Bir çox icra başçıları PA rəhbərinə itaətsizlik mərhələsinə qədəm qoyub və yeni siyasi kursa uyğun olaraq davranışlar nümayiş etdirməyə başlayıb Son zamanlar ölkə prezidentinin ən çox əhəmiyyət verdiyi və daha sərt tənqid etdiyi, diqqət ayırdığı nüans məmur-vətəndaş münasibətləri ilə bağlıdır. Hakimiyyət daxilində daha çox yerli icra hakimiyyətlərinin, eyni zamanda vətəndaşlarla birbaşa təmasda olan strukturların işi ilə bağlı olaraq tənqidlər eşidilməkdədir. Başlanan bu mühim prossesin əslində yeni bir seçki projesinə hazırlıq olması barədə mühim informasiyalar əldə etmişik. Məlumata əsasən son zamanlar xüsusilə də məmurların hədəfə alınması, hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra deputatların açıq mətnlə məmurları tənqid etməsi təsadüf və ya təbii bir prosses olaraq xarakterizə edilmir. İnformasiyalara əsasən bu hakimiyyətin daxilində «mumurların vurulması» projesi əslində iqtidardaxilində iki komandanın psixaloji savaşı kimi qiymətləndirilir. Xüsusilə də Prezident Adminstrasiyasının idarə etdiyi yerli icra hakimiyyətlərinin hədəfə alınması də təsadüfi deyil. Əməkdaşımızla söhbət edən iqtidaryönümlü deputatlardan biri prossesi belə şərh edir: «Əslində indi daha çox yerli icra hakimiyyətləri hədəfə alınır və icra başçılarının sədaqətlə mərkəzə bağlanmasının qarşısını almaq məqsədi daşıyır. Son bir neçə ayda illərlə PA-dakı rəhbərinə sədaqətlə bağlı olan bir neçə icra başçısı artıq başqa tərəflərə meyillənməyə çalışırlar». Görünür həmsöhbətimizin də iddia etdiyi kimi PA rəhbəri Ramiz Mehdiyevə müavinlərin təyin edilməsi və onun səlahiyyətlərinin azaldılması prossesi artıq bəhrəsini verməkdədir. Xüsusilə də icra başçılarının artıq müxtəlif istiqamətlərdən, daha dəqiqi PA rəhbərinin müavinləri tərəfindən sıxışdırılması məntiqi nəticələrini göstərməkdədir. Aldığımız bilgilərə əsasən artıq bir sıra rayonların, xüsusilə də İmişli, Goranboy, Sabirabad, Qaradağ rayonlarının icra başçıları hələ də Ramiz Mehdiyevə sədaqətlərini qoruyub saxlaya bilsələr də, artıq iradəsi qırılanlar da var. Məsələn daxil olan informasiyalara əsasən artıq Cəlalilabadın icra başçısı PA rəhbərinə itaətsizlik mərhələsinə qədəm qoyub və yeni siyasi kursa uyğun olaraq davranışlar nümayiş etdirməyə başlayıb. Baxmayaraq ki, əhalinin ciddi şəkildə narazı olduğu rayonoların icra başçıları hələ də müqavimət göstərərək heç bir sadə vətəndaşa əhəmiyyət vermədən yalnız Bakıdakı bir şəxslə hesablaşmaq prinsipi ilə işləyirlər. Bununla belə, icra başçıları məmur-vətəndaş dayranışlarının yeni mərhələsi siyasəti ilə hesablaşmasalar, həmçinin də media vaəə ictimayyətlə əlaqələrə əhəmiyyət verəmədən, onları saya-salmadan davam etsələr işlərini itirəcəklər. Görünən odur ki, son bir ay ərzində nazirlərin ardıcıl olaraq rayonlara səfər etmələri, dövlət başçısının şəxsi iradəsi ilə həyata keçirilir və bu səfərlərin media vasitəsilə tam şəffaf təşkili əslində hansı yerli məmurdan daha çox narazılığın olduğunu təsdit etmək üçün aparılan monitorinq xarakterini daşıyır. Məlumata əsasən səfərlərin sonucu olaraq mayın sonunda nazirlər dövlət başçısına rayonlarla bağlı hesabatından sonra bir neçə icra başçısı işini itirməli olacaq. İişini itirəcək icra başçılarının isə adları təxmini olaraq hazırdır. Azər
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?