Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, qətl hadisəsi ötən ilin sentyabr ayının 18-də Xırdalanda baş verib. Balakən rayon sakini 28 yaşlı Saramanov Abdulla Əmiraslan oğlu, tanışı 32 yaşlı Ramil Məmmədov arasında bir il öncə kafedə mübahisə yaranıb.
A.Saramanovun sözlərinə görə, hadisədən sonra R.Məmmədovla görüşüb söhbət etmək qərarına gəliblər.
Telefonla əlaqə zamanı isə Ramil Abdullanın ünvanına nalayiq ifadələr işlədib. Bu hadisədən bir il sonra tanışından incik qalan Abdulla Ramili yenidən axtarmağa başlayıb. Telefonla Ramili yola gətirən Abdulla ona görüş təyin edib. Abdulla Saramanov Ramil Məmmədova bıçaqla 5 dəfə xəsarət yetirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Abdulla Saramanov isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Amma Abdulla əməlinə görə, peşman olmadığını deyib.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 18-ə təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?