Gülçöhrə Məmmədova və Havar Məmmədovu çətin günlər gözlədiyi bildirilir
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad, Gəncə və Sumqayıt dövlət universitetlərinin rektorları ilə bərabər, bir çox kollec direktorlarını özünə yaxın kadrlarla əvəzləsə də, hələ ki bu istiqamətdə planlarını tam bitmiş saymır.
«Gündəm Xəbər”ə daxil olan məlumata görə, sözügedən hər üç universitetdə yeni rektorların təyinatları birbaşa Mikayıl Cabbarovun təqdimat və istəyi üzrə həyata keçirilib: «Mikayıl Cabbarov İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevlə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovu, həmçinin xeyli kollec direktorlarını birbaşa «korrupsiya silahı» ilə zərərsizləşdirsə də, digər rektorlara hələ ki güc göstərə bilmir. Amma bu o demək deyil ki, Mikayıl Cabbarov bu istiqamətdə fəaliyyətini dayandırıb. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanı, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu dəyişdirilməsi üçün çox çalışır.
Müsahibimiz deyir ki, yaxınlarda Mikayıl Cabbarov Misir Mərdanovun dövründən rektor olanlara qaşı yeni həmləsini edəcək: «O zaman Gülçöhrə Məmmədova, Havar Məmmədovun necə duruş gətirəcəyi də maraqlı olacaq».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?