GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bərdəni dərdə salan məmur özbaşınalıqları

Bərdəni dərdə salan məmur özbaşınalıqları

Tarix: 17-03-2015, 01:01 Bölmə :Ölkə Baxış: 0
Bərdəni dərdə salan məmur özbaşınalıqları

Rayon rəhbərliyinin uzun illər boyu apardığı korrupsioner siyasət nəticəsində Bərdə inkişafın aşağı pillələrindən yuxarı çıxa bilmir

Bərdə Azərbaycanın ən qədim şəhərlərindən və paytaxtlarından biridir. Bir zamanlar “Aranın anası” adlandırılan Bərdə təəssüf ki, məmur özbaşınalıqları, korrupsiya zənciri ucbatından öz əvvəlki qüdrətini itirməkdədir. Əslində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına rayonu inkişaf etmiş regionlar sırasında görmək mümkün idi. Lakin, dediyimiz kimi, rayon rəhbərliyinin uzun illər boyu apardığı korrupsioner siyasət nəticəsində Bərdə inkişafın aşağı pillələrindən yuxarı çıxa bilmir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından olmasına baxmayaraq, bu sahə tənəzzülə uğramaq üzrədir. İndiki gərgin iqtisadi böhran şəraitində kənd təsərrüfatı üçün əlverişli şəraitə malik olan respublikamızda bu sahəni bərbad duruma salmağın hansı nəticələrə səbəb olduğunu düşünmək üçün böyük düha sahibi olmağa ehtiyac yoxdur.

Bu günlərdə-yəni martın 3-də Vidadi İsayevin rayona icra hakimiyyəti başçısı təyin olunmasının 4 ili tamam olacaq. Bu dörd il müddətində Bərdə öz problemləri barəsində Prezident Administrasiyasına şikayət edilən rayonlar sırasında lider mövqeyini qoruyub saxlayıb. Kənd təsərrüfatı rayonu olmasına rəğmən sakinlər üçün yaradılan süni baryerlər hamını çətin duruma salıb. Regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda prezidentin söylədiyi bir fikri yəqin ki, hamı xatırlayır. Dövlət başçısı bir çox məmurların kənd təsərrüfatına kömək deyil maneə yaratdıqlarını, bu sahədə olan korrupsiya faktlarını xatırladaraq bildirdi ki, hər kəs bilməlidir ki, dövlət subsidiyaları məmurlara deyil, kəndlilərə, fermerlərə ayırır. Ancaq Bərdədən gələn xəbərlər bunun tam əksini göstərir. Çünki rayona ayrılmış subsidiyalarla ortada olan rəqəmlər bir-birinə ziddiyət təşkil edir. Rayondan daxil olan məlumatlara görə, Vidadi İsayev subsidiyaların daha “vacib” sahəyə xərclənməsinin yeni formulunu tapıb. Ayrılmış subsidiyaların 50 faizinin rayonun abadlaşdırılması adı ilə mənimsənildiyi bildirilir. Odur ki, fermerlər kənd təsərrüfatının “asfaltlaşdırılması” nəticəsində indi çıxılmaz vəziyyətə düşüblər.

Ümumiyyətlə, rayonda aparılan az-çox abadlıq işləri bərdəlilərin bir gözünü güldürsə də, bir gözünü həmişə ağladıb. Çünki, büdcədən bu məqsədlə ayrılan vəsaitlər icra başçısı tərəfindən “digər” məqsədlər üçün xərcləndiyindən əsas yük sahibkarların, büdcə təşkilatlarının üzərinə düşür. Məlumatlara əsasən, son 3 ildə Bərdədə şəhər küçələrinin asfaltlaşdırılması məqsədilə ayrılmış 2 milyon manatdan çox büdcə vəsaiti talandığı üçün ortada elə də bir əməli iş yoxdur. Şəhərin əksər küçələri azacıq yağışdan sonra keçilməz olur. Lakin, sənədlərdə həmin küçələrin də tam təmirli olduğu göstərilib. Məlumatlara əsasən, uzunluğu 110 kilometr olan şəhər küçələrinin 70 km-də asfalt örtüyü, 80 km-də isə işıqlandırma sistemləri yoxdur. Ancaq bu yaxınlarda rayona səfər etmiş Nəqliyyat naziri Ziya Məmmədova kosmetik təmir işləri aparılmış bir neçə mərkəzi küçə göstərilərək bütün rayon haqqında “ümumi rəy” formalaşdırılıb.

Rayonda görülən işlər üçün icra başçısı tərəfindən xüsusi “vergi sistemi” tətbiq olunub. Sahibkarlar, iş adamları “hallı halına görə” bu mizan-tərəzidən

keçməlidirlər. Təbii ki, görülən işlər üçün dövlət tərəfindən ayrılmış vəsaitlərlə maraqlananlar üçün rayonda fəaliyyət göstərmək mümkünsüz olur. Verilən məlumatlara görə, təkcə iş adamları deyil, rəhbər vəzifələrdə əyləşənlər üçün də “haqq-hesab dəftəri” mövcuddur. İcra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bildiyi üçün onları “cəzasız” buraxmır. Məlumat verən mənbənin iddiasına görə, artıq 2 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Mənbəmiz bildirir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq Vidadi İsayevə çatdırır.

Vidadi İsayev rayonda tikdirdiyi ümumi sahəsi 36 hektar olan Heydər Əliyev parkının inşası zamanı da bir çox qanun pozğuntularına yol verib. Düzdür, mərhum prezidentin adını daşıyacaq bu park üçün büdcədən yetərincə vəsait ayrılıb. Lakin, icra başçısı və yaxınları ictimaiyyətdə elə rəy formalaşdırmağa çalışırlar ki, guya görülən bütün işlər V. İsayevin şəxsi vəsaiti hesabına aparılır. Parkın tikintisi üçün rayon məmurları da əməlli-başlı xərcə düşüblər. Bəzi məlumatlarda bu “xərcin” 10 min manat olduğu bildirilir. Həmçinin verilən məlumatlara əsasən, adıçəkilən parkda, eləcə də rayonun digər əlverişli ərazilərində olan bütün gəlirli obyektlərin hamısı icra başçısının yaxınlarına məxsusdur. Rayondan parkın inşası zamanı yol verilən daha bir qanunsuzluq barəsində maraqlı informasiya verilib. Bildirilir ki, tikinti işlərində cüzi sayda maaşla işləyən rayon sakininə rast gəlmək mümkündür. İşsizlikdən ölkə boyu səpələnən bərdəlilərə burada iş tapılmır. Çünki burada daha çox “biyar sistemindən” istifadə olunur. Ayrı-ayrı təşkilatların işçiləri məcburi qaydada tikinti işlərində çalışdırılır. Əvəzində isə əmək haqqı adı altında külli miqdarda vəsait ələ keçirilir.

Bərdədə görülən bütün işlərin icraçıları da Vidadi İsayevə bağlı olan şirkətlər olur. Ölkədə geniş yayılmış “tender tendesiyası” burada da öz işini görür. İcra başçısına yaxın olan şirkətlər bütün tenderlərin qalibləri olurlar. Nəticə isə yuxarıda sadaladığımız faktlardan aydın olur.

Bu gün Bərdə problemlərin girdabında boğulur, əvəzində isə bir qrup şəxs öz vəzifə səlahiyyətlərindən istifadə edərək var-dövlət, milyonlar sahib olub. Xalqın səbr kasası daşsa da, dərdinə əncam edən tapılmır. Vidadi İsayev idarəçiliyi sözün bütün mənalarında Bərdəni dərdə salıb. Bu dərdin isə tək bir çarəsi var!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Vallah boğaza yığılmışıq, dilənçidi bu adam, Bərdəni dağıdır”-Bərdə “XANI”nın özbaşınalıqları (VİDEO)

    “Vallah boğaza yığılmışıq, dilənçidi bu adam, ...

    8-09-2020, 10:40

  • 
  • Bərdədə avtomobil kanala düşüb: iki uşaq boğulub - YENİLƏNİB

    Bərdədə avtomobil kanala düşüb: iki uşaq boğulub ...

    26-08-2017, 11:54

  • 
  • Bərdə "XANI"nın özbaşınalıqları

    Bərdə "XANI"nın özbaşınalıqları ...

    8-07-2013, 13:43

  • 
  • Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

    Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü ...

    29-01-2014, 12:15

  • 
  • Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

    Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın ...

    23-05-2018, 16:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu