GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bərdə "XANI"nın özbaşınalıqları

Bərdə "XANI"nın özbaşınalıqları

Tarix: 8-07-2013, 13:43 Bölmə :Ölkə Baxış: 2 246
Bərdə "XANI"nın özbaşınalıqları

İcra başçısı Vidadi İsayev bərdəliləri boğaza yığıb

Regionların sosial iqtisadi inkişafı istiqamətində ölkənin bütün bölgələrində məmurlar bu tədbirlərdən vətəndaşların sosal rifahının yaxşılaşdırılması üçün deyil, şəxsi maraqlarına istifadə edir. Belə bölgələrdən biri də Bərdə rayonudur. Bu barədə "Gündəm Xəbər"ə daxil olan məlumatlarda bildirilir ki, Bərdənin icra başçısı Vidadi İsayev həmin məmurlardandı ki, vətəndaşları dövlətdən narazı salmaqla özünün şəxsi maraqlarının güclənməsinə xidmət edir. Söhbət Bərdənin Mərkəzi Stadionunda məskunlaşmış məcburi köçkünlərdən gedir. Yaşıl otlar üstündə, futbol oyunları, "zirzəmi" deyilən yerdə isə onların həyat hekayələri yaşanır. Burada dərd-sərdən yaşını unudan insanlar, nəmişlikdən sağlamlıqlarını itirən körpələr, soyuqdan bütün qışı yorğana bürünüb yayı gözləyən qocalar, qaranlıqda evinin qapısını əli ilə axtaran insanlar var. Bunların isə Bərdə "XANI" Vidadi İsyevə heç bir adiyyatı yoxdur. Çünki icra başçısının başı daha "mühüm" işlərə qarışıb və Bərdənin Mərkəzi Stadionunda baş verənlərdən xəbərsizdir. Bir sözlə Bərdə rayonu uzun müddətdir ki, məmur məsuliyyətsizliyindən problemlər içində boğulur. Bərdədə "XANIN" yaratdığı ab-hava vətəndaşları rayonu tərk etməyə sövq edib. Amma, buna baxmayaraq Bərdənin icra başçısı Vidadi İsayev rayonun prpoblemlərinin həlli barədə fikirləşmək belə istəmir. Nəticədə illər boyu problemlər içərisində boğulan əhalinin problemləri daha da artır.

Bərdə kanalizasiya sularına qərq olub

Bərdədə problemlər bir-iki deyil. Burda demək olar ki, hər məhəllədə, hər küçədə problemi açıq-aydın görmək olar. Rayonun ən ağrılı problemindən biri və birincisi kanalizasiya problemidir. Bu problem barədə bərdəlilər dəfələrlə etiraz aksiyalarına cəhd etsələr də, Vidadi İsayevin məmurları sakinləri müəyyən bəhanələrlə sakitləşdirib, problemin həll ediləcəyinə yalandan söz verib. Amma, sonradan heç bir cavabdeh şəxs bu məsələyə qayıtmayıb. Yəni, bu da digər problemlər kimi yaddan çıxan problemə çevrilib.
Rayonda kanalizasiya problemi 10 ildən artıqdır ki var və sakinlər artıq bu problemdən cana doyub. Demək olar ki, minlərlə evi olan Bərdə rayonunun yarısından çoxu kanalizasiyasız yaşayır. Rayonda çox biabırçı vəziyyət yaranıb. Sakinlərin bir hissəsi məmur məsuliyyətsizliyindən cana doyub öz şəxsi vəsaitləri hesabına kanalizasiya xətti çəksələr də, yüzlərlə ev bu gün də kanalizasiyasızdır. Həmin şəxslərin kanalizasiyasız qalmasına səbəb isə bu ailələrin o qədər də imkanlı olmamasıdır. Sakinlərə dəfələrlə kanalizasiya çəkilməsi barədə söz verilsə də, bu sözü reallığa çevirən olmayıb. Elə söz ümid yeri olaraq qalıb. Məmurlar hər dəfə sakinlər şikayətə qalxanda onları sakitləşdirir, yaxın vaxtlarda kanalizasiya xəttinin çəkiləcəyini söz verib aradan çıxırlar. Nəticədə sakinlər zülmlü yaşayışa davam etməyə vadar olurlar. Artıq onlarla küçədə biabırçı vəziyyət yaranıb. İş o həddə çatıb ki, rayonun əksər küçələri üfunət iyi verir. Səbəb evlərin kanalizasiyalarının birbaşa küçələrə axıdılmasıdır. Çünki, başqa çarə yoxdur. Sakinlərin qazdıqları kanalizasiya quyuları tez-tez dolur və kanalizasiya küçələrə axmağa başlayır.

Bərdə yollarından bərdəlilər dad edir

Bərdənin ikinci problem yol problemidir. Artıq uzun illərdir ki, sakinlər rayonda yolların bərbad vəziyyətindən əziyyət çəkirlər. Qışda palçıqdan, yayda isə tozdan evlərə daxil olmaq mümkün deyil. Rayonun heç bir kənd yolları, daxili küçələri asfaltlanmayıb. Bir neçə küçə qismən asfaltlanıb ki, bu da həmin küçələrin imkanlı şəxslərinin şəxsi vəsaiti hesabına başa gəlib. Qalan küçələr hamısı palçıqlı vəziyyətdədir. Sakinlər təxminən 100 metrlik yolu qış aylarında yarım saata qət edə bilir. Bu yollarda avtomobillə qışda hərəkət etmək isə ümumiyyətlə mümkünsüzdür. Çünki qış aylarında çökəkli yollara girən maşın orada mütləq batmalıdır. Sakinlər deyirlər ki, yolların bərbad olması ilə bağlı hər dəfə Rayon Bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etsələr də, hər dəfə bir bəhanə ilə onları geri qaytarıblar. Yerli məmurlar bu problemin aradan qaldırılmasında məsuliyyəti biri-birilərinin atırlar. İcra başçısı Vidadi İsayev isə hər dəfə bir bəhanə ilə rayon camaatını özündən uzaqlaşdırır.

İstifadədə olan qaz xətti sakinlərə verilmir

Rayon sakinlərinin daha bir problemi qaz problemidir, Bu isə Bərdə rəhbərliyi tərəfindən bilərəkdən həll olunmur. Belə ki, rayonda istifadədə olan qaz xəttinin olmasına baxmayaraq, hələ bir çox evlər qazla təmin edilməyib. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunduğu bir çox evlərə qazın verilməsi məhdudlaşdırılıb. Yalnız qazı o evlərə verirlər ki, o şəxslər tapşırılıb və yaxud da rayonun qaz istismar idarəsinin əməkdaşlarına hörmət edilib.
Sakinlərin sözlərinə görə, qaz xətti rayon rəhbərliyinin məsul şəxslərinin tapşırığı ilə bağlanılıb. Səbəb isə rayon rəhbərliyinin "maklerləri" tərəfindən vətəndaşlardan pul tələb olunmasıdır. Pul ödəməyən sakinlər isə qazsız qalırlar. Sakinlər məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələrə də bir nəticə əldə edə bilməyiblər. Əksinə Vidadi İsayev artıq Dövlət Proqramının icrasından da sui-istifadə etməklə gəlir əldə edib vətəndaşlardan rüşvət toplamaqla məşğuldur.

Rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalıqlar

Bərdə rayon mərkəzi xəstəxanasında özbaşınalıqlar hökm sürür. Bu barədə Bərdə sakinləri bildirir ki, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ilə baş həkim İftixar Zeynalov ticarət əlaqəsinə girərək səhiyyə ocağını özəl sahə kimi istifadə edirlər.
Adıçəkilən ünvanda hər bir xəstəliyin müalicəsi və müayinəsi ödənişlidir. Sakinlərdən həmin ödənişin məcburi olduğu bildirilir. Dövlət tərəfindən verilən dərman preparatları açıq-aşkar satışa çıxarılır. Xəstəxanada olan xəstələrə hər gün dövlət hesabına dərman yazılsa da dərmanlar heç bir halda xəstələrə verilmir. Baş həkim isə bütün işlərdən nazirliyin və rayon icra başçısının məlumatlı olduğunu deyərək heç nədən çəkinmədiyini bildirir.

Elşad
Bərdə-Bakı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • Bəylər Əyyubovun Bərdə projesi

    Bəylər Əyyubovun Bərdə projesi ...

    16-01-2013, 10:09

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu