GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hacı Madərin Binəqədidə bələdiyyə baş ağrısı

Hacı Madərin Binəqədidə bələdiyyə baş ağrısı

Tarix: 7-12-2012, 11:07 Bölmə :Ölkə Baxış: 1 758
Hacı Madərin Binəqədidə  bələdiyyə baş ağrısı
Deputatın qohumu Hacı Elmanın möhürü və imzası ilə uzun illər minlərlə adama 10 hektarlarla torpaq sahəsi satılıb, işin içində nüfuzlu adlar var

gundemxeber.az Millət vəkili Hacı Madər Musayevin də adının hallandığı və onun yaxın qohumu Hacı Rəşad Cabbarovun vəzifəsini itirdiyinə dair ölkə mediasında yazılar dərc olunub. Həmin yazıdan sonra millət vəkili bərk qəzəblənərək mənbə ovuna çıxıb. Qeyd edək ki, həmin yazıda bildirilir ki, Binəqədi kənd bələdiyyəsində qalmaqal yaranıb. Sosial şəbəkələrdə bununla bağlı yayılan xəbərə görə, bələdiyyə sədri Cabbarov Rəşad Ağasəlim oğlu vəzifəsindən uzaqlaşdırılıb. Onun üzünə bir qadının qoyulduğu bildirilir.
Siyasi fəaliyyətlə aktiv məşğul olan və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Binəqədi qəsəbə gənclər təşkilatının sədri vəzifəsində çalışan Hacı Rəşadın həmin qadından külli miqdarda rüşvət tələb etdiyinə dair məlumatlar var. Məlumat üçün bildirək ki, Rəşad Cabbarov Binəqədinin deputatı Hacı Madər Musayevin qohumudu. Hacı Rəşaddan əvvəl isə bu bələdiyyəyə 10 il Hacı Madərin başqa qohumu Hacı Elman rəhbərlik edib. M.Musayev son seçkilərdə də Hacı Elmanın seçilməsinə çalışsa da buna nail ola bilməyib. Bununla belə Hacı Elmanın yerini onun bir qədər uzaq qohumu Hacı Rəşad tutub.
Qəzetimizə həmin məsələ ilə bağlı maraqlı məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, həm Madər Musayevin, həm də onun yaxın qohumu olan Rəşad Cabbarovun “Biləcəri” bələdiyyəsinin sədri İlham Xəlilovla ciddi konfliktləri var imiş. Təxminən 3 ilə yaxındır davam edən kofliktin səbəi isə, İ. Xəlilovun nüfuz savaşı əsnasında deputatın keçmişdə qəssab olması faktını açıqlaması olub. Keçmişinin açıqlanmasını özünə təhqir hesab edən deputat, hətta açıq şəkildə bir gün bunun qisasını alacağını da elan edib.
Son günlər yayılan informasiyadan sonra açıq hücuma keçən deputatın bütün günahi İ. Xəlilovun üzərinə atması da bu hücumun tərkib hissə imiş. Məlumatı verən şəxs Madər Musayevi yaxşı tanıdığını və hətta Xəlilovun sonunu hazırlamaq üçün məlum informasiyanı özünün belə hazırlayıb sosial şəbəkələrə ata biləcəyini də bildirib. Qeyd edək ki, əslində uzun illərdi Binəqədi kənd bələdiyyəsində ciddi problemlər var. R.Cabbarov bu vəzifəni 2009-cu ildən tuturdu. Buna qədər isə Binəqədi kənd bələdiyyəsinə Hacı Madərin bacısı oğlu Hacı Elman Salmanov rəhbərlik edib. Hacı Elmanın möhürü və imzası ilə onun özü, yaxın ətrafı, bələdiyyə üzvləri və işbazlar tərəfindən uzun illər minlərlə adama 10 hektarlarla torpaq sahəsi satılıb.
Həmin torpaq sahələrinin böyük hissəsi ARDNŞ-in ərazisidi və bu günün özündə də vətəndaşlarla ARDNŞ arasında ciddi problemlər yaşanır. Hacı Elman Salmanov və onun ətrafında olan işbazlar isə bu əməliyyatlardan milyonlar götürüblər. Hazırda Binəqədi rayonu ərazisində həmin şəxslərin onlarla obyektləri var. Bura şadlıq evlərindən, restoranlardan, yanacaqdoldurma məntəqələrindən, otel tipli istirahət mərkəzləri, avtomobil yuma məntəqəsindən tutmuş xeyli obyekt daxildi.
Həmin şəxslər bu əraziləri mənimsəyənlər həmçinin çox yüksək vəzifəli şəxslərin də adından istifadə ediblər. Hansı ki, onların arasında çox nüfuzlu generallar da var. Hacı Elmanın ətrafındakı işbazlar bələdiyyə sədri və Hacı Madərin imkanları ilə yanaşı, həmin şəxslərin də adlarından istifadə ediblər və bununla da həm toxunulmazlıq, həm də milyonlara sahib olublar.
2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı isə bu qrup Hacı Elmanın işlərinin yaxşı olmadığını görərək həm də Hacı Madərin digər qohumu Rəşad Cabbarovun da namizədliyini irəli sürüb.
Hacı Elmanın xeyrinə karusel əməliyyatları keçirilsə və seçicilər kütləvi şəkildə məntəqələrə daşınsa da, hakimiyyətdəki rəqib qanad onun yenidən bələdiyyə üzvü olmasına imkan verməyib. Amma Hacı Rəşad Cabbarov bələdiyyə üzvü seçilib və Hacı Madər bacısı oğlunun imzası və möhürü ilə uzun illər reallaşdırılan cinayət tərkibli əməlləri ört basdır etmək üçün digər qohumunu bələdiyyə sədri seçdirib. Ancaq Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı Xaləddin İsgəndərov bu vəzifəyə təyin olunandan sonra rayon ərazisində özündən əvvəl baş verən bir sıra qanunsuz əməlləri təftiş etdirməyə başlayıb. Yeni icra başçısı xüsusən də qanunsuz torpaq alveri fırıldaqçılarının vurulmasını tapşırıb. Məlumata görə, Rəşad Cabbarovun vurulması həm də bu məqamla bağlıdı.
Bu barədə danışan şəxs Binəqədi kənd bələdiyyəsi, Hacı Madər və onun ətrafında baş verənlərlə bağlı daha detallı faktlar açıqlayacağını vəd edib. Növbəti məlumatlarda uzun illər Binəqədidə dövlət ərazilərini mənimsəyən işbazların öz adları və istifadə etdikləri yüksək vəzifəlilərin də isimləri açıqlanacaq.
Məsələ ilə bağlı yazıda adı hallanan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq..

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Millət vəkili bələdiyyə binasına əl qoyub

    Millət vəkili bələdiyyə binasına əl qoyub ...

    25-12-2012, 12:11

  • 
  • Millət vəkili şəhidin 40 mərasiminin keçirilməsinə pul tapdı...

    Millət vəkili şəhidin 40 mərasiminin ...

    22-01-2016, 12:37

  • 
  • Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına qarşı

    Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına ...

    19-08-2014, 18:06

  • 
  • Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədova cavab

    Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki ...

    24-08-2013, 14:10

  • 
  • Hacı Məmmədovun "qələmini qıran" şəxsin ailəsində yasdır

    Hacı Məmmədovun "qələmini qıran" şəxsin ...

    28-11-2014, 21:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu