Dünən Gəncə şəhərində 17 yaşlı qız dəhşətli şəkildə intihar edib.
“Mahrasa bağı” adlanan ərazisində, hündürmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Fəridə Fuad qızı Məmmədova özünü 13-cü mərtəbədən atıb.
Qız hadisə yerindəcə həlak olub. Onun başının əzildiyi bildirilir.
Qeyd edək ki, Fəridə Mmmədova Gəncə şəhər orta məktəbinin 11-ci sinifində oxuyurdu. Onun savadlı, bacarıqlı şagird olduğu deyilir. İndiyə qədər ciddi problemləri olmayıb.
Hadisənin baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb. Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?