Ov 9 gün davam edib və Qırmızı kitaba daxil edilmiş bəzgək quşu və şahin qonaqlarda xüsusi maraq doğurub
gundemxeber.az Salyan rayonundakı “Mahmudçala” ovçuluq təsərrüfatında ov edən Qətər şeyxləri çərşənbə axşamı yol polislərinin müşayiəti ilə Bakıya gəliblər. Ov 9 gün davam edib və Qırmızı kitaba daxil edilmiş bəzgək quşu və şahin qonaqlarda xüsusi maraq doğurub. Bu nadir quşlardan nə qədər ovlandığı məlum olmasa da, onlar razı gediblər. Bu barədə Turan-a Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Qeyri-rəsmi məlumatlara görə, ovçu dəstəsinə Qətərin baş naziri, eyni zamanda XİN və DİN rəhbəri Həmid ben Casim ben Caber Əl Tani rəhbərlik edib. O, özü ilə 11 oğlunu, 100-ə yaxın müşayiətçi və xidmətçi gətirib. Rayondakı “Kür” oteli və “Toyota” markalı 30 cip, bir avtobus bütünlüklə onların ixtiyarına verilib. Ləvazimat və avadanlıqları daşımaq üçün iki yük maşını ayrılıb.
Sorğu
Yeni dizaynımız necədir?