Suriyanın Qamışlı şəhərində terrorçu-kamikadze özünü restoranda partladıb, nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Bundan əvvəl Qamışlıda mayın 14-də terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 6 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Aprelin 30-da isə 5 nəfər terrorçu-kamikadzenin blok-posta hücumu nəticəsində ölüb.
Sorğu
Yeni dizaynımız necədir?