Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.
Bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:
"Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".
Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:
"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?