Birdən elə suallar yaranır ki, cavab tapmaq əvəzinə suallar altında itib-batırsan. Kimdən qorunasan, kimlərə inanasan? Bax bu düşüncənin qurbanlarına çevrilirik. Çünki dələduzlar asanlıqla həqiqətin, qanunların kölgəsində gizlənərək insanların olub-qopanını, mülkiyyətini ələ keçirə bilirlər. Belə işləri də yalnız həmin yolun yolçuları bacarırlar. İndi dələduzları necə tanıyaq, onlardan necə qorunaq? Öz aramızdır, hüquq-mühafizə orqanlarının 30-40 metrliyində dələduzlar yuvası qurulursa kimdən nə soruşasan?
... Bir il öncə Qazax Telekommunikasiya Qovşağına bitişik (hazırkı rabitə evi) bir özəl binada, şəhərin mərkəzində “T-Qrup” MMC fəaliyyətə başladı. Dəstə-dəstə insanlar müraciət etdi, yüzlərlə işçilər ədliyyə işçiləri geyimi ilə təmin edildi. Beşinci, altıncı sinfi bitirənlərə kapitan, mayor rütbələri verildi. Həmin qrupun rəhbəri Pərvanə Tağıyeva adlı şəxs kütləvi işçi qəbul etməyə başladı. Az zamanda kapitan və mayorlar şəhəri bürüdü. Öyrənmişdik ki, həmin şəxslər 2000-3000 manat Pərvanəyə depozit vermişlər. Əmək qanunçuluğuna nə qədər nəzər salsaq da, depozitlə işə qəbul olunmağa rast gələ bilmədik. Bu barədə bir jurnalist kimi fikrimizdə ictimailəşdirdik. Təzyiq və böhtanlaradan bezib susmağa üstünlük verdik. Həmin zaman səsimizə səs verənlər olsaydı, yüzlərlə insanlar dələduzların qurbanı olmazdı.
Bu günlərdə Pərvanə Tağıyevanın və onunla əlbir olanların həbsi qurbanların sayının azalması kimi qəbul etmək olar. Bizim üçün maraqlıdır, Pərvanə Tağıyevaya rəvac verənlər kimlər olub? Həmin rəvac verənlər yüzlərlə insanlara dəyən maddi ziyanı qaytaracaqlarmı? İndi hamı yaxasını dartır. Guya heç nədən xəbərləri olmayıb. YAP-ın köhnə binasının Pırvanə Tağıyevaya icarəyə verilməsindən məlum olur ki, bu xoşagəlməz hallardan millət vəkili Əhməd Vəliyevin də xəbəri olub. Axı, millət vəkili ələ keçirdiyi binanın kimə icarəyə verdiyini bilməmiş olmazdı. İndi məlum olur ki, yüzlərlə insanlar aldadılıb. Bəs niyə Əhməd Vəliyev münüsibətini bildirmir? Axı maddi zərbə onun seçicilərinə dəyib. Daxili İşlər Nazirliyinə minnətdar olmalıyıq. Ona görə ki, gec də olsa insanların pullarını ələ keçirən Pərvanə Tağıyeva ifşa olundu. İstintaq işinin gedişinə maneə yaratmamaq üçün bəzi məqamları yaza bilmirik. Bir onu düşünürük ki, MMC xəstəliyindən xilas ola bilərikmi?
DİN – nin nəzdində mühafizə bölməsinin olması mövcuddur. Bu günə kimi mühafizədən gileylənənlərə təsadüf edilməyib. Çünki işə götürülənlər təlimatlandırılır. Bəs MMC–nin xüsusi geyimlərdə mühafizəçilər götürməyindən niyə də şübhələnməyək? Bəzi vərdişli insanlara xüsusi geyim verib hər hansı obyektin mühafizəsinin tapşırılması dəhşət deyilmi? Deməli, “cücəni qarğaya tapşırırıq”.
Hələ bu bir yana... Vergi nazirliyinin əlində təzyiq vasitəsi var. Vergidən yayınanların haqqında tədbir görmək gücünə məxsusdur. Son zamanlar vergi işçilərinin geyimindən istifadə edənlər bələdiyyələr yığacaq əmlak vergisi və digər vergiləri yığırlar. Bələdiyyə sədrləri bizə belə deyirlər: “insanlar paqondan qorxurlar. Biz
MMC ilə müqavilə bağlamışıq. Vergiləri yığıb 60 faizini bizə verirlər”. Bu barədə də düşünməyə dəyər.
Araşdırmalar zamanı mənbədən bildirdilər ki, MMC xəstəliyi virus kimi yayılıb. Ölkəmizdə təxmini yüz minlərlə MMC mövcuddur. Sonra artmasının əsası budur ki, ƏDV-dən yayınmağa şərait yaradılır. Deməli, MMC ƏDV-nin düşmənidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?