GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərqabycan şou-biznesinin üz qarası olan müğənnilər

Azərqabycan şou-biznesinin üz qarası olan müğənnilər

Tarix: 21-02-2015, 14:33 Bölmə :Ölkə Baxış: 0
Azərqabycan şou-biznesinin üz qarası olan müğənnilər

Nədən telekanallardakı səviyyəsiz şou-proqramlarla bağlı tədbir görülmür?

Azərabycanın efir məkanı açıq-saçıq geyinən, səviyyəsiz, bozbaş müğənnilərlə, musiqilərlə dolub. Və vəziyyət günü-gündən daha da pisləşir.

Azərbaycan telekanalları bir qrup tərbiyəsiz və yüngül əxlaqlı aparıcının mənasız dedi-qodu yerinə çevrilib və tamaşaçı bu telekanallardan yaxşı bir şey əxz edə bilmir. Bütün efir məkanımızda rəsmi xəbərləri, bir-iki verilişi və bir neçə digər analitik, ədəbi-bədii, mədəniyyətə dair proqramı çıxmaq şərtilə yaxşı nəsə yoxdur. Şou proqramlar və onların aparıcıları bozbaşdır. İnsan gün ərzində nə qədər hırıldaya, saxta təbəssüm nümayiş etdirə, nə qədər özündən razı ola bilər, ilahi?! Bu qədər səviyyəsiz insan hardan peyda oldu görəsən efirdə? Telekanalların nə veilişləri ürəkaçandır, nə aparıcıları, nə də reklamları. Bütün günü ancaq manıslar danışır,çalır, oynayır, sonra da uşaq və qadın bezlərinin reklamı gedir.

Dünyanın heç bir yerində günün istənilən vaxtı, hətta uşaq verilişlərindəki fasilə zamanı qadın bezlərinin reklamı verilmir, bu təcrübə yalnız Azərbaycan telekanallarına xasdır.

Azərbaycan teleməkanında bozbaş verilişlər və aparıcılar o qədərdir ki, saymaqla bitən deyil. Hamısı da özü ağılda bir müğənnini, ya da falçını gətirib oturdur yanında, bir-iki saat qeybət edib, xalqın əsəblərini yerindən oynadıb dağılışıb gedirlər.

Neçə illərdir “Ay Zaur”, “Yağ kimi”, “ATV Maqazin”,“106 House”, “Çal-çağır şou”, “Niyə də yox”, “Oxu Dostum”, “Solo”, “Hər səhər”, “Qonaqlıq”,”Toylar kralı”, “Günə baxan”, “Elgizin cümə axşamları”, “De gəlsin”, “Sən bir nəğmə”, “Etiraf”, “Bazar+” (şükür ki, bunlardan bəziləri

bağlanıb, amma yerini başqa proramlar tutub) kimi verilişlər millətin zövqünü korlayır. Nə vaxta qədər falçıların daimi müştəriləri olan aparıcılar barter qaydasında səviyyəsiz, açıq-saçıq geyinən, gənc nəclin mənəviyyatını aşındıran müğənniləri öz verilişlərinə dəvət edib reklam edəcəklər görəsən? Axı televiziyanın bir maarifçilik, normal əyləndirici funksiyası olmalıdır. Şou proqramlar qonşu Türkiyə və Rusiyada da var da. Onsuz da bir çox verilişlər elə həmin ölkələrin telekanallarından “copy-paste” edilib,amma pinti formada. Halbuki hansısa veriliş hazırlananda milli xüsusiyyətlər, tamaşaçının adət-ənənəsi də nəzərə alınmalıdır, təbii ki, əgər tamaşaçının rəyi telekanal rəhbərliyi üçün bir əhəmiyyət daşıyırsa. Daşımırsa indiki vəziyyət tamaşaçının özünə başqa dildə, başqa tezliklərdə efir məkanı axtarmasına kifayət edir. Məsələn, ingilis dilini bilməsə də, adət-ənənəyə bağlı istənilən azərbaycanlı tamaşaçı heyvanlar aləmindən bəhs edən verilişlərə həvəslə baxar, amma “Ay Zaur”a baxmaz. Çünki mən özüm bu verilişə bir dəfə təsadüfən baxdım, onda da gördüm ki, Natəvan Həbibova adlı müğənni Türkmənistandan Azərbaycana hansı səbəbdən gəlməsindən danışarkən atası ilə küsülü olmasını necə həvəslə danışır və s. Bu verilişə baxan, müğənninin öz atasına münasibətini eşidən gənc qızlarımız yaxşı nə öyrənə bilərlər? Azərbaycan əxlaqına görə, nəinki qız, ümumiyyətlə övlad atanın, ananın üzünə qayıda bilməz, amma bozbaş verilişlər gənclərə bunun əksini aşılayır.

Mənim imkanım olsaydı ümümiyyətlə bozbaş müğənni və aparıcıları nəinki efirə, heç teleşirkətin darvazasından içəri buraxmazdım. Bu gün gənclərə Alim Qasımov, Zeynəb Xanlarova kimi insanların sənəti təbliğ olunmalıdır. Qoy sənətə gəlmək istəyən gənclər Sevda Ələkbərzadədən, Zülfiyyə Xanbabayevadan, Gülyaz və Gülyanaq Məmmədovalardan, Lalə Məmmədovadan, Azərindən nümunə götürsünlər, özünü “ulduz” sayan bozbaş müğənnilərdən yox. Televiziyaya aparıcı kimi işləməyə gələnlər bozbaş aparıcılara deyil, Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Natavan Hacıyeva, Gülşən Əkbərova,Nərgiz Cəlilova,Ülkər Quliyeva, Aygül

Qaradağlı,Telli Pənahqızı,Dilarə Səlimova, Rafiq Həşimov, Nailə İslamzadə, İlhamiyyə Rzayeva kimi tamaşaçı sevgisi qazanmış insanlara örnək kimi baxmalı, onlardan öyrənməyə çalışmalıdırlar. Bu cür insanlar milyonların sevgisini qazandığı halda özünü heç vaxt “ulduz” hesab etməyib, halbuki xalq həmişə geyinməyi, danışmağı onlardan öyrənməyə çalışıb. Amma indiki aparıcıların bir çoxu “ulduz xəstəliyi” adı altında əslində şizofreniyadan əziyyət çəkir, özlərini ən tanınmış, ən sevimli aparıcı hesab edirlər. “Böyüklük maniyası” xəstəliyinə yoluxmuş aparıcılar bu gün ya soyunmağı təbliğ edir, ya da tərbiyəsizliyi. Xalq belələrindən nə götürə bilər axı

Çıxış yolu həmişə olub və bu gün də var. Əvvəla “Mədəniyyət” telekanalı mütləq nə vaxtsa açılmalıdır ki, zəngin Azərbaycan mədəniyyəti düzgün istiqamətdə təbliğ olunsun və bozbaş müğənnilər, aparıcılar ora buraxılmasınlar.Ümumiyyətlə isə bizim milli teleməkanı bu vəziyyətdən yalnız inzibati metodlar xilas edə bilər. Türkiyənin özündə də Radyo Televizyon Üst Kurulunun səlahiyyətləri Azərbaycan Televiziya və Radio Şurasının səlahiyyətlərindən dəfələrlə çoxdur. Ona görə də, həmin qurum efirə nəzarəti həyata keçirərkən hansısa telekanalın yayımını dayandıra da bilir. Bizdə isə MTRŞ əvvəlcə gərək hələ bir məhkəməyə müraciət edə. Hansısa aparıcı bir gün efirdə hamının gözü qarşısında soyunacaqsa, yaxud insanları itaətsiliyə çağıracaqsa uzun uzadı məhkəmə çəkişməsinə nə ehtiyac var ki? Həmin verilişin və telekanalın yayımını anındaca dayandırmaq lazımdır ki, başqalarına da dərs olsun, aparıcılara qarşı daha tələbkar olsunlar, hər yoldan keçəni efirə, xalqın qarşısına çıxarmasınlar. Başqa yol isə budur ki, müəyyən müddətə özəl telekanallarda canlı verilişlər ləğv olunmalıdır. Əks halda bizim efirimiz hələ uzun müddət belə bərbad vəziyyətdə olacaq.

Bəli, bu gün Azərbaycanın çox böyük, çox ciddi problemlərindən biri televiziya və radioalarda necə və hansı səviyyəli verilişlərin, proqramların, informasiyaların yayımlanmasıdır, bu kanallara kimlərin rəhbərlik

etməsidir, kimlərin işləməsidir və nəhayət, bütün bunların cəmiyyətimiz üçün necə fəsadlara, problemlərə... perspektivlər açmasıdır.

Azərbaycanın görkəmli ziyalısı, türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov da bu günlərdə teleməkandakı xaosu vəbiabırçılığı tənqid edib, səlahiyyət sahiblərinə ağsaqqal məsləhəti verib:

Hər gün çağrılmamış qonaq sifətilə evimizə girən TV kanallarında son zamanlar daha səviyyəsiz, həm də tərbiyəsiz verilişlərin artdığını görürük və bu, milli kanalların hamısında olmasa da, çoxunda özünü göstərir. Ölkədə söz azadlığı olsun deyə, jurnalistlər senzurasız verilişlər hazırlaya bilsin deyə vaxtilə mübarizə apardıq, daha demədik ki, efirdə ağzına gələni danışmaq olar, hər yerindən duran manısı, dili topuq vuran sözbazları, daha çox danışan kuklaya oxşayan açıq-saçıq geyimli aparıcını efirə çıxarmaq olar.

25 il müharibə şəraitində yaşayan, bir milyon qaçqını olan bir xalqın telekanalları hər gün şoulara, zövqsüz verilişlərə, şit söhbətlərə deyil, milli-mədəni irsimizi təbliğ edən, əhalini maarifləndirən verilişlərlə evimizə girməlidir. TV hava durumu, xəbər ilə paralel sosial-iqtisadi durumla bağlı uzman yorumlarına, dəyirmi masa, aktual mövzuların müzakirəsinə vaxtaşırı geniş yer ayırmalıdır. Bunun üçün Türkiyə kanallarındakı bəzi verilişləri örnək almaq olar, bizimkilər isə belə ciddi verilişləri deyil, şit şouları örnək alır.

Bir-iki mahnı oxuyan gənci ekrana çıxarıb təbliğ etmə əvəzinə alimləri, yaradıcı insanları tanıdıb təbliğ etmək daha gərəkli olar. Nəzərə almaq lazımdır ki, artıq on yeniyetmədən səkkizi artist (manıs) olmaq arzusu ilə böyüyür və bu durumun yaranmasında telekanalların əvəzsiz “xidməti” var. Əlbəttə, belə acınacaqlı halın yaranmasında telekanal rəhbərlərinin, onlara nəzarət edən qurumların günahı ilə yanaşı ictimai qınağın olmamasını da vurğulamaq lazımdır.”

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şou-biznes əhli dodaq-dodağa - FOTOLAR

    Şou-biznes əhli dodaq-dodağa - FOTOLAR ...

    22-12-2013, 23:44

  • 
  • Daha bir məşhur klubda striptiz şou nümayiş etdirilir - Bakıda BİABIRÇILIQ

    Daha bir məşhur klubda striptiz şou nümayiş ...

    24-05-2019, 12:29

  • 
  • Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi Şou-Biznes

    Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi ...

    13-07-2013, 01:29

  • 
  • Televiziyaların Yeni il proqramları: sürprizlər olacaq

    Televiziyaların Yeni il proqramları: sürprizlər ...

    14-12-2013, 23:36

  • 
  • ​ŞOK: Bakının məşhur gecə klubunda striptiz şou - 18+ VİDEO

    ​ŞOK: Bakının məşhur gecə klubunda striptiz şou - ...

    13-05-2019, 17:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu