GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qoymayın, məni öldürürlər” - Dəhşətli qətlin təfərrüatı

“Qoymayın, məni öldürürlər” - Dəhşətli qətlin təfərrüatı

Tarix: 21-03-2015, 14:40 Bölmə :Ölkə Baxış: 0
“Qoymayın, məni öldürürlər” - Dəhşətli qətlin təfərrüatı

Beyləqan rayon sakinləri 22 yaşlı Tural İsmayıllı və 23 yaşlı Zakir Yusifli həmyerliləri, 30 yaşlı Yasin Hüseynovu qətlə yetiriblər.

gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə 2014-cü ilin fevralın 12-də baş verib.

Fevralın 11-də Zakir Yusifli Beyləqan şəhərində yerləşən internet klubda Beyləqan şəhər sakini Nizami Məmmədovdan siqaret istəyib. Bu zaman rayon sakini Yasin Hüseynov siqareti guya ondan istədiyini bəhanə gətirərək Zakirə kobud formada cavab verib.

Ertəsi gün gecə saatlarında Zakir Yasinə maşınında yüksək səslə musiqi dinlədiyi üçün irad tutub. Bu zaman onlar arasında mübahisə yaranıb və Yasin Hüseynov ona sillə vurub.

Mübahisə və qətl

Zakir Yusifli bu hadisəni dostu Tural İsmayıllıya danışıb. Tural İsmayıllı Yasin Hüseynovun 4 ay əvvəl onu da vurduğunu bildirib. O, Zakir Yusifli ilə birgə bu hərəkətlərinə görə Yasin Hüseynovla görüşərək münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib.

Aralarında əldə etdikləri bu razılaşmadan sonra fevralın 12-də, saat 18 radələrində Zakir Turalla bir yerdə Beyləqan şəhəri, M.Əsədov küçəsində olduqları zaman Yasinin idarə etdiyi “KİA CERATO” markalı avtomaşınla həmin küçədən keçdiyini görüb. Zakir əllə işarə edərək avtomaşını saxladıb.

Zakir Yasinlə gecə saat 02 radələrində baş verənlər barədə mübahisə etməyə başlayıb. Bu zaman Tural onların söhbətinin uzun çəkdiyini görərək avtomobilə yaxınlaşıb. Yasin onların hər ikisinin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Tural onu öldürmək qərarına gəlib.

“Məni öldürürlər”

Bu məqsədlə Zakir və Tural öz hərəkətlərini düşünülmüş şəkildə bir-biri ilə uzlaşdırıb. Əvvəlcə avtomaşının sağ tərəfində dayanmış Zakir Yusifli Yasin Hüseynovun müqavimətini qırıb və daha sonra onun qaçmaq imkanlarını məhdudlaşdırmaq üçün üzərində gəzdirdiyi bıçaqla ayaq nahiyəsinə bir zərbə vurmaq üçün cəhd edib.

Lakin Yasin dərhal avtomobildən düşdüyündən həmin zərbə ona dəyməyib. O qaçmaq istəyərkən Zakir ona çatıb və arxadan sağ çiyininə bıçaqla bir zərbə vurub.

Bu zaman Yasin “məni öldürürlər” qışqıraraq Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən Səfyarov Şövqü Bəxtin oğluna məxsus mağazaya tərəf qaçıb.

Mağazada başa çatan cinayət

Yasin Hüseynovun Turalı söydüyünə və 4 ay əvvəl onu bıçaqla vurduğuna görə ona qarşı kin bəsləyirdi. Tural da Zakir ilə birlikdə qisas almaq məqsədilə Yasini vurmaq üçün onun arxasınca qaçıb. Yasin Hüseynov Şövqü Səfyarova məxsus mağazaya daxil olub.

Şövqü Səfyarov Zakir Yusiflinin əlində bıçaq olduğunu görüb və qarşısını kəsərək saxlayıb, onun mağazaya daxil olmasına mane olub. Bu zaman Tural Yasini qəsdən öldürmək üçün mağazaya daxil olub. O, üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan kastet tipli alətlə Yasin Hüseynovun həyat üçün təhlükəli hesab edilən boyun və kürək nahiyələrinə bir neçə zərbə vurub. Yasin Hüseynov aldığı xəsarətlərdən ölüb.

İki gəncə üst-üstə 28 il cəza

Təqsirləndirilən şəxslər 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham ediliblər. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural İsmayıllı 14 il 6 ay, Zakir Yusifli 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Yasini başa salmaq qərarına gəldik”

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Tural İsmayıllı bildirib ki, Yasin Hüseynovu qəsdən öldürməyib. Onun sözlərinə görə, Zakir Yusifli ona mərhum Yasin Hüseynovla 11 fevral 2014-cü il tarixdə mübahisə etdiyini bildirib: “Zakir Yasinlə münasibətini aydınlaşdırmaq istədiyini bildirdi. Mən də hadisədən 4 ay əvvəl Yasinlə aramda mübahisə olduğunu və həmin vaxt Yasinin məni bıçaqla vurduğunu dedim. Yasinlə danışaraq onu başa salmaq qərarına gəldik”.

“Məni və Zakiri söydü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 12-də Yasin Zakirlə yolda rastlaşarkən maşınını saxladaraq onunla söhbət etməyə başlayıb: "Mən isə kənarda dayanaraq Zakiri gözləmişəm. Onların söhbətinin uzun çəkdiyini görərək ora yaxınlaşdım. Məsələni sülhlə yoluna qoymaq istəyərkən Yasin mənim və Zakirin ünvanına nalayiq söyüşlər söydü. Zakir bu zaman bıçaq çıxararaq Yasinin ayağına bir zərbə vurdu. Yasin avtomobildən düşərək qaçmağa başladı. Zakir ardınca qaçaraq onun sağ çiynindən də bir zərbə vurdu. Yasin yenə ünvanımıza söyüşlər söyərək Şövqinin dükanına girdi. Yenidən məni nalayiq söyüşlə söydüyündən cibimdə olan alışqan tipli üç tərəfi kəsici olan alətlə Yasini qorxutmaq məqsədi ilə əlimi o tərəf-bu tərəfə fırlatdım Həmin alət təsadüfən Yasinin boynundan dəydi. Həmin vaxt Yasin söyməkdə davam etdiyindən və buna görə də hirsli olduğumdan Yasinə başqa zərbə dəydiyini xatırlamıram. Məqsədim yalnız Yasini qorxutmaq olub. Yasini öldürməklə bağlı Zakirlə əvvəlcədən aramızda heç bir razılaşma olmayıb. Hadisədən sonra könüllü olaraq polisə təslim olmuşam”.

Mərhumun atasından ağır cəza tələbi

Tural İsmayıllı əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Yelmar Hüseynov göstərib ki, oğlu Yasin Hüseynov psixi xəstə olduğundan hərbi xidmətdən vaxtından əvvəl tərxis olunub. Onun sözlərinə görə, hadisədən 4-5 ay əvvəl oğlu Yasin ilə Tural İsmayıllı arasında mübahisə düşüb, sonra onlar barışıblar. Zərərçəkmiş oğlunun qətlə yetirilməsindən danışıb və təqsirləndirilən şəxslərə ağır cəzanın verilməsini istəyib.

Şahid qismində ifadə verən Şövqü Səfyarovun sözlərinə görə, fevralın 12-də, saat 17 radələrində mağazadаn bir qədər aralıda qara rəngli “KİA” markalı avtomaşının dayandığını görüb: “Bir neçə dəqiqə sonra bayırdan səs-küy gəldiyini, kiminsə “qoymayın, məni öldürdülər” qışqırdığını eşitdim. Çölə çıxanda adının Yasin olduğunu öyrəndiyim şəxs mağazaya daxil olaraq, özünü mağazanın giriş hissəsindən sol tərəfdə yerdə qoyulmuş şirniyyat mallarının üzərinə yıxdı. Yаsin yаrаlı idi, yеrə qаn ləkələri vardı. Zakirin əlində bıçaq mağazaya daxil olmaq istədiyini gördüm. Qarşısına çıxaraq onun mağazaya keçməsinə mane oldum. Nə istədiyini soruşduqda, Zakir ona “nə istəyəcəm, оnu vurmağa gəlmişəm”, - deyə bildirdi. Zakirin biləyindən tutaraq onun mağazaya daxil olmasına mane oldum. Sonra yaxınlıqda olan adamlar mağazanın qarşısına gəlməyə başladı. Həmin vaxt Zakir də oradan uzaqlaşdı. Dərhal içəri daxil olaraq Yasinə yaxınlaşdım. Yasin mağazanın girişindən sol tərəfdə yerdə yıxılmış vəziyyətdə, qan içində idi. Dərhal oraya yığışan adamlarla köməkləşərək Yasini “KİA” markalı avtomaşını ilə хəstəхаnаyа yоlа sаldım. Sonradan Yasinin xəstəxanada öldüyünü eşitdim. Küçədə olduğum üçün Tural İsmayıllının mağazaya necə daxil olduğunu görməmişəm. Hadisədən sonra onun mağazaya daxil olaraq Yasinin boyun nahiyəsinə bir neçə zərbə vurmasıını və daha sonra isə qaçdığını öyrənmişəm”.

Tural İsmayıllının vəkili Faiq Atakişiyev və prokuror Siyavuş Sadıqovun çıxışından sonra hakimlər qərar açıqlayıblar. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.

Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məmur qardaşını öldürənlərə ağır cəza

    Məmur qardaşını öldürənlərə ağır cəza ...

    29-03-2015, 13:19

  • 
  • Azərbaycanda məmur qardaşı öldürüldü

    Azərbaycanda məmur qardaşı öldürüldü ...

    12-02-2014, 22:29

  • 
  • 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır

    17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı ...

    19-04-2019, 13:34

  • 
  • Siyasi məhbus Asif Yusifli azadlıqda

    Siyasi məhbus Asif Yusifli azadlıqda ...

    25-11-2019, 17:28

  • 
  • Ukraynada qətl törədən və beynəlxalq axtarışda olan şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb

    Ukraynada qətl törədən və beynəlxalq axtarışda ...

    23-06-2020, 14:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu