Martın 11-də Kazan şəhərində yerləşən “Admiral” ticarət mərkəzində güclü yanğın baş verib.
Nəticədə 4 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 14 nəfər xəstəxanaya yerləşdirilib, dağıntılar altından 4 nəfər çıxarılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin bildirib ki, dağıntılar altında 15 nəfərin qaldığı güman olunur.
Yanğının söndürülməsinə və insanları dağıntılar altından çıxarılmasına 435 nəfər və 100 ədəd texnika cəlb olunub. Rusiya FHN-dən bildiriblər ki, yanğına elektro-texniki nasazlıq səbəb olub.
“Admiral” ticarət mərkəzinin azərbaycanlı sahibi Hüseyn Qəhrəmanov isə “LifeNews”a açıqlamasında bildirib ki, hadisədən öncə binanın yandırılacağı ilə bağlı ona hədə-qorxu olunub. Buna görə də iş adamı obyektin mühafizəsini gücləndirib, hətta bu işə qohumlarını cəlb edib.
H. Qəhrəmanovun sözlərinə görə, dükan sahibləri mallarını çıxarmağa cəhd etməsəydilər, qurbansız ötüşmək olardı.
Qeyd edək ki, yanğın 12 min kv.m-lik ərazini əhatə edib. (APA)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?