GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Anti-bahalaşma əməliyyatında kütləvi həbslər...

Anti-bahalaşma əməliyyatında kütləvi həbslər...

Tarix: 17-03-2015, 01:05 Bölmə :Ölkə Baxış: 0
Anti-bahalaşma əməliyyatında kütləvi həbslər...

Hökumət süni qiymət artımına görə supermarket rəhbərlərini və ticarətçiləri məsuliyyətə cəlb edir

Bakının Xocahəsən qəsəbəsində “Rahat” market sahibi həbs olunub. Xəbərə görə, süni qiymət artımına görə supermarket rəhbəri məsuliyyətə cəlb olunub. “Gündəm xəbər”da daxil olan məlumata görə, anti-bahalaşma tədbirləri çərçivəsində supermarket şəbəkələrində ciddi yoxlamalar aparılır.

Bu yoxlamalar nəticəsində vergi məsuliyyətinə cəlb edilənlər, barəsində cinayət işi açılanlar var. Prezident manatın devalvasiyası haqda çıxışında süni qiymət artımına gedənlərin cəzalandırılacağını bəyan etmişdi.

Bu xəbərdarlığın cavabı olaraq həbslər həyata keçirilir. Bəzi xəbərlərə görə, “Rahat” market Prezident Administrasiyasının sabiq şöbə müdiri, nurçu qalmaqalından sonra istefaya göndərilən Elnur Aslanova məxsusdur. Artıq bu mağaza “Razin” stansiyasını da alıb və qarşısında böyük lövhə vurulub, tezliklə açılacağı elan edilib.

Onu da deyək ki, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bundan əlavə, vətəndaş Şahin Ağalarova məxsus “Real-S” marketdə, sahibkar Xalid Ağayevə məxsus “Red” marketdə satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qeyd edək ki, maddənin hazırki qüvvədə olan variantına görə inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, ordan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 100 manatdan 500 manata qədər cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur. Onu da deyək ki, bahalaşma bütün sahələri əhatə edib.

Rusiya istehsalı olan dərmanları daha ölkəyə gətirmirlər, beləliklə də bu dərmanlar bazardan çıxarılır. Bu haqda aptek sahibi olan vətəndaşlardan biri deyib. Onun sözlərinə görə, rus istehsalı olan “Entramiçin”, “Noşpa” və digər bu kimi insanların tez-tez istifadə etdiyi rus dərman preparatları satışdan yığışdırılır.

Sahibkarların sözlərinə görə, firmalar bu dərmanların yerinə Türkiyə, Belçika, Hindistan və digər ölkələrdə istehsal olunan dərmanlar gətirir.

Artıq firma dərmanları apteklərə ayaq açıb və rus istehsalı olan keyfiyyətli, ucuz dərmanlar satışdan çıxarılır. Bunu kommersiya məqsədi ilə həyata keçirirlər. Sahibkar qeyd edir ki, Bakı apteklərində dərmanların qiyməti yenidən qalxıb. Əczaçıların sözlərinə görə, son bir ay ərzində bəzi dərman preparatları apteklərə ikiqat baha qiymətə verilir.

Manatın məlum devalvasiyasından sonra diqqət cəlb edən hadisələrdən biri də daşınmaz əmlak bazarında aktivliyin artmasıdır. Yayılan məlumatlara görə, indi vətəndaşların bir çoxu əlində olan vəsaiti mənzil bazarına yönəldir.

Bu da nəticə etibarı ilə mənzil bazarında aktivliyi artırır. Həmçinin qiymətlərin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, son vəziyyətin təhlili göstərir ki, manatın ucuzlaşması daşınmaz əmlak bazarına təsirini göstərməyə başlayıb.

Mənzillərin manatla qiyməti orta hesabla 25% artıb. Maklerlər bildiriblər ki, ev, mənzil almaq istəyənlər qəfildən çoxalıb. Lakin satanlar qiymətləri dollara çevirib və nəticədə 20-30%-lik bahalaşma əmələ gəlib. Əmlak bazarı üzrə ekspertlər bildirib ki, son vaxtlar bu sahədə ucuzlaşma var idi.

Amma baş verən proseslərdən sonra bazarda vəziyyət dəyişib. Manatın məzənnəsinin kəskin enməsi, eləcə də daşınmaz əmlakla bağlı yeni vergilərin qoyulması vəziyyəti dəyişib. Hazırda bazarda qiymət artımı müşahidə olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qiymət qalxdı, nazirlik hərəkətə keçdi

    Qiymət qalxdı, nazirlik hərəkətə keçdi ...

    20-08-2015, 12:03

  • 
  • Çorəyi bahalaşdıran mağaza müdiri saxlandı

    Çorəyi bahalaşdıran mağaza müdiri saxlandı ...

    14-01-2016, 21:48

  • 
  • Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi

    Nazir süni qiymət artımı ilə bağlı tapşırıq verdi ...

    7-01-2014, 18:22

  • 
  • İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı ...

    10-03-2021, 15:59

  • 
  • AĞDAMDA SÜNİ BAHALAŞMAYA QARŞI GÜLÜNC “MÜBARİZƏ” METODU

    AĞDAMDA SÜNİ BAHALAŞMAYA QARŞI GÜLÜNC “MÜBARİZƏ” ...

    9-02-2016, 16:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu