"Seçkinin keçirilməsi ilə bağlı narahat doğurucu məsələlər varsa..." Biz indi seçkinin elə mərhələsinə daxil oluruq ki, istər-istəməz müxalifət partiyaları ilə təmas qaçılmazdır. Bu təmaslara ehtiyac var. "Qafqazinfo" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət və iqtidar partiyaları arasında dialoqun həyata keçirilməsinə ilə bağlı sualı cavablandırarkən deyib.
Əli Həsənov bildirib ki, bununla bağlı ATƏT-lə danışıqlar aparılır: “ATƏT-in həmişə olduğu kimi seçkiöncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahat doğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq. Biz seçkiqabağı siyasi partiyalarla, xüsusilə də seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçirəcəyik”.
Əli Həsənov Azərbaycan edilən xarici təzyiqlərlə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, bütövlükdə Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir:
“Bütövlükdə beynəlxalq təşkilatlarla ünsiyyətdə də biz beynəlxalq təcrübəni öyrənirik, onları tətbiq edirik. Azərbaycan xalqının inkişafına xidmət edənləri nəzərə alaraq həyata keçiririk. Bəzən təəssüflər olsun ki, beynəlxalq aləmdən Azərbaycana bu və ya digər formada təzyiqlər olur. Bu təzyiqlərə biz, əlbəttə, mövcud normalar, maraqlar çərçivəsində dəyərləndiririk. Təzyiqlər Azərbaycan üçün qəbul olunmazdır. Amma onların Azərbaycan üçün ən maraqlılarını tövsiyə mahiyyəti daşıyanları nəzərə alırıq”.
Sorğu
Yeni dizaynımız necədir?