Azərbaycanlı əfsanəvi qanuni oğru "Lotu Bəxtiyar” və "Sanka Zver” kimi ad qazanmış kriminal avtoritet Cabir Qasımovla bağlı maraqlı fakt ortaya çıxarıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "Lotu Bəxtiyar” 1994-cü ildə öz ad günündə keçirdiyi "sxodka”da danışıb. O bildirib ki, "Sanka Zver” bütün qanuni oğrulara xəyanət edib. Həmçinin qanuni oğru Cabir Qasımovun hərəkətlərinə görə xəcalət çəkdiyini deyib: "Bizi digər ölkələrdən olan qanuni oğruların içində biabır edib. Moskvada onun hərəkətinə görə xəcalət çəkdim, söz tapmadım danışam”. Lotu Bəxtiyar "Sanka Zver”in "suka” olduğunu deyib: "O, Rusiyada oğru dünyasından imtina edib. Polislərin kitab-dəftərində qanuni oğru olduğunu inkar etdiyi ilə bağlı sənədlərə qol çəkib”. Qeyd edək ki, Cabir Qasımov 1920-ci ildə Zığda anadan olub. 1936-cı ildə ermənini öldürdüyü üçün həbs edilib. Onu Sibirdə yerləşən ağır rejimli həbsxanaya göndəriblər. Cabir həbsdə olduğu zaman azərbaycanlı qanuni oğru, "Uralın Allahı” sayılan "Diktator Ağakərim”lə tanış olub. Məhz onun təşəbbüsü ilə "Zığlı Cabir” qanuni oğru adına yiyələnib. Daha sonra Cabir həbsxanada olan zaman özündən fiziki cəhətdən çox üstün olan ermənini qətlə yetirib. O gündən Cabirə "Zver” ayaması verilib. Daha sonra "Zver”ə "Sanka” sözü əlavə edilib. Cabir Qasımov 1973-cü ildə dostu, "Kəbir” kimi tanınan kriminal avtoritet tərəfindən öldürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?