Deputat Ayaz Orucov bələdiyyəni öz binasından qovub
gundemxeber.az Beyləqan rayonunda deputatla bələdiyyə sədri arasında ciddi problem yaranıb və faktiki olaraq bu qalmaqala çevrilib. Adıçəkilən rayonda olan mənbənin gunxeber.com-a verdiyi məlumata görə, qalmaqal rayon bələdiyyəsinin sədri Bakir Balakişiyevlə, millət vəkili Ayaz Orucovun arasında yaşanır. Məlumata görə, problemə səbəb A.Orucovun Beyləqan bələdiyyəsinin əvvəllər yerləşdiyi tarixi binasından çıxartması olub. Artıq bələdiyyə üç ay olar ki, yersiz-yurdsuz qalıb. Deputat Beyləqan bələdiyyəsini yeni binada yerləşdirəcəyini deyib, amma bu günə kimi deyilənlər söz olaraq qalmaqdadır. Rayondan gələn digər məlumata görə, millət vəkili Ayaz Orucov tarixi binanı sökdürməyə çalışır. Binanın yerində kommersiya məqsədləri üçün iaşə obyektlərinin tikiləcəyi bildirilir. “Xəbər xidməti”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?