Özünü 13-cü mərtəbədən atan Fəridə Fuad Məmmədovun qızıdır. Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. “Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb. Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir. Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, “Mahrasa bağı” adlanan ərazisində, 94-cü hündürmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Fəridə Fuad qızı Məmmədova özünün 13-cü mərtəbədən atıb. Qız hadisə yerindəcə həlak olub. Onun başının əzildiyi bildirilir. Fəridə Məmmədovanın savadlı, bacarıqlı şagird olduğu deyilir. İndiyə qədər ciddi problemləri olmayıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. (lent.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?