GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərbaycanda siyasi situasiya yaradacaq addımlar ata biləcəyik?”

“Azərbaycanda siyasi situasiya yaradacaq addımlar ata biləcəyik?”

Tarix: 20-02-2015, 12:11 Bölmə :Ölkə Baxış: 0
“Azərbaycanda siyasi situasiya yaradacaq addımlar ata biləcəyik?”

Mirmahmud Mirəlioğlu: “Hələ də Moskvanı özünə paytaxt hesab edənlər var”

Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlıq edən 11 partiyadan səkkizi, bir araya gələrək “Azadlıq-2015” Seçki Bloku yaratdığını elan ediblər. ADP və Müsavat bu blokda iştirakdan imtina edib. Milli Şurada toplaşan müxalifətin bir hissəsi isə, seçkilərə Mişşi Şura formatında gedəcəyini elan edib. Yaradılan yeni seçki blokunun həmtəsisçilərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu müxalifət düşərgəsinin ümumi vəziyyətindən,qarşıdan gələn parlament seçkilərindən danışıb. - Mirmahmud Ağa, ötən həftə “Azadlıq-2015” seçki bloku elan etmisiniz və burada səkkiz partiya təmsil olunur. Bu haqda bir qədər məlumat verə bilərsinizmi? - Seçki blokunu yaratmaqda məqsəd 2015-ci il parlament seçkilərində iştirak etməkdir. Eləcə də bu seçkilərdə iştirak edərkən maksimum müxalifət düşərgəsində olan, fikri, mövqeyi üst-üstə düşən insanları bir araya toparlamaq və böyük bir cameyə, vahid mövqe halında seçkilərdə iştirak etməkdir. Təbii ki, parlament çoxluğunu da əldə etmək haqda düşüncələr var. Yəni qısaca desək, seçki blokunu yaratmaqda məqsədimiz qarşıdan gələn seçkilərdə iştirak etmək, mümkün qədər çox namizəd irəli sürmək və parlamentdə çoxlu sayda yer götürməkdir. Təbii ki, seçkiyə qatılan tərəf, qələbə naminə bu işə gedir. - Seçki blokunda səkkiz partiya təmsil olunur. Necə düşünürsünüz, bu partiyaların imkanları və potensialı nə qədərdir? - Seçki blokunun üzvü olan siyasi partiyalar 2010-cu il parlament seçkilərində iştirak ediblər. Böyük əksəriyyəti arasında əməkdaşlıq olub. Yeri gəlmişkən, həmin seçkilərdə Yeni Azərbaycan Partiyasından sonra, ən çox səs alan biz olmuşuq. Təbii ki, hakim partiyanın topladığı, daha doğrusu elan etdiyi nəticə və səslərə, hər zaman şübhə ilə yanaşmışıq. Və bunu əlavə şərh etməyə ehtiyac görmürəm. Bu reallığı nəzərə alsaq deyə bilərik ki, blokda təmsil olunan bir qism partiya, faktiki olaraq

2010-cu il seçkilərində qalib gəliblər. Başqa blok və birliklərdən fərqli olaraq bu partiyalar, KXCP-də daxil olmaqla son seçkilərdə həm irəli sürdüyü namizədlərinin sayına, həm də aldığı səs görə birinci yerdə olublar. Düzdür, seçkidən sonra Milli Məclisdə təmsil olunmamışıq. Və bu da başqa bir mövzudur. Odur ki, indi yaranan blokun qələbə qazanmaq imkanları daha çoxdur və biz də buna inanırıq. İnandığımız üçün də belə bir seçki blokunu yaratmışıq. Üstəlik əlavə güclər də bloka gəlib. - Adətən bizdə yaranan bloklar seçkidən sonra dağılır, müttəfiqlər arasında bir qarşıdurma, ittihamlar yarışı başlayır. Bu baxımdan blokunuzun taleyini necə görürsünüz? - Bloku təsis edəndə qeyd etmişik ki, blok 2015-ci il seçkilərinə hədəflənən blokdur və bura daxil olaraq hər birimiz, bu reallığı qəbul etmişik. Ona görə də, addımımızı atırıq. Blokun adı “Azadlıq-2015”-dir. Bu o deməkdir ki, siz dediyiniz narahatçılığa heç bir əsas yoxdur, qarşılıqlı ittihamlardan söhbət gedə bilməz, blok da 2015-ci il parlament seçkilərinə görə yaranıb. - Bloka başqa partiyaların daxil olma ehtimalı nə qədərdir? - Bu istiqamətdə müəyyən danışıqlar gedir. Bizə müraciət edənlər var, bizim də müraciət etdiklərimiz var, danışıqlar gedir. Hələ seçkilərə də start verilməyib. Bu, blok da 2015-ci il seçkiləri baxımından ilk başlanğıcdır. Biz Azərbaycanda siyasi situasiya yaradacaq addımlar ata biləcəyik və siz də bunun şahidi olacaqsınız. - ADP, Ümid və Müsavat blokda təmsil olunmadı, niyə? - Biz bunu normal qiymətləndiririk. ADP Demokratiya və İnsan Hüquqları Mərkəzinə gəldikdən sonra, seçki bloku yaratmaqda israrlı idi. Ümid Partiyası da ADP ilə “Qarabağ” blokunda müttəfiq idi. Bu ideya əslində onların öncədən ortaya gətirdiyi ideya idi. Biz də ideyanın reallaşmasında iştirak etdik. Ancaq son məqamda ADP və Ümid hesab etdi ki, bu blokda olmaq istəmirlər. Biz də bunu normal və anlaşıqlı qəbul etdik, eləcə də onlara təşəkkürümüzü bildirdik. Sualın digər hssəsi bilavasitə onların özlərinə aiddir və onlar istəsə sizin suallarınızı cavablandıra bilərlər. Müsavat Partiyası hələlik seçki müzakirələrində iştirak etmir və hesab edir ki, bu məsələyə mart-aprel aylarından sonra baxa bilər. - Demək qarşıdan gələn parlament seçkilərinə müxalifət dağınıq

formada gedəcək.. - Biz bütün dağınıq və pərakəndəliyin qarşısını almaq naminə, bloku təsis etdik. Hesab edirik ki, Azərbaycan, dövlət, millət naminə, hətta parlament seçkilərində qələbə əldə etmək naminə, bütün partiyalar blokda iştirak edə, özünün istəkərini bu formatda gerçəkləşdirə bilərlər. Yəni, hər bir partiya özünün siyasi fəaliyyətini burada tapa bilər. - Milli Şura seçkiyə ayrı gedəcək, Müsavat başqa seçki bloku yaradacaq, ADP və Ümid seçkilərdə birgə iştirak etməli olacaqlar. Müxalifətin fəaliyyətinin ümumi koordinasiası necə olacaq? - Bu istiqamətdə işlərimiz var, bunu davam etdiririk, başlanğıcda da bu kursu götürmüşdük. Demək olar ki, bütün bloklarla, fərdlərlə, qurumlarla ayrı-ayrılıqda görüşlərimiz olub, təşəbbüs irəli sürmüşük. Hamı da bunun tərəfdarı olub. Yəqin ki, addımlar atılacaq, ancaq ola bilsin ki, biri tez, digəri bir qədər gec atacaq. Bu da onların işidir. - Seçki blokunu yaratmısınız. Bundan sonra Demokratiya və İnsan Hüquqları Mərkəzinin fəaliyyəti necə olacaq? - Mərkəz fəaliyyətini davam etdirir. Seçki blokunun buna heç bir maneçiliyi yoxdur. Yəni, mərkəz və seçki bloku paralel qurumlar deyillər. - Sərdar Cəlaloğlu bəyan edib ki, ADP və Ümid mərkəzi tərk edir... - Bu barədə konkret qərarlar mənə tanış deyil. Amma belə gələn də olar, gedən də olar. Daha yaxşı olardı ki, onlar özləri açıqlama versinlər. Bizim də ADP sədrinə böyük hörmətimiz var. - Ölkədə ki, ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? - Əslində Azərbaycanda vəziyyət hər kəsə bəllidir. İndiki durum ağırdır və bundan çıxış yollarının biri də, bütövlükdə hər kəsin bir arada olmasıdır. Və yaxud müxalifətin bir yerdə olması, hakimiyyətin apardığı siyasətə münasibətin vahid olması lazımdır, ciddilik vacibdir. Azərbaycanın mövcud vəziyyəti bizim hamımızın bir arada olmasını diktə edir. Bu vəziyyətdən çıxış yollarını birgə aramalı və tapmalıyıq. Dünyanın Azərbaycana münasibəti ortadadır, Azərbaycan problemlərinin həlli istiqamətində atılan addımlar da bəllidir. Azərbaycanın, problemlərini həll etməkdə illərdi ki, çətinlik çəkir. Fikrimcə, bunu birgə həll etmək, yollar tapmaq daha münasibdir.İndi Azərbaycanın mövud vəziyyətinin birgə müzakirəsindən tutmuş birgə addımlara qədər, bütün

məsələlər diqqətdə olmalıdır. Biz mərkəz olaraq bu istiqamətdə addımlar atmışıq və hesab edirik ki, bu istiqamətdə də işlər davam etdirilməlidir. Bu iqtidar-müxalifət görüşündən başlanıb, mövzular müəyyənləşib. Yəqin ki, növbəti addımlar da olacaq. - Son dövrlər Azərbaycan-Rusiya münasibətləri müzakirə edilir və həm də narahatlıq ifadə olunur. Xüsusilə, Bakının Moskvaya daha çox yaxınlaşdığı iddia olunur... - Azərbaycanın qonşuları ilə normal münasibətləri olmalıdır. Ancaq bu münasibətlər, həm də qarşılıqlı olmalıdır. Əgər qonşunun bizə düşmən münasibəti varsa, biz ona dost münasibəti göstərsək, şübhəsiz ki uduzarıq. Eləcə də bizə dost münasibəti bəsləyən qonşuya, düşmən münasibətimizi ifadə edəsi deyilik. Azərbaycanın problemlərinin başında tarixən Rusiya dayanıb, bu gün də Rusiya dayanır. Qarabağ problemindən tutmuş demokratik islahatlara qədər, hər şey müzakirə olunmalıdır. Təbii ki, biz də dövlətçilik mövqeyindən çıxış etməliyik. Hesab edirəm ki, Azərbaycan- Rusiyaya, Azərbaycan-Qərbə münasibətləri dostluq münasibətlərindən çox, dövlətlərarası münasibətlərə çevrilməlidir. - Azərbaycan diplomatiyasının Ukrayna siyasətini necə qiymətləndirirsiniz? - Bu istiqamətdə görülən işləri təhlil edərkən, bir sıra qüsurlar ortaya çıxır. Azərbaycan-Ukrayna münasibətləri net şəklində olmalıdır. Rusiya-Ukrayna münasibətlərinin nəticəsi olaraq, bu gün Ukraynanın düşdüyü vəziyyət əslində bizə çox tanışdır. Biz bilirik ki, Qarabağ problemində Rusiyanın münasibəti necə olub, bu məsələlərdə hansı fəaliyyətdə bulunub. O cümlədən, Rusiyanın Ermənistanın müttəfiqi olması, rus qoşunlarının Ermənistanda olması da bizə aydındır. Ona görə də, Azərbaycanın diplomatiyasının belə məsələdə atdığı addımı, kimin nə deməsindən asılı olmayaraq uğurlu addım saymaq olmaz. Bu, doğru deyil. Ancaq bundan da faciə düzəltmək lazım deyil ki, biz AŞ PA-da Ukraynanı dəstəkləməli idik, Rusiyanı dəstəkləməli deyildik. İndi hesab edək ki, bu addımı atıblar. Əlbəttə, bu doğru addım deyil. Amma, belə bir addımın düzəldilməsi də mümkündür. - Azərbaycan xarici siyasətində koordinal dəyişiklik edərək, qərbdən çox Rusiyaya meyl edir? - Yox. Azərbaycanın xarici siyasətində siz deyən koordinal

dəyişiklik yoxdur. İyirmi ildən artıqdır ki, balanslaşdırılmş siyasət aparılır. Bu siyasətdə də, bəzən meyl məsələsində əskiklik və ya artıqlıq meydana çıxır. Gah qərbə, gah da şimala münasibətlər fərqli olur. Fikrimcə, yaxın aylarda bu, bir qədər də aydınlaşacaq. Hazırda Rusiyanın vəziyyəti yaxşı deyil. Fikrimcə, onun durumu ağırlaşdıqca, mərkəzdənqaçma meylləri daha çox müşahidə olunacaq. Bu istiqamətdə qeyri-adi bir şey yoxdur. Bizim mediamız da, Rusiyadan reportaj verəndə paytaxt Moskva deyir: “Dillərində türkcə danışır, amma “paytaxt Moskvada vəziyyət belədir” deyirlər. Hələ də Moskvanı özünə paytaxt hesab edənlər var. Bizim bu cür düşünən diplomatlarımız da var. Xarici siyasətimizdə də, bu cür kəkələmələr olur. Amma bu uzun sürməz, mütləq düzələcək. Başqa yolu da yoxdur.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu: Hakimiyyət bu məsələni dəfn elədi

    Mirmahmud Mirəlioğlu: Hakimiyyət bu məsələni dəfn ...

    20-10-2015, 15:11

  • 
  • Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

    Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu ...

    16-10-2015, 14:20

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Azadlıq-2015 siyasi partiyalar bloku” sənədləri MSK-ya təqdim etdi

    Azadlıq-2015 siyasi partiyalar bloku” sənədləri ...

    1-09-2015, 20:34

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu