Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan Seymur və Murad Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qədim Babayev sədrlik edib.
Xatırladaq ki, ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində naməlum şəxs qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
İstintaq zamanı şübhəli şəxs qismində Seymurun qardaşı Murad da həbs edilib.
Məlumatla görə, qətlə yetirilən şəxs “A.M.A.Y.” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 12 il, Murad Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Seymur Məmmədov cəzasının yüngülləşdirilməsini, Murad Məmmədov isə günahsız olduğunu əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?