YAP icra katibi Əli Əhmədovun baş nazirin müavini, Mübariz Qurbanlının isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr gətirilməsindən sonra hakim partiyanın «ağırçəkili» füqurlarının vəzifələrə tranfserinə ümid artsa da, bu, olmadı. Halbuki, YAP-çılarda böyük ümid yaranmışdır ki, bu proses dərinləşəcək və onların yanı ilə xeyli partiyaçı vəzifələrə gətiriləcək.
Bununla bağlı «Gündəm Xəbər»ə verilən məlumata görə, hakim partiyadan Əli Əhmədovla Mübariz Qurbanlıdan sonra iqtidar mənsubları gözləmə mövqeyinə keçiblər: «Bu isə daha çox YAP-da daha çox Siyavuş Novruzovun tərəfdarlarını xəyal qırıqlığına uğradıb. Novruzovun tərəfdarları Mübariz Qurbanlının ardıycan onun da yüksək vəzifəyə aparılacağını gözləyirdilər. Lakin Siyavuş Novruzov haqqında irəli sürülən bir rəy onun tərəfdarlarını nəinki xəyal qırıqlığına uğradıb, həm də ümidlərini puç edib».
Məlumatlı şəxs deyir ki, Siyavuş Novruzovun özü də seytnot vəziyyətindən narahat olsaa daa, bunu büruzə vermək isttəmir. Ona görə də o, dar məclislərdə vəzifə istəmədiyini açıqlayıb. Və vəzifənin onun partiyada və cəmiyyətdəki sərbəstliyini xeyli qısaladacağını bəyan edib: «Amma məncə onun vəzifəyə aparılmamasının səbəbi bu deyil. Bildiyim qədəri ilə Siyavuş Novruzov son illər partiyada əsasən Əli Əhmədov və onun yaxın ətrafı tərəfindən istənməyən şəxs gözündədir».
Müsahibimiz deyir ki, son bir neçə ayadır Siyavuş Novruzovun adı hakim dairələrdə hələ də mərhum Arif Vəliyevdən sonra yeni sədr təyinatı gerçəkləşməyən Dövlət Statistika Komitəsinə rəhbər göndərilməsində hallanıb: «Siyavuş Novruzovun Dövlət Statistika Komitəsinə sədr göndəriləcəyi ən ciddi dairələrdə müzakirə olunub. Hətta Statistika Komitəsinin rəhbər şəxslərinə də belə bir məlumat sızmışdı. Ancaq gözlənilmədən neftin qiymətinin kəskin ucuzlaşması və bunun fonunda dövlət qurumlarında aparılan struktur islahatları vəziyyəti dəyişdi. Yəni hakimiyyət gözləmə mövqeyinə keçdi. Mümkündür ki, Statistika Komitəsi ləğv ediləcək. Yəni belə bir vəziyyət Siyavuş Novruzovun da vəzifə təminatını sual altına aldı».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?