GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaqatalada “Mübariz”ə ab-havası

Zaqatalada “Mübariz”ə ab-havası

Tarix: 16-03-2015, 12:05 Bölmə :Ölkə Baxış: 0
Zaqatalada “Mübariz”ə ab-havası


İcra başçısının fəaliyyəti ciddi narazılıqla müşayət olunur

Son zamanlar nazirlərin rayonlarda qəbullar keçirməsi, vətəndaşların problemləri ilə yerindəcə tanış olması mütəmadi olaraq davam edir. Bu proses vətəndaşlar tərəfindən müsbət qarşılansa da, bir çox yerlərdə şikayətçilərin nazirlərlə birbaşa dialoquna süni maneələr yaradıldığı da məlumdur. Qeyd etmək lazımdır ki, belə qəbulların təşkili həm də rayonlarda hökm sürən ab-havanın dəqiq öyrənilməsinə kömək edir. Bu yolla məmurların sadə insanlara qarşı olan münasibətini təhlil etmək olur. Hakimiyyət dairələri vəziyyətlə yerindəcə tanış olmaqla hadisələri dəyərləndirmək imkanı qazanır.

2015-ci ilin bir çox sahələrdə dəyişikliklər ilə yadda qalacağı heç kimdə şübhə doğurmur. Hakimiyyətin məmur ordusunda da əsaslı dəyişikliklərin olacağı şübhəsizdir. İlk növbədə isə fəaliyyəti daha çox narazılıq doğuran, haqqında şikayətlər daxil olan məmurların hədəfə alınacağı gözlənilir. Seçki ilində güclü himayədarları olmasına baxmayaraq öz kürsüsü ilə vidalaşacaq icra başçıları sırasında Zaqatala rayonuna rəhbərlik edən Mübariz Əhmədzadənin adının olduğu da söylənilir. Nəzərə alsaq ki, Zaqatala Prezident Administrasiyasının “şikayətlər kitabında” ön sırada olan rayonlardandır, buna inanmamaq olmur.

Ayrı-ayrı bölgələrin müxtəlif iri ranqlı məmurların kurasiyasında olması faktı hamıya məlumdur.

Qax, Zaqatala və Balakən rayonları isə Əhmədzadələrin tamamilə nəzarətindədir.

Bu rayonlarında möhkəmlənən Əhmədzadələr regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər. Məlumatlara görə, adı çəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Bildirilir ki, Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznes sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan “Uluyurd” MMC şirkətinin nəzdindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan “El Resort” beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz”, “Eden” park hotel, “Səngər qala” istirahət mərkəzləri, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı və “Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur.

Zaqatala rayonuna rəhbərlik edən Mübariz Əhmədzadənin fəaliyyəti dövründə rayonda bütün gəlirli sahələr tamamilə nəzarətə götürülüb.

Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid

olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilib. Belə ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğu bildirilir. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır. Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağa calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün və ya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir.

Artıq icra başçısının fəaliyyəti rayonda ciddi narazılıq yaradıb. Sosial-iqtisadi problemlər girdabında boğulan sakinlər rayonda hökm sürən özbaşınalıqlardan cana doyublar. Dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılmasına baxmayaraq, Zaqatalada abadlıq işləri yox səviyyəsindədir. Görülən işlər isə keyfiyyətsiz və kosmetik xarakterlidir. Dövlət vəsaitinin talanması üçün məmurların istifadə etdikləri “tender oyunları” Zaqatalada da xüsusilə geniş yayılıb. Görülən bütün işlər demək olar ki, icra başçısının Əhmədzadələrin nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytındakı məlumatlara əsasən, ərzaq təminatı üçün keçirilən tenderlərin qalibi olan "Ticarət-MS” MMC və "İstehsal -S” MMC eyni zamanda rayondakı uşaq

bağçalarının, xəstəxanaların təmir işlərinin və digər müsabiqələrin də qalibi olub. Lakin bunlar heç də rayonda olan “tender qaliblərinin” tam siyahısı deyil.

Bütün bölgədə şəriksiz hakimiyyətlərini bərqərar edən Əhmədzadələrin dəbdəbəli həyat tərzinin kölgəsində zaqatalalıların ağır həyat şəraiti sanki görünməz olub. Bu yaxınlarda medyada M. Əhmədzadənin 1 hektarlıq ərazidə 5 milyonluq villası haqqında məlumatlar verilmişdi. Buna baxmayaraq sakinlər adi işıq, qaz problemindən əziyyət çəkirlər. Qış aylarında isə vəziyyət ümumiyyətlə dözülməz olmur. Bir maşını 1000 manat olan odunu almağa imkanı olmayan insanlar fındıq qabığını yandırmaqla isinmək zorunda qalırlar.

Verilən məlumatlara görə, icra başçısının fəaliyyətindən narazı sakinlər etiraz aksiyası keçirməyə hazırlaşırlar. Baş verənlərdən artıq yuxarı dairələrin də xəbəri var. Qısa müddət ərzində vəziyyətə müdaxilə ediləcəyi gözlənilir. Xalq isə Əhmədzadələrin xanədanına son qoyulacağı günü səbirsizliklə gözləyir.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Qara siyahı”ya düşən icra başçıları

    “Qara siyahı”ya düşən icra başçıları ...

    28-03-2015, 20:32

  • 
  • Sabahın havası: Güclü külək əsəcək, rayonlarda yağış, qar yağacaq

    Sabahın havası: Güclü külək əsəcək, rayonlarda ...

    14-03-2020, 14:04

  • 
  • Sabahın HAVAsı

    Sabahın HAVAsı ...

    1-11-2015, 20:19

  • 
  • Bakıda yağış, rayonlarda qar

    Bakıda yağış, rayonlarda qar ...

    28-03-2016, 14:20

  • 
  • Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət

    Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət ...

    9-05-2013, 16:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu