edib.
Atabəy Kiçibəyovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin 12 saylı rayon şöbəsinin nümayəndəsi, evin Sədaqət Abdurrəhmanovaya verilməsini əsaslandırmağa çalışıb. Nümayəndə bildirib ki, 3 otaqlı yaşayış sahəsi 2001-ci ildə tikilib və onun əvvəlki sahibi Suraya Abdurrahmanova olub: “Sonradan həmin yaşayış sahəsini qızı Sədaqət Abdurrahmanovaya bağışlayıb. Müvafiq sənədlər tərtib olunarkən qanunvericiliyin tələblərinə tam əməl olunub və heç bir qanun pozuntusuna yol verilməyib”.
Bu səbəbdən də, dövlət qurumunun nümayəndəsi iddianın rədd edilməsini xahiş edib. Sədaqət Abdurrahmanova bildirib ki, atası Musa Abdurrəhmanov 1999-cu ildə vəfat edib. Onun sözlərinə görə, evlərinin dağ kənarında yerləşməsi nəzərə alınaraq, kənar sahədən onlara 0,7 ha torpaq sahəsi ayrılıb: “Mübahisəli evdə qardaşım bizi yaşamağa imkan verməyib. Həmin evdə yaşamağımız mümkün olmadığından, 2001-ci il tarixdə atam tərəfindən verilmiş torpaq sahəsində ev tikmişik. Həmin evdə anam və xəstə bacım ilə birlikdə yaşamışıq. Mənim adıma verilmiş qeydiyyat vəsiqəsi qanuni və əsaslıdır. Ev 2001-ci ildə tikilib, anamın adına qeydə alınıb. Həmin ev də anam tərəfindən mənə bağışlanıb”.
Sürayə Abdurrəhmanova da qızının dediklərini təsdiqləyib. Bundan sonra məhkəmə Hüseyn Abdurrəhmanovun iddiasının təmin olunmaması ilə bağlı qətnamə çıxarıb. Hüseyn Abdurrəhmnaov məhkəmənin qətnaməsindən müvafiq qurumlara şikayət etsə də, onun şikayətinə baxan olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?