Son günlər Ermənistan ordusunun verdiyi itkilər erməni ictimaiyyətində Sarkisyan hakimiyyətinə qarşı qəzəbi daha da artırıb.
ANS TV-nin məlumatına görə, Qarabağ daşnaklarının lideri, eks-komandir, hazırda millət vəkili olan Vaan Badasyan Serj Sarkisyanın Rusiyanı, Azərbaycana silah satmaqda ittiham etməsi barədə açıqlamasının ermənilərə baha başa gəldiyini bildirib.
Erməni millət vəkilinin fikrincə, Rusiyanın Azərbaycana silah satması rəsmi Bakıdan çox, Kremlin maraqlarına uyğundur. Vaan Badasyan Azərbaycan ordusunun gücləndiyini də çəkinmədən etiraf edib.
Dünən isə cəbhə xəttində Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Bu zaman müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz qarşı tərəfə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
Baş vermiş insidentə Ermənistan mətbuatı başqa cür don geyindirməyə çalışsa da, Müdafiə Nazirliyimizin təxribata çox tutarlı cavabı verib.
Ötən gün cəbhədəki döyüş toqquşmasını təsdiq edən videogörüntülər yayılıb. Martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə istiqamətdə təxribata cəhd etməsi əksini tapıb. Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub.
Erməni tərəfi 3 əsgərini öldüyünü, 4-nün isə yaralandığı təsdiqləyib. Yaralıların vəziyyəti ağır olduğundan İrəvana hospitala aparılıb. Ermənistan Silahlı Qüvvələrinin Mərkəzi Hospitalın baş həkimi Aram Asaturyan erməni mətbuatına bildirib ki, əsgərlərdən biri qarın nahiyəsindən yara alıb, digərinin əli amputasiya olunub.
Müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?