Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva onu döyənlərdən əvvəlcə şikayətçi olmasa da indi qərarını dəyişdirib.
Yenilik.az xəbər verir ki, bunu hafta.az-a Ü.İsayevanın yaxın rəfiqəsi bildirib. Adının çəkilməsini istəməyən xanım daha maraqlı faktlar açıqlayıb:
“Həmin gün Ulya 8 Martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər. Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkərlə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, “özündən tez çıxan” olduğunu bilənlər çoxdur. Onların kimin oğlu olmasını da hamı yaxşı bilir. Muxtar Şirinoviçin adı Bakıda çox məşhurdur. Zaurgil imkanlı adamlardır. Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar. Ülkər onunla münasibətdə olduğunu heç kimdən gizlətmirdi onsuz da. Gecələr şəkillər çəkdirib rahatca instaqrama qoyurdu. Onlarla birlikdə olduğunu hamıya nümayiş etdirmək istəyirdi. Çünki çoxlarının Zaur və Elindən necə qorxduğunu yaxşı bilirdi. İndi isə instaqram səhifəsini bağlayıb”.
Ü.İsayevanın rəfiqəsi onu da bildirir ki, indi vəziyyət bir qədər dəyişib. Belə ki, döyülən qız əvvəlcə Zaur və Elin Məmmədovlardan şikayətçi olmasa da hazırda atasının təzyiqi ilə qərar dəyişdirməli olub:
“Mən Ülkərlə danışdım. Bu gün vəziyyət tam dəyişə bilər. Evdən ona təzyiq edirlər ki, şikayətçi olsun. Çünki bu məsələnin üstü artıq açılıb. Çox istəyirdilər ki, bu xəbəri heç kim bilməsin və sakitcə həll edilsin. Lakin gizli kamera çəkilişinin olmasından məlumatsız idilər. Ülkərə hər iki təfdən ciddi təzyiqlər var. Amma artıq gecdir, yəqin ki şikayətçi olacaq. Onu da deyim ki, hər adamın “duxu” çatmaz Zaurgildən şikayətçi olmağa. Bakıda onların qarşısına hər oğul çıxa bilmir. Çox əliaçıqdırlar, cəsarətlidirlər, lakin onların bir qadın döyməsi məni də şoka saldı”.
Həmsöhbətimiz bildirir ki, rəfiqəsi qızının bu məsələlərdən təsirlənməsindən, ən çox da atasının nüfuzuna zərər dəyməsindən çox narahatdır. Elə ona görə də sosial şəbəkələrdən uzaq qaçmağa çalışır:
“Tanımadığı heç bir nömrəni açmır. Bəyaqdan hamı məni yığır. Cavab verməkdən artıq yorulmuşam”.
***
Sivil.az-ın yaydığı məlumata görə, Ülkər İsaxanlının eks- həyat yoldaşı Aydın Əhmədzadə Su və Meliorasiya Təsərrüfatı ASC-nın sədri Əhməd Əhmədzadənin qardaşı oğludur. Aydın Əhmədzadənin atası isə tanınmış həkim Tərlan Əhmədzadədir.
Rektor qızı Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Onların bir qız övladı var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?