Məhkəmə Beyləqanda 30 yaşlı oğlanı qətlə yetirən gənclərə üst-üstə 28 il cəza kəsdi
Şirvan Apellyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Beyləqan rayon sakinləri 22 yaşlı Tural İsmayıllı və 23 yaşlı Zakir Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Tural İsmayıllı və Zakir Yusifli həmyerliləri, 30 yaşlı Yasin Hüseynovu qətlə yetiriblər. Qanlı cinayət hadisəsi 2014-cü ilin fevralın 12-də baş verib.
Fevralın 11-də Zakir Yusifli Beyləqan şəhərində yerləşən “İnternet Klub”da, Beyləqan şəhər sakini Nizami Məmmədovdan siqaret istəyib. Bu zaman rayon sakini Yasin Hüseynov siqareti guya ondan istədiyini bəhanə gətirərək Zakirə kobud formada cavab verib.
Ertəsi gün gecə saatlarında Zakir Yasin Hüseynova yaşadığı Beyləqan şəhəri Y.Məmmədov küçəsindən idarə etdiyi avtomobilin maqnitofonuna yüksək səs verərək keçdiyinə görə irad tutub. Bu zaman onların arasında mübahisə yaranıb. Yasin Hüseynov mübahisə zamanı Zakirə sillə vurub və oradan gedib.
Zakir Yusifli bu hadisəni dostu Tural İsmayıllıya danışıb, Tural İsmayıllı Yasin Hüseynovun 4 ay əvvəl onu da vurduğunu bildirib. O, Zakir Yusifli ilə birgə bu hərəkətlərinə görə Yasin Hüseynovla görüşərək münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib.
Aralarında əldə etdikləri bu razılaşmadan sonra Yusifli Zakir fevralın 12-də, saat 18 radələrində Tural İsmayıllı ilə bir yerdə Beyləqan şəhəri, M.Əsədov küçəsində olduqları zaman Yasin Hüseynovun idarə etdiyi “KİA CERATO” markalı avtomaşınla
həmin küçədən keçdiyini görüb. Zakir əllə işarə edərək avtomaşını saxladıb .
Zakir Yasin Hüseynovla gecə saat 02 radələrində baş verənlər barədə mübahisə etməyə başlayıb. Bu zaman Tural İsmayıllı onların söhbətinin uzun çəkdiyini görərək avtomobilə yaxınlaşıb. Yasin Hüseynov onların hər ikisinin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbləşən Tural onu öldürmək qərarına gəlib.
Mağazada başa çatan cinayət
Bu məqsədlə Zakir və Tural öz hərəkətlərini düşünülmüş şəkildə bir-biri ilə uzlaşdırıb. Əvvəlcə avtomaşının sağ tərəfində dayanmış Zakir Yusifli Yasin Hüseynovun müqavimətini sındırıb və daha sonra onun qaçmaq imkanlarını məhdudlaşdırmaq üçün üzərində gəzdirdiyi bıçaqla ayaq nahiyəsinə bir zərbə vurmaq üçün cəhd edib.
Lakin Yasin Hüseynov dərhal avtomobildən düşdüyündən həmin zərbə ona dəyməyib. Yasin Hüseynov qaçmaq istəyərkən Zakir Yusifli ona çatıb və arxadan sağ çiyininə bıçaqla bir zərbə vurub.
Bu zaman Yasin Hüseynov “məni öldürürlər” sözlərini deyərək Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən Səfyarov Şövqü Bəxtin oğluna məxsus mağazaya tərəf qaçıb.
Yasin Hüseynovun Turalın ünvanına söyüş söyməsi və 4 ay əvvəl onu bıçaqla vurması ilə əlaqədar ona qarşı kin bəsləyib. Tural İsmayıllı da, Zakir Yusifli ilə birlikdə qisas almaq məqsədilə Yasin Hüseynovu vurmaq üçün onun arxasınca qaçıb. Yasin Hüseynov Şövqü Səfyarova məxsus mağazaya daxil olub.
Zakir Yusifli vəTural İsmayıllı da onun arxasınca mağazaya girmək istəyib. Şövqü Səfyarov Zakir Yusiflinin əlində bıçaq olduğunu görüb və onun qarşısını kəsərək saxlayıb. Zakirin mağazaya daxil olmasına mane olub. Bu zaman Tural İsmayıllı Yasin Hüseynovu qəsdən öldürmək niyyətlərini başa çatdırmaq üçün mağazaya daxil olub. O, üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan kastet tipli alətlə Yasin Hüseynovun həyat üçün təhlükəli hesab edilən boyun və kürək nahiyələrinə bir neçə zərbə vurub. Yasin Hüseynov aldığı xəsarətlərdən ölüb.
Üs-üstə 28 il cəza
Təqsirləndirilən şəxslər 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham ediliblər. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural İsmayıllı 14 il 6 ay, Zakir Yusifli 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
“Yasini başa salmaq qərarına gəldik”
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Tural İsmayıllı bildirib ki, Yasin Hüseynovu qəsdən öldürməyib. Onun sözlərinə görə, Zakir Yusifli ona mərhum
Yasin Hüseynovla 11 fevral 2014-cü il tarixdə mübahisə etdiyini bildirib: “Zakir Yasinlə münasibətini aydınlaşdırmaq istədiyini bildirdi. Mən də əvvəllərdən Yasini yaxşı bir insan kimi tanımadığımı, hadisədən 4 ay əvvəl Yasinlə aramda mübahisə olduğunu və həmin vaxt Yasinin məni bıçaqla vurduğunu dedim. Yasinlə danışaraq onu başa salmaq qərarına gəldik”.
“Məni və Zakiri söydü”
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 12-də Yasin Zakirlə yolda rastlaşarkən onun maşınını saxladaraq onunla söhbət etməyə başlayıb: Mən isə kənarda dayanaraq Zakiri gözləmişəm. Onların söhbətinin uzun çəkdiyini görərək ora yaxınlaşdım. Məsələni sülhlə yoluna qoymaq istəyərkən Yasin mənim və Zakirin ünvanına nalayiq söyüşlər söydü. Zakir bu zaman bıçaq çıxararaq Yasinin ayağına bir zərbə vurdu. Yasin avtomobildən düşərək qaçmağa başladı. Zakir ardınca qaçaraq onun sağ çiynindən də bir zərbə vurdum. Yasin yenə ünvanımıza söyüşlər söyərək Şövqinin dükanına girdi. Yenidən məni nalayiq söyüşlə söydüyündən cibimdə olan alışqan tipli üç tərəfi kəsici olan alətlə Yasini qorxutmaq məqsədi ilə əlimi o tərəf bu tərəfə fırlatdım. Həmin alət təsadüfdən Yasinin boynundan dəydi. Həmin vaxt Yasin söyməkdə davam etdiyindən və buna görə də hirsli olduğumdan Yasinə başqa zərbə dəydiyini xatırlamıram. Məqsədim yalnız Yasini qorxutmaq olub. Yasini öldürməklə bağlı Zakirlə əvvəlcədən aramızda heç bir razılaşma olmayıb. Hadisədən sonra özümü könüllü olaraq polisə təslim etmişəm”.
Tural İsmayıllı əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Yelmar Hüseynov göstərib ki,
oğlu Yasin Hüseynov psixi xəstə olduğundan hərbi xidmətdən vaxtından əvvəl təxris olunub. Onun sözlərinə görə, hadisədən 4-5 ay əvvəl oğlu Yasin ilə Tural İsmayıllı arasında mübahisə düşüb, sonra onlar barışıblar. Zərərçəkmiş oğlunun qətlə yetirilməsindən danışıb və təqsirləndirilən şəxslərə ağır cəzanın verilməsini istəyib.
Şahid: “Qoymayın məni öldürdülər” qışqırdığını eşitdim”
Şahid qismində ifadə verən Şövqü Səfyarovun sözlərinə görə, fevralın 12-də, saat 17 radələrində mağazadаn bir qədər aralıda qara rəngli “KİA” markalı avtomaşının dayandığını görüb: “Bir neçə dəqiqə sonra bayırdan səs küy gəldiyini, kiminsə “qoymayın məni öldürdülər” qışqırdığını eşitdim. Çölə çıxanda adının Yasin olduğunu öyrəndiyim şəxs mağazaya daxil olaraq, özünü mağazanın giriş hissəsindən sol tərəfdə yerdə qoyulmuş şirniyyat mallarının üzərinə yıxdı. Yаsin yаrаlı оlub, yеrə qаn ləkələri tökülüb. Zakirin əlində bıçaq mağazaya daxil olmaq istədiyini gördüm. Qarşısına çıxaraq onun mağazaya keçməsinə mane olmuşam. Nə istədiyini soruşduqda, Zakir ona “nə istəyəcəm, оnu vurmağa gəlmişəm”, -deyə bildirdi. Zakirin biləyindən tutaraq onun mağazaya daxil olmasına maneçilik etdim. Sonra yaxınlıqda olan adamlar mağazanın qarşısına gəlməyə başldı. Həmin vaxt Zakir də oradan uzaqlaşdı. Dərhal içəri daxil olaraq Yasinə yaxınlaşdım. Yasin mağazanın girişindən sol tərəfdə yerdə yıxılmış vəziyyətdə, qan içində idi. Dərhal oraya yığışan adamlarla köməkləşərək Yasini “KİA” markalı avtomaşını ilə хəstəхаnаyа yоlа sаldım. Sonradan Yasinin xəstəxanada öldüyünü eşitdim. Küçədə olduğum üçün Tural İsmayıllının mağazaya necə daxil olduğunu görməmişəm. Hadisədən sonra onun mağazaya daxil olaraq Yasinin boyun
nahiyəsinə bir neçə zərbə vurmasıını və daha sonra isə qaçdığını öyrənmişəm”.
Vəkil: “Cəza dəyişdirilməlidir”
Tural İsmayıllının vəkili Faiq Atakişiyev bildirib ki, müdafiə etdiyi şəxsin barəsində olan hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməyib: “Təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayıb. Bu səbəbdən birinci məhkəmə instansının çıxardığı hökm dəyişdirilməlidir. Tural İsmayıllının ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsindən həmin məcəllənin 126.3-cü maddəsinə tövsif edilərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza verilməlidir”.
Vəkil qeyd edb ki, Tural İsmayıllı 2-ci qrup əlildir və o, Beyləqan rayon Mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində “şəxsiyyətin orta dərəcəli emosional davamsız tip pozuntusu, özünü kəsmələrlə, sol saidin ön səthi ilə çoxsaylı təzə köhnə dəri çapıqları” diaqnozu ilə dispanser qeydiyyatındadır: “Məhkəmə hökmdə məhkum İsmayıllı Tural İsrail oğluna cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gəncliyini, əməlini qismən etiraf etməklə səmimi peşmançılığını bildirməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab etdiyini göstərsə də, faktiki olaraq cəza təyin edilərkən həmin xüsusatlar nəzərə alınmayıb. Müdafiə tərəfi hesab edir ki, apelyasiya məhkəməsi apelyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq Tural İsmayıllının əməlini Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsindən 126.3-cü maddəsinə tövsif edərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etməlidir. Hazırki cinayət hadisəsi zərərçəkmiş şəxs Yasin Hüseynovun qeyri-qanuni hərəkətlərinin təsiri altında törədilib.
Bu hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı idi. Bundan başqa, Tural İsmayıllı könüllü olaraq polisə təslim olub. Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən, bu halda yüngülləşdirici hal kimi nəzərə alınmalıdır”.
Vəkil daha sonra qeyd edib ki, Tural İsmayıllının zərərçəkmişi öldürmək fikri olmayıb: “Fiziki ağrı yetirməklə zərərçəkəni qorxutmaq məqsədi olub. Tural İsmayıllı bilmirdi ki, onun yetirdiyi xəsarətlər Yasinin ölümünə səbəb olacaq. Onun səhhətində psixi problemlər var. Müdafiəçi Tural İsmayıllının əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətmiş olmasının da nəzərə alınmalı olduğunu göstərərək şikayətin təmin edilməsini, onun əməlinin tövsifi Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə dəyişdirilməklə ona yüngül cəza verilməsini xahiş edirəm”.
Cəza dəyişmədi
Prokuror Səyavuş Sadıqov bildirib ki, Tural İsmayıllının əməli istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilib. Onun sözlərinə görə, Tural İsmayıllı Zakir Yusifli ilə razılaşmaqla cinayət törədilib. Tural İsmayılının əməlində Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin tərkibinin yaranıb: “Tural İsmayıllıya təyin edilmiş cəza ədalətlidir. Onun şikayətinin təmin edilməməsini xahiş edirəm”.
Tərəfləri dinləyən hakimlər sonda qərar açıqlayıblar. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.
Qeyd edək ki, qətlə yetrilən Yasin Hüseynovun qardaşı Kənd Təsərrüfatı Nazirliyində çalışır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?