GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aslan Aslanovu ittiham edən iş adamı niyə həbs olunmuşdu...

Aslan Aslanovu ittiham edən iş adamı niyə həbs olunmuşdu...

Tarix: 16-03-2015, 18:47 Bölmə :Ölkə Baxış: 0
Aslan Aslanovu ittiham edən iş adamı niyə həbs olunmuşdu...

“Mən demişəm, dediyimin üstündə də dayanıram. O adamların ölümündə Aslan Aslanovun əli var. Məni məhz cinayətləri haqda danışdığım üçün həbs etdirmişdi. İstəmirdi ki, iç üzü ortaya çıxsın”.

Bunu “Yeni Müsavat” qəzetinə açıqlamasında Şəmkir rayon sakini Elpərəst Həsənli deyib.

Əvvəlcə onu deyək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanova qarşı aparılan kampaniyanın “mərkəzi fiquru”na çevrilmiş E.Həsənli artıq bir müddətdir bu köhnə ittihamlarını səsləndirir. Ona cavab da gəlib. Özü də elə adı E.Həsənli tərəfindən hallandırılan Şəmkir sakinləri tərəfindən. Nəinki təkcə həmyerliləri, hətta ailə üzvləri və qohumları da virtualaz.org saytına ünvanladıqları müraciətlərində (həmin müraciətlə bu link vasitəsilə tanış ola bilərsiniz) E.Həsənlinin yalan danışdığını, qarşı tərəfə böhtan atdığını etiraf ediblər. Bu şəxsin psixologiyasında ciddi dəyişikliklərin olmasını (məsələn, öz şəxsi avtomobilinin salonunu cürbəcür uşaq oyuncaqları ilə doldurmasını) nəzərə alaraq ona fikir verməməyi məsləhət görüblər.

Bu haqda bir qədər sonra. Hələliksə E.Həsənlinin yeni köhnə ittihamları haqda...

Birinci ittiham

E.Həsənli son müsahibəsində bildirir: “Gədəbəy batalyonunun komandiri olmuş Cahangir Rüstəmovun, general-mayor Fikrət Məmmədovun və başqalarının ölümü ilə bağlı dediklərimi araşdırsınlar. Böhtan atıramsa, cəzamı çəkməyə hazıram. Aslan Aslanov vəzifədə idi, arxasında Səfər Əbiyev dayanmışdı. İndi ki vəzifədə deyil, indi araşdırsınlar. Onda görəcəklər ki, Aslan Aslanovla Səfər Əbiyev vəzifədə qalmaq üçün hansı oyunlardan çıxıblar. Əgər Fikrət Məmmədov sağ qalsaydı, o, müdafiə naziri olacaqdı. Cahangir Rüstəmov da onun dediyi ilə oturub-durmurdu, əsl zabit idi. Onu da aradan götürdülər. Dediyim odur ki, araşdırsınlar, görəcəklər ki, bu işlərin arxasından Aslan Aslanov çıxacaq...”

Beləliklə, E.Həsənli iddia edir ki, o, bir vaxtlar bunları dilə gətirdiyi üçün həbs olunub: “Aslan Aslanov məni məhz cinayətləri haqda danışdığım üçün həbs etdirmişdi”.

E.Həsənlinin qohumlarının və yaxınlarının onun ruhi vəziyyətindəki dəyişikliklər barədə dediklərini nahaq xatırlamadıq. Amma bunlar subyektiv rəylər ola bilər. Ortada isə Azərbaycan dövləti adından verilmiş, necə deyərlər, daşdan da, dəmirdən də keçən mötəbər sənəd - əlahəzrət fakt var. Bu, məhkəmə qərarıdır. Həmin sənəd E.Həsənlinin A.Aslanov haqqında dediklərinə görə və sabiq icra başçısının guya şəxsi istəyi və ya sifarişi əsasında həbs olunması barədəki iddiaların sadəcə cəfəngiyyat olduğunu sözbəsöz göstərir.

Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr, 2005-cil tarixli qərarında yazılanlara baxaq.

Həmin məhkəmə qərarından belə məlum olur ki, hələ uzaq sovet dövründə - 1973-cü ildə də məhkumluğu olan və cəzasını çəkən Elpərəst Həsənlinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 may, 2004-cü tarixli qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsinin konkret səbəbi var. Özü də hərbi xarakterli cinayət işi üzrə... Yəni məhkəmə qərarından belə məlum olur ki, bu qərar verilərkən Aslan Aslanovun istəyi, arzusu, kiməsə qarşı şəxsi münasibəti və s. yox, E.Həsənlinin oğlu Xəlil Həsənlini hərbi xidmətdən yayındırmaq üçün müxtəlif vaxtlarda müxtəlif rütbəli hərbçilərə müxtəlif məbləğlərdə rüşvət verməsi faktı əsas götürülüb.

Belə ki, məhkəmə qərarına görə, E.Həsənli oğlunun adının 502 saylı hərbi hissədə əsgərlikdə, özünün isə evdə olmasını təmin etmək üçün 2002-ci il oktyabrın əvvəllərində həmin hərbi hissənin komandiri, polkovnik-leytenant Təbriz Dadaşova avans olaraq 100 dollar rüşvət verib. Xəlil Həsənli həmin il oktyabrın 14-də rəsmən hərbi xidmətə çağırılır. Amma adının getdiyi hərbi hissəyə bir aydan sonra - noyabrın ortalarında gedib çıxıb. Necə deyərlər, “tanışlıq üçün”. Buna görə isə E.Həsənli əlavə xərcə düşüb. O, komandir T.Dadaşova 2003-cü il, yanvarın 15-də və aprelin 15-də hər birində 300 dollar olmaqla üst-üstə 600 dollara yaxın rüşvət verib. Bu “yaşıllar”ın müqabilində isə E.Həsənlinin oğlu Bakıdakı mənzilində “ağappaq əsgər həyatı” yaşamışdı.

İstintaq və məhkəmə araşdırmaları zamanı Xəlil Həsənlinin 8 ay 7 gün müddətində hərbi xidmətdən yayındığı sübut olunmuşdu.

Hələ bu da hamısı deyil. 2003-cü il, yanvarın 1-dən həmin ilin iyuluna qədər ayağını bircə dəfə də hərbi hissəyə basmayan əsgər (?-red.) X.Həsənli 2003-cü il, iyulun 8-də şəhərdə gəzərkən təsadüfən saxlanılmış, onun hərbi xidmətdə olduğu müəyyənləşmiş, aidiyyəti üzrə hərbi polisə təhvil verilərək əsgər dustaqxanasına salınmışdı.

E.Həsənli oğlunu həbsdən qurtarmaq üçün səhərisi gün hərbi hissə komandirinə 250 min manat (köhnə kursla) rüşvət verərək məsələni “yoluna qoymuşdu”. Daha sonra isə bir qədər də irəli gedərək ali təhsili olmayan oğlunun hərbi biletini saxtalaşdırmış və onun ali təhsillilər kimi 1 il xidmətdən sonra tərxis edilməsinə nail olmuşdu.

Bütövlükdə isə məhkəmə sənədlərinə görə, E.Həsənli oğlunun evdə hərbi xidmət “çəkməsi” üçün onun komandirinə hər ay 100 dollar verdiyini şəxsən öz etiraf və təsdiq edib ki, bu da cinayətdir və bu cinayəti törədənlər həbs edilir...

Aslan Aslanovu ittiham edən iş adamı niyə həbs olunmuşdu...

Beləliklə, məhkəmə qərarından görünən budur ki, “Xəlil Həsənli” firmasının prezidenti və “əsgər” Xəlil Həsənlinin atası, indi özünü qanunpərəst, haqpərəst kimi göstərən iş adamı Elpərəst Həsənli 7 illik həbsə məhz bu işdəklərinə görə layiq görülüb, başqa epizoda və səbəbə, məsələn, Aslan Aslanovun zövqünə və ya ovqatına görə yox...

Bu, E.Həsənlinin ittihamlarının aşkar iftira xarakterli cəfəngiyyat olduğunu göstərən sənəd-sübut.

Digər sübut isə 1992-1995-ci illərdə Gədəbəydəki 171 (861) saylı hərbi hissə komandirinin silahlanma üzrə müavini vəzifəsində xidmət etmiş Dilqəm Sabir oglu Əliyevin virtualaz.org saytına verdiyi açıqlamadır. Onun dediklərindən:

“Mən - Əliyev Dilqəm Sabir oglu 1992-1995-ci illərdə Gədəbəydə yerləşən 171 (861) nömrəli hərbi hissə komandirinin silahlanma üzrə müavini vəzifəsində xidmət etmişəm. Ehtiyatda olan mayor, müharibə veteranıyam. Şəxsi döyüş hesabımda düşmənin sıradan çıxarılmış onlarla hərbi-zirehli döyüş texnikası və yüzlərlə öldürdüyüm erməni var. Şəmkirin keçmiş icra başcısı Aslan Aslanovu 1993-cü ildən tanıyıram. O, icra başcisi təyin edildikdən sonra hərbi hissəmizə güclü yardımlar göstərməyə başladı. Bunu hamı bilirdi. Hərbi hissənin komandiri, polkovnik Cahangir Rüstəmov Gədəbəy rayonunun Qaravəllər kəndinin Ağdaş postuna yaxın yerdə 44 00 AO nömrəli, “UAZ-3151” markalı maşınla minaya düşərək faciəvi şəkildə şəhid oldu. İki gündən sonra işi araşdıran Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyev də həmin yerin yaxınlığında 44 88 AO nömrəli, “UAZ-3151” markalı maşınla minaya düşərək şəhid oldu.

Həmin ərazi Şəmkirdən təxminən 130 km aralıda, uzaq bir məsafədə yerləşir. General-mayor Məmmədov Fikrət Seyfulla oğlunu 1974-ci ildən tanıyıram. O da Şəmkirdə hərbi hissə komandiri olduğu vaxt Gədəbəy hərbi hissəsini yoxlamadan qayıdan zaman Gədəbəy rayonunun Qaramurad kəndi ərazisində avtomobil qəzasında dünyasını dəyişmişdi. Bu faktlar barədə prokurorluq orqanları araşdırma aparıblar.

Elpərəst Həsənlinin “Yeni Müsavat” qəzetində dərc etdirdiyi məqalə boş və mənasız söz-söhbətdən başqa bir şey deyil. Çünki onun nə hərbdən anlayışı var, nə döyuşdən, nə də hərbi hissələrdən”.

Polkovnik Cahangir Rüstəmovun guya A.Aslanovun əli ilə öldürülməsi barədə deyilənlərin absurdluğunu göstərən digər fakt həmin hadisələrin canlı şahidi olmuş Gədəbəy sakinlərinin virtualaz.org saytına danışdıqlarıdır.

“Rəhmətlik Cahangir Rüstəmovun həlak olmasında Aslan Aslanovun əlinin olduğunu iddia etmək sadəcə olaraq qərəz və ya məlumatsızlıq da deyil. Bu, axmaqlıqdır. Çünki Gədəbəydə hamı yaxşı bilir ki, Aslan Aslanovun Cahangir Rüstəmovla çox yaxın münasibətləri vardı. Dost idilər. O dövrdə Milli Ordu təzəcə yaranırdı və köməyə ehtiyac vardı. Aslan Aslanovun Cahangir Rüstəmovun komandiri olduğu hərbi hissəyə hansı yardımları göstərməsi bütün yerli sakinlərin, habelə döyüşçülərin, əsgər və zabitlərin yadındadır. Aslanov hərbi hissəni isti paltarla, əsgər çəkməsi, qalın geyimlər və s.-lə təmin edirdi. Həmin hərbi hissəyə 30-dək tank motoru, tanklar və BTR-lər üçün akkumulyatorlar alıb vermişdi. Yəni bu adam mərhum komandirlə əl-ələ verərək hərbi hissənin təchizat və təminatında, torpaqlarımızın müdafiəsində böyük xidmətlər göstərib. Yardım elədiyi hərbi hissənin komandirinin ölümü onun nəyinə gərək ola bilərdi?!” - deyə həmin dövrdə baş verənlərin canlı şahidi olmuş Gədəbəy sakinləri bildirir.

İkinci ittiham

E.Həsənli bugünkü müsahibəsində A.Aslanovun hərbi mühafizə altında gəzməsindən də danışıb: “Aslan Aslanov özünü ölkə rəhbərliyinə əzab çəkən biri kimi göstərmək istəyirdi. Bunun üçün min oyundan çıxırdı. Aslan vəzifədə qalmaq üçün nə desən, onu edərdi. Təki vəzifədə qalsın. O vaxt Şəmkirdə başçı olanda özünə güllə atdırmağı da vəzifə hərisliyindən idi. Gəncə yolunda Quşqara kəndi ərazisində dəmiryol keçidi var, orada maşınını güllələtdirmişdi. Özü və sürücüsü maşından düşmüşdülər, maşını Səfər Əbiyevlə Bakıdan gələn hərbçi gülləboran eləmişdi. O hərbçi həmin gün səhər Səfər Əbiyevlə birgə Bakıdan gəlib Şəmkirdə yerləşmişdilər. Ona əvvəlcədən aparıb maşını güllələyəcəyi yeri də göstərmişdilər.

Maşında 19 güllə yeri vardı. Əgər Aslan və sürücüsü həmin vaxt maşında olsaydılar, nə o, nə də sürücüsü sağ qalmazdı. Bu tamaşanı ona görə qurmuşdu ki, ölkə rəhbərliyi buna dəyməsin. Üstəlik, Səfər Əbiyev də ona hərbçilərdən ibarət dəstə ayırsın. O tamaşadan sonra Səfər Əbiyev ona 10 hərbçidən ibarət mühafizə ayırdı. Hara gedirdisə, həmin hərbçilər Aslanın ətrafında dolaşırdı. O qədər adamın pulunu alıb yalançı vədlər vermişdi ki, küçədə gəzməyə də qorxurdu. Aslan belə işlərlə pul qazanıb...”

E.Həsənlinin dediyində bir həqiqət var: Aslan Aslanovun hərbçi mühafizəçiləri olub, özü də 10 nəfər. Yəni E.Həsənlinin dediyi rəqəm də düzdür. Və elə yalnız bunlar düzdür, qalanları isə “bulaqüstü ara söhbətləri” silsiləsindəndir.

A.Aslanova yaxın çevrələrdən verilən səhih xəbərə görə, Şəmkirin sabiq icra başçısına hərbçilərdən ibarət mühafizə ayrılması göstərişini o zaman mərhum prezident Heydər Əliyev vermişdi. Buna da ciddi səbəb vardı: Afiyəddin Cəlilovun qətlinin ildönümü ərəfəsi idi, Əliyev hakimiyyətinin üzdə olan təmsilçiləri hədəf götürülə bilərdi. Necə ki, götürülmüşdü də... Aslan Aslanovun xidməti avtomobili gülləyə tutulmuş, E.Həsənlinin dediyinin əksinə olaraq, mühafizəçisi Sənan Məmmədov ağır yaralanmışdı (E.Həsənli isə mühafizəçinin salamat qurtardığını iddia edir - ortada S.Məmmədov boyda fakt ola-ola!).

Bundan əlavə, A.Aslanovun sürücüsü də həmin gülləboran zamanı sol kürəyindən güllə yarası almışdı. Elə Aslan Aslanov özü də həmin vaxt maşında olub. Təkərini güllə deşmiş avtomobil isə 7 km məsafə qət edərək təhlükəli zonadan birtəhər uzaqlaşıb.

E.Həsənlinin bu iddiasını təkzib edən ikinci və daha vacib fakt isə budur ki, A.Aslanova 10 nəfərlik hərbi mühafizəçilər qrupunu Səfər Əbiyevin yox, ondan əvvəlki müdafiə naziri Məmmədrəfi Məmmədovun əmri ilə ayırmışdılar...

Bunlar eramızdan əvvələ aid hadisələr deyil ki, araşdırmaq üçün arxivlərə baş vurasan. Bunlar bizim günlərdə, yaşadığımız dövrdə baş verənlərdir. Canlı şahidi və bəzən də iştirakçısı olduğumuz hadisələrdir. Ona görə də onlar barədə deyilənlərin yalan və ya doğru olduğunu ayırıd etmək o qədər də çətin deyil. Təbii ki, sağlam adamlar üçün...

***

...İndi isə yazının əvvəlində xatırlatdığımız oyuncaq məsələsinə qayıdaq. İndi kimlərinsə əlində oyuncağa çevrilən E.Həsənlinin həyat yoldaşının Gədəbəy batalyonunun mərhum komandiri Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmova dediklərini yada salaq: “Onun həyat yoldaşı şəxsən özü mənə dedi ki, Elpərəst ruhi xəstədir, onu iynə-dərmanla saxlayırıq.

Hələ ağlayıb-sıtqadı da. Qadına yazığım gəldi. Üstəlik də onun adından Aslan müəllimdən üzr istəməyimi xahiş etdi. Dedi ki, siz onun adından yazılanlara fikir verməyin, ağlı başında deyil, bundan da istifadə edirlər.

Həyat yoldaşı daha sonra dediklərinə inanım deyə onun maşınının içini mənə göstərdi. Avtomobilin içi azyaşlı uşaqların topladığı cürbəcür “nakleykalar”dan tutmuş müxtəlif gəlinciklərlə, oyuncaqlarla dolu idi. Yəni normal adam belə eləməz. Hər halda jurnalist onun psixoloji durumundan sui-istifadə etməməli idi...”

Beləliklə, bu məsələdə prinsipcə qaranlıq qalan heç bir məqam yoxdur. Necə deyərlər, hər şey göz qabağındadır. Yalnız bir sual açıq qalır: səhiyyə sisteminə üz tutmalı olan adam nəyə görə mətbuata müraciət edir?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? - İDDİA

    Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı ...

    17-07-2019, 10:31

  • 
  • MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – “Böhtançı olduğu sübut olundu” (QƏRAR)

    MÜRVƏT HƏSƏNLİ ASLAN İSMAYILOVA QALİB GƏLDİ! – ...

    28-07-2017, 15:43

  • 
  • Lamiyə işi gündəmdə: Aslan Aslanov bir gənci Qobustanda çürüdür

    Lamiyə işi gündəmdə: Aslan Aslanov bir gənci ...

    9-01-2018, 14:35

  • 
  • Aslan İsmayılovun məhkməsi davam etdirilib

    Aslan İsmayılovun məhkməsi davam etdirilib ...

    31-05-2018, 14:16

  • 
  • Aslan İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb

    Aslan İsmayılov təqsirləndirilən şəxs qismində ...

    25-05-2018, 16:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu