Pakistanın Kəraçi şəhərində naməlum silahlı parlamentin təhlükəsizlik xidməti əməkdaşlarına hücum edib. Kamikadze motosikleti ilə hərbiçilərin üzərinə hərəkət edərək özünü partladıb. Nəticədə 2 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb.
Eyni gündə daha bir hücum isə, məscidə olub. Məscidin yaxınlığında motosikletə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hücumlara görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hər iki faktla bağlı istintaq araşdırması başladılıb. Polisin hücumların Taliban silahlıları tərəfindən törədildiyini ehtimal edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?