GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zəhərli toyuq videosu broylerləri çökdürdü – şok araşdırma

Zəhərli toyuq videosu broylerləri çökdürdü – şok araşdırma

Tarix: 16-03-2015, 23:57 Bölmə :Ölkə Baxış: 0
Zəhərli toyuq videosu broylerləri çökdürdü – şok araşdırma

Ziyanla işləyən quşçuluq təsərrüfatlarının şok siyahısı “Gündəm xəbər”ə açıqlandı; GMO tərkibli toyuq məhsullarının alıcılıq qabiliyyəti aşağı düşüb, təsərrüfatların bağlanma təhlükəsi mövcuddur

Ötən ay broyler toyuqların hazırlanması üsulu haqda yayılan video bir sıra təsərrüfatlara ziyan vurub. “Gündəm xəbər”in əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yer alan görüntülərdən sonra məşhur broylerlərin alıcılıq qabiliyyəti kəskin surətdə aşağı düşüb.

Bu siyahıda “Cənub”, “Səba”, “Cəlilabad Broyler”, “Qaraqaşlı Broyler”, habelə “Siyəzən Broyler”, “Mərcan” toyuqlarının satışında azalma müşahidə olunur. Redaksiyamıza verilən məlumatda bu siyahı ilə bağlı müxbirimiz araşdırma aparıb.

Supermarket şəbəkələrində çalışanlar da təsdiqləyiblər ki, toyuq məhsullarının satışı son 2-3 həftə ərzində azalıb. Bu broylerlərin hər biri geni modifikasiya olunmuş məhsulları kimi tez-tez mətbuatda adı çəkilib. Odur ki, adı tərkibində GMO məhsulu olduğu deyilən bu toyuq təsərrüfatlarına inam azalıb. Hazırda alıcılıq qabiliyyətinin aşağı düşməsi həmin broylerə ciddi zərbə vurub. Ziyanla işləməyə başlayıblar. Bu vəziyyətin düzələcəyi bilinmir. Hətta onların bağlanma təhlükəsi də var.

Mütəxəssislər Azərbaycanda istehsal və istehlak olunan toyuq ətinin heç də təhlükədən xali olmadığını bildirirlər. Qeyd edək ki, bir müddət əvvəl broylerlərdə toyuqlara tez yetişmək üçün insan orqanizminə təhlükəli olan dərmanlar verildiyi yazılmışdı. Həmin dərmanlarla yetişən cücə yumurtadan çıxdıqdan 30 gün sonra kəsilməli olur. Halbuki normalda toyuq 7-8 aya yeyilməli həddə çatır.

Nəinki toyuq ətində, ümumiyyətlə süni qidalarda olan toksiki maddələrlə bağlı xeyli müddətdir müzakirələr gedir. Broyler toyuqları da süni yetişdirilən, genetik modifikasiya olunmuş qidalara aiddir. Yeni formada qidalanma təbii ki, insanların da səhhətinə təsirini göstərir.

Həmin qidaların alınmasında, onların rotenasiyasında, texnoloji proseslərdə müəyyən qüsurlar olmamış deyil. Digər tərəfdən, həmin süni qidaların yetişməsində istifadə olunan hormonların, başqa maddələrin insan orqanizminə zərəri çoxdur.

Bu cür maddələrin kimyəvi tərkibi də tam olaraq açıqlanmayıb. Quşların öz böyümə müddəti var və onlar təbii məhsulla qidalanmalıdırlar. Ancaq bizim fabriklərdə bu şərtlərə nə qədər əməl olunduğunu yoxlamaq lazımdır.

Elə fabriklər ola bilər ki, cücələrə təbiətdə qidalanacağı yemlər verilsin. Yəni, arpa, buğda, darı, ot, soxulcan və sair. Elə fabrik də ola bilər, cücələr geni dəyişdirilmiş yemlə qidalandırılsın. Yaxud o yemə hormonal preparatlar qatılsın.

Ekspertlər tövsiyə edir ki, alıcılar kənd toyuqları alsınlar. Otla, təbii qidalarla bəslənən toyuqlar dadlı-tamlı olur. Hətta broyler müəssisəsindən alınıb həyətdə otla böyüyən toyuğun da dadı fərqlənir.

Ölkənin kulinarları da deyirlər ki, kənd toyuğunun sümüyü dadlı olur. Məlumdur ki, onun dadını almaq üçün sümüyü də sorulur.

Amma o biri toyuqların ən zərərli yeri aşağı ətrafları, budları və sümükləridir. Xatırladaq ki, bir neçə il əvvəl toyuq budlarının satışı üstünlük təşkil edirdi, hazırda isə toyuğun döş hissəsi - file ən çox istehlak olunan məhsullar sırasındadır.

Mütəxəssislər bunun da əleyhinə olduqlarını bildiriblər. Toyuq filesini müxtəlif kimyəvi qatqılar hesabına o həcmə çatdırırlar. Çəki ağır gəlsin deyə şişirdilir. Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar.

Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox

əlverişlidir. Toyuqlar kəsilən kimi - 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.

Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.

Bir sıra hallarda yem kimi quş peyinlərindən də istifadə edirlər. Quş peyini kimyəvi olaraq neytrallaşdırılır, gübrə şəklində toyuqlara verilir. Bundan başqa, yemlərə yüksək dozada dioksin qatırlar. Həmin maddəni qəbul edən heyvanların əti kəsildikdən sonra uzun müddət xarab olmadan qalır. Qeyd edək ki, dioksin insan orqanizmi üçün olduqca zərərli kimyəvi maddədir.

Əslində isə broyler toyuqlarının normal yetişdirilməsi üçün tərkibində 40-a yaxın vitamin olan xüsusi yemlərdən istifadə edilməlidir. Ancaq bu vitaminlər baha olduğundan sahibkarlara onları almaq sərfəli görünmür.

Bu səbəbdən də bəzən heç belə vitaminlərdən istifadə olunmur. Xatırladaq ki, Azərbaycan bazarında İran, Türkiyə və Braziliyadan gətirilən toyuq ətləri də var. Məlumdur ki, broyler toyuqları əksərən geni dəyişdirilmiş toyuq cinsidir.

Bu cins toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Broyler toyuğunun 4-5 həftəyə kökəlməsinin səbəbi onun genetikası ilə bağlıdır. Bu zaman onlara vurulan hormonal preparatlar da ətə çevrilir.

Hormonal preparatlardan heyvandarlıqda yeni cinsin yaradılmasında istifadə edilir. Respublika Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev də yayılan videodan dərhal sonra broyler təsərrüfatlarının rəhbərləri ilə birgə keçirdiyi təcili topantıda satışın aşağı düşdüyünü vurğulamışdı. Onun sözlərinə görə, broyler istehsalından xəbərdar olmayan bir çox istehlakçılar bu yalan informasiyalara inanıb və quşçuluq məhsullarının satışı 20%, bəzi təsərrüfatlarda 30% azalıb. “Qaraqaşlı Broyler” rəhbəri Ərəstun Abbasov isə bildirmişdi ki, sosial şəbəkə və efirdə yayılan fitnəkar süjetdir, bu sahədə

çalışan minlərlə ailənin gəlirlərinə zərbə vurmaqdır. Mütəxəssislərin fikrincə, ölkədə adambaşına 10 kiloqram quş ətindən istifadə edilir. Ölkədə quş ətinə tələbat 100 min tondur. Bunun 92%-i yerli istehsal təmin edir.

Bu gün dünyada gen mühəndisliyi geniş yayılıb. Bir canlının genlərinin alınıb başqa bir canlıya nəql edilməsi nəticəsində geni dəyişdirilmiş məhsullar yaranır. Bəzi bitkilərə heyvan (əqrəb, balıq, siçan) genləri vurulur.

Məhsulların genetikasını dəyişdirmədəki ən böyük məqsəd istiyə, soyuğa, böcəklərə ya da viruslara qarşı müqavimətli yeni növlər yaratmaqdır. Qida məhsullarının geni dəyişdirilərək daha çox məhsul əldə edilməsi və qida dəyərlərinin artırılması hədəflənir.

Bunun nəticəsi, yəni bu genlərin digər orqanizmdə hansı dəyişikliklər edəcəyi isə bilinmir. Ancaq uzun müddətdir ki, modifikasiya edilmiş qidaların sağlamlığa zərərləri bütün dünyada müzakirə mövzusuna çevrilib. Bu xarici genlərin həzm sistemində tamamilə həll olunmadığı, bəzi hissələrinin qalın bağırsağa qədər çatdığı, hətta qalın bağırsaqdakı bakteriyaların içinə girib, bakteriyaların genetik quruluşunu dəyişdirdiyi iddia edilir.

Düzdür, belə məhsulların insan orqanizminə mənfi təsiri hələlik tam müəyyənləşdirilməyib. Lakin heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib. Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç-dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb.

Müstəqil araşdırmalara görə, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya,

orqanlarda kiçilmə, qanın biokimyasında pozulma, sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb.

Bütün bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər də var. Ancaq, bir çox ölkədə məsələn, Fransa, İsveçrə, Tailand, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu göstərir. Ümumdünya Sağlamlıq Təşkilatı dünyada 1600 növ qida məhsulunun geninin dəyişdirildiyini açıqlayıb. Qida rasionumuzda xüsusi yer tutan meyvə və tərəvəzlərin geni daha çox modifikasiya edilir.

İndi ilin istənilən mövsümündə istənilən meyvə və tərəvəzi yeyə bilmək imkanı var. Eyni ölçülü, iri, səliqə ilə qablaşdırılan meyvə və tərəvəzlərin görüntüsü alıcıları çağırır. İdxal olunan bu məhsullar təravətli görünür, gec xarab olur. Ancaq nə dadı olur, nə də ətri. Xaricdən idxal edilən məhsullardan istifadə etməsəniz belə, yenə də tam olaraq sağlam qidalandığınızı düşünməyin. Çünki şokoladlar, cipsilər, saqqız, konfet, mayonez, un, kolbasa məmulatlarının, soya yağı və digər bitki yağlarının tərkibində də belə əlavələr var. Broylerlər, qablaşdırılmış süt və qatıq məhsulları da təhlükəli qidalar arasındadır.

Azərbaycanda GMO-lu məhsulları qadağan edən qanunlardan biri 1997-ci ildə qəbul edilən "Toxumçuluq haqqında qanun"dur. Həmin qanunun 27-ci maddəsində qeyd olunub ki, gen mühəndisliyi sayəsində əldə edilən toxumların, yəni genetik modifikasiya edilmiş orqanizmlərin Azərbaycana idxalına icazə verilmir. Bundan əlavə, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar öz əksini tapıb.

Qanunun 6.0.5-ci maddəsində isə ekoloji təmiz kənd təsərrüfatına dair tələblər qoyulub və məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər, onların törəməsindən istifadə edilməsinin qadağan olunması qeyd

olunub. Lakin Azərbaycanda bu sahədə qanunda hələ də müəyyən çatışmazlıqlar var.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Yerli broyler fabrikləri yumurta satışında camaatı aldadır”

    “Yerli broyler fabrikləri yumurta satışında ...

    23-12-2013, 14:02

  • 
  • DİN “Şəfa-broyler”lə bağlı səhvini necə düzəltdi... – (Fotolar)

    DİN “Şəfa-broyler”lə bağlı səhvini necə ...

    16-01-2014, 12:38

  • 
  • “Şəfa-Broyler”in müdiri faciəli şəkildə ölüb

    “Şəfa-Broyler”in müdiri faciəli şəkildə ölüb ...

    15-01-2014, 12:32

  • 
  • “Təbiət”dən mətbəxə ölüm daşıyan “Səba”: şok faktlar

    “Təbiət”dən mətbəxə ölüm daşıyan “Səba”: şok ...

    26-07-2018, 11:57

  • 
  • Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı

    Broyler fabrikində baş vermiş partlayışla bağlı ...

    28-07-2017, 12:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu