Bakıda çay evində qətl törətməkdə şübhəli bilinən 3 nəfər tutulub. Hadisə fevralın 6-da, saat 01:45 radələrində, M.Rüstəmov küçəsində yerləşən çay evində baş verib. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirilib.
Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.
Sorğu
Yeni dizaynımız necədir?