Xəbər verdiyimiza kimi, ötən gün Daxili İşlər Nazirliyinin rəsmi saytında “Şəfa-broyler” şirkətinin müdirinin ölməsi barədə məlumat yayılmışdı.
Bildirilirdi ki, Suraxanı rayonundakı “Şəfa-broyler” şirkətinin ərazisində oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb, nəticədə müdir ölüb.
Lakin virtualaz.org-un qısa araşdırmasından sonra Suraxanı Rayon Polis İdarəsindən bildirdilər ki, ölən şəxs “Şəfa-broyler”in müdiri deyilmiş: “Taleh Tağıyev şirkətin ərazisində yerləşən başqa bir quşçuluq fermasının müdiri olub”.
Biz bu xəbəri yayımlayandan sonra nazirlik də rəsmi saytındakı yanlışlığı düzəldib. Daha dəqiq desək, xəbərin mətninin tərkibindən “Şəfa-broyler” şirkətinin adı çıxarılıb. Əvvəlki və indki xəbərin mətnlərini təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?