gundemxeber.az-ın email poçtuna daxil olan cavab yazısını olduğu kimi təqdim edirik. 2015-ci il martın 5-də saat 11:01-də agentliyinizin “report.az” internet səhifəsində “Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virusların yayılması aşkarlanıb – FOTO” başlıqlı xəbər dərc edilmişdir. Xəbərdə deyilir ki, “Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub” və “virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur”. Xəbərdə həmçinin qeyd edilir ki, “Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.” Daha sonra bildirilir ki, “qısa yoxlamadan sonra NMS şirkətinin saytının (Ошибка! Недопустимый объект гиперссылки. və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib”. İlk növbədə qeyd etmək istərdik ki, Naviqator Mobil Servises şirkətinin və adları çəkilən Anar Hacıyevin və Aslan Hacıyevin mobil telefonlarda yayıldığı iddia edilən “pornoqrafik virus”la heç bir əlaqəsi yoxdur. Xəbərdə “virus”un hansısa texniki vasitələrlə “telefona daxil olması” və orada abunəçinin balansından “pul sildiyi” və “erotik məzmunlu video”nun peyda olduğu iddia olunur. Bildiririk ki, əvvəla, belə bir “virusa” biz rast gəlməmişik və ikincisi də, bu “virus”un Naviqator Mobile Servisesə, Anar Hacıyevə və Aslan Hacıyevə məxsus olması böhtandır. O ki qaldi “hot-ero.net” internet səhifəsinə, bu sayt nə Naviqator Mobil Servises şirkətinə, nə də onun rəhbərliyinə məxsus deyil və Naviqator Mobil Servises sadəcə “sms” göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri bu saytın sahiblərinə təqdim edir. Buna görə də, saytdan istifadə edərkən istifadəci ödənişin təsdiqlənməsi üçün Naviqator Mobil Servises şirkətinə məxsus “edugate.az” səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütləq qaydada telefon nomrəsindən pul vəsaitinin silinməsinə razılıq verir. Naviqator Mobil Servises üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır. Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılmışdır və orada “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmiş “pornoqrafik materiallar ‐ əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar” kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilmişdir. Naviqator Mobil Services ölkəmizin qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və innovativ şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı “SMS”-lə ani çatdıran “Job-SMS” xidməti kimi müasir tələblərə uyğun operativ xidməti vardır. Saytınızda verilən xəbərdə “millyonlar qazanmaq” barədə irəli sürülən iddialara gəlincə isə, bunun əsassız olduğunu diqqətinizə çatdırmalıyıq. Belə ki, dövriyəmizin əksər hissəsi partnyorlarımızın xidmətlərinin ödənişinə yönəlir, qalan hissəsindən isə qanunvericiliyə uyğun olaraq müvafiq ödənişlər, sosial xərclər, o cümlədən yüksək ixtisaslı İKT mühəndislərinin əməyinin ödənilməsi həyata keçirilir. Təəssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli xəbər yalan və böhtan xarakteri daşıyır, Naviqator Mobil Servises şirkətini və onun rəhbərliyini hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur.
Naviqator Mobil Servises MMC-nin direktoru Anar Hacıyev Naviqator Mobil Servises MMC-nin direktor müavini Aslan Hacıyev
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?