GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaqatala icra başçısının özəlləşdirmə əməliyyatı

Zaqatala icra başçısının özəlləşdirmə əməliyyatı

Tarix: 17-03-2015, 01:02 Bölmə :Ölkə Baxış: 0
Zaqatala icra başçısının özəlləşdirmə əməliyyatı

Ötən sayımızda Zaqatala rayon icra başçısı Mübariz Əhmədoğlunun bir sıra dövlət strukturlarında çalışan qohum-əqrəbaları ilə yanaşı, Meliorasiya və Su təsərrüfatı”ASC-nin sədri və dost-doğmaca qardaşı Əhməd Əhmədzadəyə arxalanaraq, rayonda sözün əsl mənasında at oynatdığını yazmışdıq. Bildirmişdik ki, Mübariz Əhmədoğlu əvvəl Qax icra başçısı olub, sonradan “yerdəyişmə” qanunu ilə Zaqatala icra başçısı, Qaxa isə onun xalası oğlu Müşviq Şəkiliyev təyin olub. Daha sonra söz vermişdik ki, Zaqatala rayon icra başçısının rayonda vəzifəsindən sui-istifadə edərək necə qaz vurub qazan doldurmasından geniş və ətraflı məlumat verəcəyik. Araşdırmalar nəticəsində məlum oldu ki, “Meliorasiya və Su təsərrüfatı”ASC-nin sədri Əhməd Əhmədzadə və onun qardaşı Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sözün əsl mənasında rayonu silib-süpürməklə məşğuldurlar. Tozunu yox ha, maliyyəsini silib süpürürlər. Elə əmma da burasındadır. Nəzərinizdən qaçmamalıdır ki, son zamanlar Əhmədzadə qardaşlarının xidməti vəzifələrindən sui-istifadə edərək külli-miqdarda dövlət vəsaitini mənimsəmələri faktları son zamanlar ölkənin aparıcı KİV-ləri tərəfindən faktlar və rəqəmlərlə dəfələrlə geniş araşdırılmış və Azərbaycan ictimaiyyətinə, hüquq-mühafizə orqanlarına təqdim edilmişdir.

Lakin, nədənsə bu qədər yetərli faktlar qarşısında Əhmədzadə qardaşlarının fəaliyyətinə son verilmir. Elə ona görə də, bu gün qardaşlar heç kəsə və heç nəyə məhəl

qoymadan, iri miqyaslı korrupsiya əməllərini davam etdirməklə yanaşı rasoyu soyub soğana çevirirlər. Mətbuatda dərc olunana yazıların birində hətta Əhmədzadə qardaşlarının dövlət büdcəsindən oğurladıqları pullara nə az, nə çox, düz 8 ay10 gün müddətinə Azərbaycan Ordusunun şəxsi heyətini ərzaqla, paltarla və silahla təchiz etməyin mümkün olduğu haqda məlumat belə dərc edilmişdi. Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Zaqatala rayonu sözün əsl mənasında, tamamilə Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta otelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur.

Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Göz görə-görə vüsət alan Əhmədzadələrin monopoliyası ucbatından Zaqatala camaatı dolanışıq üçün belə maddi imkana möhtac qalırlar. Əbəs yerə deyil ki, son zamanlar vəhabilik təriqətinə meyilli olanların çoxu da məhz elə Zaqatala-Qax bölgəsindəndir. Əldə etdiyimiz məlumatlarda Zaqatala sakinləri bildirir ki, kişilərin çoxu əlacsızlıqdan dolanışıq xatirinə vəhabilik təriqətinə meyllənməsi və qoşulması prosesi sürətlə davam edir. Bunu hətta bir sıra KİV nümayəndələrinin bu istiqamətdə apardıqları sosioloji sorğular da təsdiq edir. Yerli aidiyyatı orqanlar isə nədənsə rəsmi Bakını məlumatlandırmağı vacib hesab etmirlər. Deyirsiz biz Bakıda reaksiyada otura-otura bundan xəbər tuturuq, o boyda Əhmədzadələrin Zaqataladan vəhabiliyə qoşulanlardan xəbəri yoxdur? Nəsə inandırıcı deyil... Görəsən, nə üçün sosial vəziyyətlə

bağlı sabah baş verəcək hər hansı hadisəyə görə rayon rəhbərliyi üzərinə düşdükləri məsuliyyətin fərqində deyil? Mübariz Əhmədzadənin təhsili ilə də maraqlandıq. Sən demə əvvəllər Qax “Avtonəqliyyat” müəssisəsinə 18 illik rəhbərlikdən sonra icra başçısı posutuna əyləşib. Deyilənə görə, əslində Mübariz Əhmədoğlunun orta məktəb şagirdi səviyyəsində nitq söyləmə qabiliyyəti yoxdur. Bu da birbaşa olaraq, yerli camaat ona arasında təhsili olmayan bir adam kimi tanınır. Amma, deyəsən Mübariz Əhmədzadəni bu o qədər də narahat etmir. Təki onun üçün ən zəngin və bir nömrəli biznesmen desinlər yetər. Əks halda o, savadını artırmaq əvəzinə vaxtının daha çox hissəsini dövlət işlərinə deyil, şəxsi biznesə sərf etməzdi.

Qayaya da tamah salan icra başçısı... Bəli, deyilənə görə, Mübariz Əhmədzadə xüsusi tamahına görə digər icra başçılarından fərqlənir. Belə ki, sən demə Mübariz Əhmədzadənin nəfsi o həddə çatıb ki, qədim İlisu kəndində yerləşən və təbiət möcüzəsi sayılan 28 metr hündürlüyü olan “Uludağ” şəlaləsinin həndəvərini ağır texnika ilə qaya daşlarını sökdürüb şəxsi villalarında üzlük material kimi istifadə etdirib. Maliyyəni, meşəsini, torpağını gözünə təpib doymayan bu icra başçısı indi də Allahın qayasına tamah salıb. Onun qopardıb villasına bəzək vurmaq istəyi sayəsində bu gün şəlalə artıq məhv olmaq üzrədir.

Yerli camaat icra başçısının bu cür təbiəti və dövləti talan etməsinə dözə bilmədiklərini dilə gətirirlər. Bəzi mənbələr iddia edir ki, M. Əhmədzadənin müqəddəs ziyarətin daşını talan etməsi-dağıtması, zibilliyə çevirməsi birbaşa olaraq məqsədyönlü xarakter daşıyır. Belə ki,

deyilənlərə görə, Mübariz Əhmədzadənin olduqca böyük var-dövlət imperiyasına sahib olan qardaşı özünün gücünü bir sıra üzdəniraq müxalifət yönlü dostlarını maliyyələşdirməyə xərcləyir (müxalifət yönlü dostlarının adlarının dəqiq olmamasından dolayı onların adlarını hələ ki, ictimailəşdirmək istəmirik). O üzdən də, müqəddəs ziyarətin daşını talan etməsinin birbaşa dövlət başçısının nüfuzuna xələl gətirmək məqsədinə əsaslanır. Əks halda, şəlalənin qurumasına səbəb olacaq bir qayanın yarılaraq villasını bəzəmək heç bir sağlam təfəkkürə yaraşmazdı.

Ümid edirik, Əhmədzadə qardaşlarının fəaliyyəti boyunca korrupsiya faktları müvafiq idarələr tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcək. İlk növbədə Zaqatala rayonunda cərəyan edən monopoliya sisteminə son verməklə, soydaşlarımızın maddiyyat ucbatından vəhabilik təriqətini qəbul etməsi və Suriyadakı döyüşlərə qatılmasının qarşısını müəyyən qədər almaq olar. Əks halda, bu cür hadisələr fəlakətlə nəticələnə bilər...

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı kirayədə qalırmış... - Belə deyirlər...

    İcra başçısı kirayədə qalırmış... - Belə ...

    8-04-2021, 15:57

  • 
  • Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin qohumudur? - ŞOK DETALLAR

    Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin ...

    20-06-2025, 19:04

  • 
  • Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ: Prezidentin adına jurnal təhqir olundu

    Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ: ...

    1-04-2021, 12:32

  • 
  • Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır

    Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır ...

    19-02-2013, 11:01

  • 
  • İlham Əliyev Qaxda müşavirə keçirir - Foto

    İlham Əliyev Qaxda müşavirə keçirir - Foto ...

    4-08-2017, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu