GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Masallı Mamed” kim olub?

“Masallı Mamed” kim olub?

Tarix: 9-03-2015, 14:00 Bölmə :Ölkə Baxış: 0
“Masallı Mamed” kim olub?

Azərbaycanlı “qanuni oğru”lar Rusiyada azərbaycanlılar haqda “qara”, “fırıldaqçı” və “bazar adamı” kimi fikirləri dəyişdilər – onlar Azərbaycanın adına bir başqa “cəbhədə” çəki, düzən və hörmət gətirdilər…

İnsanlar və talelər hərdən bir-birinə necə də oxşayır… 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar Kərimov (“Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra “Masallı Mammed”kimi məşhurlaşacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib, elə dəyəsən, zəhrimar qaraciyər şişindən…Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız “Masallı Mamed” Bəxtiyar dünyaya gələn doğma torpağında dəfn olunub: 21 martda….

***

1960-cı ilin noyabr ayının 4-də Masallıda İsgəndər kişinin ailəsində evin ilk uşağı – Məmməd dünyaya gəldi.Ondan sonra bu ailədə daha dörd qardaş da doğulacaqdı. Amma tale və seçdiyi yol onu digərlərindən fərqli olaraq Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda da tanıdacaqdı.

Atası rayonun tanınan və imkanlı adamlarından – univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən Ərkivan kəndində bitirib.

1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və “yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra…Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi…

Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin… gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur.

Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi…Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə “krıtıda” çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.

“Masallı Mamed” kim olub?

Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına – Qroznıya “etap” edilir….. Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavaşir”) birgə cəza çəkməli olur. Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki “maloletkada”- uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda “Dağlı Cavanşir” hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanasına olur. Məmməd burada kriminal qaydalar tətbiq edir, “obşak” yaradır və “vəziyyət”ə (“polojeniya”) nəzarət edir.

4 il əvvəl, martın 20-də “Masallı Mamed”in vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi…
1992-ci ildə mart ayında azadlığa çıxan və artıq “Mamed Masallınski” kimi tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir.

***

1995-ci ildə Sabirabada “qanun oğru” Hikmət Muxtarovun -“Sabirabadlı Hikmət”in toyunda “Lotu Bəxtiyar” təklif edir ki, məhz həmin gün “Masallı Mamed”lə “Dağlı Cavanşir”ə kriminal aləmdə haqq etdikləri “tac” verilsin. Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə “qanuni oğru” adın onun özünə böyük qardaş hesab etdiyi Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan “Novxanılı Hikmət”in şadlıq sarayında əvvəl “Masallı Mamed”, sonra isə Cavanşir “qanuni oğru” adı alır. Qeyd edək ki, “Novxanılı Hikmət” hazırda Rusiyada həbsdə olan “qanuni oğru” “Novxanılı Dadaş”ın atasıdır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, “Sabirabadlı Hikmət”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” kimi “qanuni oğrular” da iştirak edir.

***

Son illər Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən “Sabirabadlı Hikmət”in dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması müzakirəyə çıxarılıb.

“Masallı Mamed” kim olub?

Elə həmin il “Masallı Mamed” üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.

2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn “qanuni oğru” narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və 3 il müddətinə azadlıqdan məhrum edilir.

O, nüfuzlu avtoritet kimi “srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə “Masallı Mamed” 1 saylı həbsxanaya göndərilir.

Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır.

Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan “oğru” ideyasına sadiq oldu.

***

“Masallı Mamed”i azərbaycanlı “qanuni oğru”ların sonuncu moğikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi. “Sabirabadlı Hikmət”in qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları “böyük qardaş”kimi “Masallı Mamed”in ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının “xaç atası” sayılan “Ded Xasan”ın başçılığı ilə keçirilən “sxodka”da Azərbaycan kriminal qruplaşmasını “Masallı Mamed” təmsil edirdi.

Onun “böyük qardaş” kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.

***

Martın 20-də “Masallı Mamed”in vəfatının 4-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu “qanuni oğru”laradək Rusiyada azərbaycanlıları “qara”, “alverçi”, “bazar adamı” kimi baxırdılar. Onlar isə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.

Allah rəhmət etsin…

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı “qanuni oğru” Türkiyədə  döyüldü

    Azərbaycanlı “qanuni oğru” Türkiyədə döyüldü ...

    25-12-2016, 19:35

  • 
  • ​“Lotu Bəxtiyar” “Sanka Zver”i necə təhqir etmişdi?: “Xəyanətkardır, bizi biabır edib” - ÖZ DİLİNDƏN SÖYÜŞLƏR

    ​“Lotu Bəxtiyar” “Sanka Zver”i necə təhqir ...

    17-04-2019, 15:47

  • 
  • Yeni “qanuni oğru” – Masallı Emin

    Yeni “qanuni oğru” – Masallı Emin ...

    25-11-2013, 17:42

  • 
  • "Bəyəm avtoritetəm, məni öldürəcəklər?" - Tacir Şahmalıoğlu

    "Bəyəm avtoritetəm, məni öldürəcəklər?" ...

    10-11-2017, 14:27

  • 
  • Azərbaycanlı "qanuni oğru" güllələndi - "Lotu Quli" göndəribmiş

    Azərbaycanlı "qanuni oğru" güllələndi - ...

    25-08-2017, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu