GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli Həsənov: “Sabitliyi iki amil poza bilər…”

Əli Həsənov: “Sabitliyi iki amil poza bilər…”

Tarix: 12-03-2015, 00:22 Bölmə :Ölkə Baxış: 0
Əli Həsənov: “Sabitliyi iki amil poza bilər…”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azad Azərbaycan” televiziyasının “Həftə sonu” analitik informasiya proqramına müsahibə verib.

Müsahibədə prezident İlham Əliyevin Bolqarıstan səfəri, I Avropa Oyunlarına hazırlıq, iqtidar-müxalifət dialoqu, bəzi beynəlxalq qurumların Azərbaycana ikili yanaşması və s. məsələlər ətrafında söhbət aparılıb. Azinform.az həmin müsahibəni təqdim edir:

- Əvvəla, bizə vaxt ayırdığınız üçün sizə təşkkür edirik. Eyni zamanda, sizi təbrik edirik. Cənab Prezident tərəfindən sizə böyük etimad göstərildi, səlahiyyətləriniz genişləndirildi.

– Təşəkkür edirəm. Əlbəttə, mən bu məsələyə heç cür münasibət bildirə bilmərəm. 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edirəm. Bu 20 il ərzində gördüyüm işlər, əlbəttə, həm cəmiyyət üçün, həm də cənab Prezident üçün aydındır. Bizim vəzifəmiz işləməkdir, rəhbərlik də bunu dəyərləndirir. Əlbəttə, böyük etimaddır. İstər-istəməz, hər bir vəzifə, etimad əlavə məsuliyyət, yük, əlavə zəhmət tələb edir. Heç bir iş zəhmətsiz başa gəlmir. İctimai-siyasi sahə elədir ki, bütün gün ərzində işləmək lazımdır. Yəni gəldim Administrasiyada 5-10 saat işlədim, bu, yetərli deyil. Demək olar ki, insanın bütün zamanı ictimai-siyasi proseslərin izlənməsinə, proqnozlaşdırılmasına, proqramlaşdırılmasına və idarə olunmasına sərf olunur. Bu, elə-belə sahə deyil. Azərbaycanın inkişafının təməlində sabitlik dayanır, Azərbaycan xalqının maraqlarının düzgün dərk olunması, proqramlaşdırılması və həyata keçirilməsi dayanır. Ona görə də ictimai-siyasi iş də gün ərzində insanın vaxtını, o cümlədən əməyini tələb edir. Və biz də bu sahədə bacardığımız işi görürük.

- Əli müəllim, ölkədəki hazırkı ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?

– Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır. Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu, yoxdur. Bu yoxdursa, deməli dövlət düzgün istiqamətdə öz siyasətini formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən dəstəklənir. Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Əgər bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli buradan da dəstək var. Bildiyiniz kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə mütəmadi olaraq dialoqlar aparırıq, onların fikirlərini, maraqlarını izləyirik, dinləyirik, ümumiləşdiririk. O cümlədən siyasi institutlar və digərlərinin də. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitlik, bu gün olduğu kimi, düşünürəm ki, gələcəkdə də qalacaqdır. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir.

- Son aylarda siyasi partiyalarla iş daha da fəallaşıb. Xüsusilə iqtidar-müxalifət dialoqunu buna misal göstərmək olar. Amma təəssüflər olsun ki, müxalifətin radikal qanadı özünəqapanma ilə məşğuldur. Bu isə əks effekt verir, daxili parçalanmaya səbəb olur. Bu proseslərə münasibətiniz necədir?

– Mən əslində bu radikal kəsimin özünü proseslərdən kənarda saxlamasına qiymət vermək istəmirəm. Cəmiyyətdə bu barədə açıq müzakirələr gedib, hazırda da gedir və gələcəkdə də gedəcəkdir. Azərbaycan cəmiyyətinin sabitliyində maraqlı olan bütün qüvvələr buna münasibət bildiriblər. Ona görə də tərəf olaraq, biz iqtidarıq. Mən iqtidarı o görüşlərdə, danışıqlarda təmsil edirəm. İqtidar olaraq biz buna münasibət bildirmirik. Qoy cəmiyyət özü münasibət bildirsin ki, nəyə görə onlar özlərini kənarda saxlayırlar və bu kənarda qalma onların, cəmiyyətin xeyrinədir, ya ziyanınadır.

Başqa məsələni demək istəyirəm. Cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin qurulması iqtidarın mövcud siyasətidir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən daxili qüvvələrlə, ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, mətbuatla mütəmadi olaraq işçi dialoq aparılıb. Bilirsiniz ki, Azərbaycan dövləti bunlarsız ölkənin gələcəyini təsəvvür etmir. Mən il ərzində həm QHT-lərlə, həm mətbuat nümayəndələri ilə, həm də siyasi partiyalarla bir neçə görüş keçirirəm. Və bu görüşlərin nəticəsi olaraq dövlət siyasətinə bu və ya digər korrektələr edirik, bu və ya digər məsələlərdə onların təklif və rəylərini nəzərə alırıq. Çünki cəmiyyət təkcə hakimiyyət və ona bu mandatı verən xalqdan ibarət deyil. İqtidarla xalqın arasında üçüncü bir qüvvə də var. Bu da dediyim kimi, mövcud vaxt çərçivəsində hakimiyyətə iddialı olan, lakin hakimiyyətə gələ bilməyən siyasi partiyalardır. Onlar opponentlik funksiyasını yerinə yetirir və onların vəzifəsi bundan ibarətdir. Mütəmadi olaraq cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq müxtəlif vətəndaş təşəbbüslərini reallaşdıran QHT-lər var, onların maraqları, gündəlik təşəbbüsləri və digər məsələlər nəzərə alınmalıdır.

Mətbuat isə xalqla dövlət arasında, dövlətlə ictimai-syasi institutlar arasında bağlayıcı vasitədir. Hər birinin fəaliyyətini işıqlandırır, cəmiyyətn onlara qiymətini gündəmə gətirir. Mətbuatla iş qurulmalıdır. Azərbaycan çoxmillətli dövlətdir. Onlar arsında balanslı milli siyasət yürüdülməlidir. Azərbaycan tolerantlıq iddiasındadır və bölgənin ən tolerant ölkəsidir. Biz bunu dünyaya böyük məmnuniyyətlə yayırıq. Deməli Azərbaycandakı müxtəlif dini konfessiyalar araındakı münasibətlər öyrənilməlidir. Onlarla mütəmadi görüşlər keçirilməli və onların maraq və mənafeləri nəzərə alınmalıdır. Bütün bunları ümumiləşdirəndə, demək olar ki, Azərbaycanda bu istiqamətdə yürüdülən dövlət siyasəti təqdirəlayiqdir. Bunu tək biz deyil, opponentlərimiz, o cümlədən bizi əhatə edən dövlətlərin ictimai-siyasi xadimləri də Azərbaycana gələrkən və ya biz xaricdə onlarla görüşərkən qiymətləndirirlər.

- Bəzi xarici təşkilatlar Azərbaycanda özlərinin “beşinci kolon”larını yaratmaq siyasəti yürütməyə çalışıblar və hər dəfə də rəsmi Bakının yerində müdaxiləsi ilə bunlar zərərsizləşdirilib. Bu siyasət onları daha da aqressivləşdirir, ikili standartları çərçivəyə sığmır. Beynəlxalq təşkilatlarla bağlı son vəziyyət necədir?

– Mən 20 ilə yaxındır ki, daxili və xarici QHT-lərlə işləyirəm. Bunların əksəriyyətinin məqsəd və məramı, missiyası hamıya bəllidir. Əlbəttə, QHT ayrı-ayrı vətəndaşların, vətəndaş qruplarının təşəbbüsləri əsasında yaranır və onların bu və ya digər ideyalarını reallaşdırmağa xidmət edir. Amma təəssüflər olsun ki, beynəlxalq QHT-lərin çoxu müəyyən qlobal güclər tərəfindən yaradılıb və dünyada dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərdə əlavə resurs kimi istifadə olunur. Təkcə bir faktı xatırladım. “Avroviziya” müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər antiAzərbaycan koalisiyası yaratdılar. Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır. Deməli, dövlət olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla münasibət, musiqi, idman yarışları xalqın həyatında məqsəd ola bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik, etməyə çalışırıq. Və belə olan halda, biz beynəlxalq təşkilatları da anlayırıq. Onların fəaliyyətinin, siyasətlərinin köklərini də bilirik. Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti, fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost, tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil.

- I Avropa Oyunlarına hazırlıq istiqamətində çoxlu işlər görülüb. Ölkənin birinci xanımı, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Hazırda bu hazırlıq işləri nə yerdədir?

– Bununla bağlı geniş məlumat verməyəcəyəm. Çünki görünən dağa nə bələdçi? Artıq demək olar ki, dünyanın bütün aparıcı ölkələrində, dünya siyasətinin, mədəniyyətinin, dünya idmanının əsas mərkəzlərində təqdimatlar keçirilib. Bilirsiniz ki, biz “Avroviziya”da elə bir standart ortaya qoyduq ki, bizdən sonra onu keçirənlər cəhd göstərirlər ki, Azərbaycan standartları səviyyəsinə qalxsınlar. İndi də Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Deməli, Azərbaycan ilk standartları müəyyənləşdirir. Əslində bu oyunlar, məsələn, ötən il Soçidə keçirilən Qış Olimpiya oyunlarından daha geniş əhatə dairəsinə malikdir. Yəni idmançıların, onları müşayiət edəcək personalın sayına görə Qış olimpiadasından bəlkə də 2-3 dəfə çox iştirakçı gözlənilir. Ona görə də bu, çox mühüm, amma eyni zamanda məsuliyyətli və çətin bir tədbirdir. Lakin Azərbaycan dövləti son zamanlar bütün dünyaya sübut edib ki, biz nəinki belə oyunları təşkil etməyə qadirik, bundan yüksəyini də bacararıq.

Prezident İlham Əliyev, çox hörmətli Mehriban xanım Əliyeva başda olmaqla, həm dövlət strukturları, həm Heydər Əliyev Fondu və onun rəhbərliyi altında olan xarici ölkələrdəki strukturlar, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Mehriban xanımın rəhbərlik etdiyi komanda çox ciddi fəaliyyət həyata keçirir və bu fəaliyyətin də nəticələri artıq göz qarşısındadır. Düzdür, yenə bəzi QHT-lər, daxili və xarici qüvvələr ayrı-ayrı mövcud olmayan məsələləri uydururlar, guya hansısa beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarını əsas gətirərək Avropa Oyunlarını boykota çağırırlar. Amma bunların heç bir əsası yoxdur. Cəhdlər var, amma quru divara palçıq yapışdırmaq mümkün olmadığı kimi, bizim haqq işimizə də heç kim kölgə sala bilməz.

- Ötən həftənin əsas hadisəsi öncə Mehriban xanım Əliyevanın, daha sonra cənab Prezident İlham Əliyevin İtaliya səfərləri, Vatikan görüşləri oldu. Bu səfərləri şərh edərdiniz.

– Bilirsiniz ki, son zamanlar Azərbaycan Avropanın əsas enerji təminatı mərkəzlərindən birinə çevrilib. Hal-hazırda “Şahdəniz 2” layihəsi çərçivəsində Avropanın gələcək qaz təminatında mühüm bir faktora çevrilərək Azərbaycan transmilli layihələr həyata keçirir. TAP, TANAP, bunlardan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər bu kimi transmilli layihələrdə Azərbaycan ev sahibliyi edir. Prezidentin Bolqarıstana səfəri Azərbaycanın reallaşdırmaq istədiyi və təməlini qoyduğu layihələrə Şərqi Avropa ölkələrinin qoşulması təşəbbüslərini müzakirə etmək, mövcud imkanları araşdırmaq, Bolqarıstanla gələcək ikitərəfli, çoxtərəfli münasibətləri, o cümlədən enerji və digər məsələləri müzakirə etmək və tənzimləmək məqsədi ilə reallaşdırıldı. Səfərin kifayət qədər müvəffəqiyyətli, uğurlu yekunları var. Bu haqda ictimaiyyətə məlumatlar verilir və veriləcək. O ki qaldı hörmətli Mehriban xanımın Romaya səfərinə, Vatikanda keçirdiyi görüşlərə, Romada baş tutan 2015-ci il I Avropa Oyunlarının təqdimatı mərasiminə, bilirsiniz ki, bunlar sistemli tədbirlərin tərkib hissəsidir. Dünya ölkələrinin Oyunlara qatılmayan kəsiminə belə, keçiriləcək oyunlar, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri, musiqisi və s. çatdırılır. Təkcə oyunların keçiriləcəyi günlərdə deyil, hazırlıq dövründə də Azərbaycanın təbliği sahəsində o qədər möhtəşəm işlər görülür ki, hesab edirəm, bizim əlimizə heç də tez-tez belə imkan düşmür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov Azərbaycana gətirildi - İDDİA

    Əli Həsənov Azərbaycana gətirildi - İDDİA ...

    18-01-2021, 13:18

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • PA-nın ictimai-siyasi məsələlər şöbəsinin fəaliyyəti genişləndirilib, Vüsal Quliyev sektor rəhbəri təyin edilib

    PA-nın ictimai-siyasi məsələlər şöbəsinin ...

    4-05-2018, 13:01

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41

  • 
  • Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq

    Azərbaycanda iqtidat və müxalifətin görüşü olacaq ...

    30-07-2013, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu