Yeni ilə sayılı günlər qalıb. Mağazalarda yeni il oyuncaqlarının, yolkaların satışına başlanılıb. Artıq bayramda istirahət günlərinin sayı da bəllidir. Bəs televiziyalarımız yeni ilə necə hazırlaşırlar, tamaşaçılara hansı proqramları təqdim edəcəklər?
ATV telekanalı Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu: “Bayram günü bir neçə konsert proqramı olacaq. Əyləncəli proqramların efir müddəti artırılacaq. Bundan başqa, Murad Dadaşovun proqramı- “Maşın şou” başlayır və həmin gün şounun finalı olacaq. Bayram günlərində 31-dən 5-ə qədər “Bozbaş picture” və “Bacanaqlar” kimi əyləncəli serialların təkrarı olacaq. Ümumiyyətlə, bayram ərəfəsində və bayram günlərində ATV-nin proqramı musiqili-əyləncəli proqramlar əsasında qurulacaq”.
“Xəzər” televiziyasının sözçüsü Aqşin Kamalın sözlərinə görə Yeni il buraxılışı fərqli məkanda olacaq: ”Xəzər TV-nin xüsusi musiqili Yeni il proqramı olacaq. Üstündə layihə kimi işləyirlər. Hər il televiziyalarda olan standart məkan olmaması üçün bu dəqiqə də məkan axtarışındayıq. İstəyirik ki, bir sürpriz edək, qeyri-adi, maraqlı bir şey olsun. Ona görə indi sizə konkret, ətraflı açıqlaya bilməyəcəm. Amma mütləq Yeni il ab-havasında bir veriliş olacaq”.
“Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev: “Hazırlaşırıq. Ancaq ətraflı açıqlaya bilmərik. Tamaşaçılarımıza sürpriz olsun”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?