GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nəsimi polisi dələduzu nazirliyin adı ilə himayə edir - Fakt

Nəsimi polisi dələduzu nazirliyin adı ilə himayə edir - Fakt

Tarix: 12-03-2015, 00:14 Bölmə :Ölkə Baxış: 0
Nəsimi polisi dələduzu nazirliyin adı ilə himayə edir - Fakt

Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməlində dələduzluq faktı araşdırılan həkim assistentini himayə edir.

Axar.az xəbər verir ki, “Medi Sina” klinikasında BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümündə təqsirləndirilən anestezioloq Firuz İbrahimov və onkoloq Mahir Məmmədovla əməliyyatda iştirak edən assistent Fərəcullah İdrisovun əməlində dələduzluğa cəhd faktı aşkarlandığından, Bakı Şəhər Prokurorluğu faktın araşdırılması üçün materialları Nəsimi Rayon Polis İdarəsinə göndərmişdi.

Lakin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi klinikanın baş həkimi də daxil olmaqla, araşdırmada adı keçənlərin izahatını almadan və üzləşdirmə aparmadan 10 gün müddətində tez-tələsik işi xətm etmək barədə qərar çıxarıb.

Zərərçəkən tərəf – jurnalist Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, Nəsimi RPİ-nin müstəntiqi Elvin Əsgərov cinayət işinin xitam olunması barədə bu il yanvarın 22-də qərar çıxarıb.

Nəsimi polisi qərardan verilən şikayəti necə “itirdi”

Fevralın 2-də müstəntiqin qərarından Nəsimi Rayon Prokurorluğuna şikayət verilib. Bu şikayət prokurorluğun dəftərxana rəisi Elmira Rəhimova tərəfindən rəsmi qaydada imzalanaraq qəbul edilib.

Elə həmin şikayət ərizəsi araşdırılması üçün fevralın 3-də rəsmi məktubla Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Zərərçəkmişin hüquqi nümayəndəsi deyir ki, bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın rəisi Oruc Əmiraslanov tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayətə münasibət bildirilməyib. İstintaq rəisi iddia edib ki, guya şikayət prokurorluğa daxil olmayıb.

S.Vəkilov qeyd edir ki, bir neçə dəfə şikayətin nəticəsi ilə bağlı Nəsimi Polis İdarəsinə gedib. Amma O.Əmiraslanovla görüşmək mümkün olmayıb. Nəsimi RPİ-dən bildirilib ki, istintaq rəisinin başı mühüm işlərə qarışıb, Daxili İşlər Nazirliyindən yoxlama var və ona görə də onu qəbul edə bilmir. Bir müddətdən sonra isə bəlli olub ki, Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsini deyil, məhz istintaq şöbəsini “yoxlayırmış”.

Bu “yoxlamalara” başı qarışdığı cavabı ilə məktuba cavabı bir aydan artıq gecikdirən O.Əmiraslanov faktiki olaraq dələduzu himayə etməklə məşğuldur. Zərərçəkənin hüquqi nümayəndəsi S.Vəkilovun sözlərinə görə, işin xətm olunması barədə məlumatlandırılarkən şikayət verəcəklərini dərhal müstəntiqin nəzərinə çatdırıblar:

“Bizə bu barədə məlumat veriləndə şikayət verəcəyimizi dedik. Şikayət məktubunu hazırladıq və Nəsimi Prokurorluğunda qeydiyyatdan keçirdik.

Ancaq uzun müddətdir ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanov məktubu qeydə almamaq üçün müxtəlif bəhanələr gətirir. Birinci dedilər ki, baş qarışıqdır, nazirlik idarədə yoxlama aparır.

Üç gündən sonra isə dedilər ki, idarə deyil, istintaq şöbəsi yoxlanılır, başımız qarışıqdır. Bir həftədən sonra dedilər, DİN-in yoxlaması başa çatmayıb. Bax beləcə, işi uzatmaqla məşğuldurlar”.

S.Vəkilov bildirib ki, müvəkkilinin qeyri-rəsmi mənbədən əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsində heç bir yoxlama-filan aparılmayıb:

“Əvvəla, yoxlamanın aparılıb-aparılmaması bizə cavabın bu qədər gecikməyinə səbəb ola bilməz. Digər tərəfdən, əgər yoxlama yoxdursa, niyə belə bir bəhabə gətirilir? Dolayısı ilə bu fakt İstintaq şöbəsinin əməlində dələduzluq olduğu şübhəsi mövcud olan şəxsin himayəsindən başqa bir şey deyil”.

S.Vəkilov Fərəculla İdrisovun məhkəmə zamanı da istintaqa verdiyi ifadəsindən imtina etdiyi və istintaqa yalan danışdığını boynuna almasını diqqətə çatdıraraq, bu şəxslə bağlı ciddi araşdırmaya ehtiyac olduğu halda onun məsuliyyətdən kənarda saxlanılması üçün Nəsimi polisinin əldən-ayaqdan getməsini anlamadığını bildirib:

“Nəsimi Rayon Məhkəməsində gedən cinayət işi prosesindəki ifadəsində F.İdrisov heç bir səbəb gətirmədən istintaqı aldatdığını etiraf elədi və tamamilə başqa bir ifadə verdi. Onun bu sözləri məhkəmədə protokollaşdırılıb və biz artıq onun istintaqa və məhkəməyə yalan ifadələri ilə bağlı vəsatətlərimizi hazırlamışıq. Belə bir şəxsin ifadəsini əsas götürməklə, digər şahidlərin ifadəsini almadan və araşdırma aparmadan Nəsimi RPİ-nin İstintaq şöbəsi işi niyə xətm edib? Bizim verdiyimiz şikayət məktubunu niyə cavablandırmır və sorğulardan yayınır? Şikayət məktubunu rəsmi qeydiyyat nömrəsi ola-ola, niyə yoxa çıxardıb? Bütün bunlar araşdırılmalıdır”.

S.Vəkilovun sözlərinə görə, zərərçəkən tərəf bu qanunsuzluq üzündən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət də hazırlayır.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün zərərçəkən tərəf Nəsimi Rayon Prokurorluğuna şikayət verib.

Nəsimi polisi dələduzu nazirliyin adı ilə himayə edir - Fakt
Nəsimi polisi dələduzu nazirliyin adı ilə himayə edir - Fakt
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar – Qətl işi

    Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar – ...

    12-03-2015, 21:04

  • 
  • Jurnalist ölüm işi ilə bağlı nazirə müraciət etdi

    Jurnalist ölüm işi ilə bağlı nazirə müraciət etdi ...

    12-03-2015, 00:32

  • 
  • Elnarə Tofiqqızının ölümü ilə bağlı təqsirləndirilən həkim məhkəmə zalında həbs edilib

    Elnarə Tofiqqızının ölümü ilə bağlı ...

    31-08-2015, 18:34

  • 
  • "Medi Sina" klinikasının baş həkimi istefa verib

    "Medi Sina" klinikasının baş həkimi ...

    4-12-2013, 11:00

  • 
  • Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

    Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı ...

    12-12-2013, 12:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu