2024-cü ilin hər ayı mobil operatorlar da istər internet paketlərini, istərsə də danışıq tariflərini fantastik səviyyədə heç bir səbəb olmadan bahalaşdırıb. Heç kimə sirr deyil ki, ölkədə mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə dəfələrlə bahadır və onsuzda baha olan qiymətlər bir də artırılır. Antiinhisar və İKTA isə qiymətlərin niyə heç bir səbəb olmadan artırılması ilə bağlı medianın ünvanladığı suala isə cavabı həmişəki kimi şablondur: "Qiymətlər tələb təklif və rəqabət nəticəsində formalaşır". Maraqlıdır ki, hansı rəqabətdən söhbət gedə bilər? Bazarda faktiki olaraq, iki mobil operator var. Bakcell və Azerfon 2018-ci ildən eyni holdinqin tərkibindədir. Bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. mobil operatorlar bazara buraxılmır. Hətta xarici mobil operatorlar illərdir heç regional mobil operator olan Naxtel-in ümumrespublika operatoru kimi fəaliyyət göstərməyinə imkan verilmir. Ümumiyyətlə, mobil rabitə ümumilikdə İKT sektorunda inhisarçılıq və monopoliyanın səbəbi Rabitə Nazirliyidir. Nazirlik nə internet, nədə ki, mobil rabitə sahəsində istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyət göstərməsinə imkan vermir. Əhalisi bizdən 3 dəfə az olan Gürcüstan və Ermənistanda 4 mobil operator fəaliyyət göstərdiyi halda bizdə isə sadəcə uzun illərdir 2 mobil operator fəaliyyət göstərir ki, onlardan biri də Azercell Rabitə Nazirliyinə məxsusdur.
Sorğu
Yeni dizaynımız necədir?