GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qaçqınkom” sədrini bitirəcək dosye hazırdır

“Qaçqınkom” sədrini bitirəcək dosye hazırdır

Tarix: 29-03-2015, 21:49 Bölmə :Ölkə Baxış: 0
“Qaçqınkom” sədrini bitirəcək dosye hazırdır


Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun vəzifədən azad olunması gözlənilir. Bu məsələ artıq böyük ölçüdə həll olunub. Son qərarın elan olunması artıq sırf texniki məsələ sayılır və yalnız zaman amilinə bağlıdır. Seçki bitən kimi Əli Həsənovun məmur ömrü də bitəcək. İqtidardaxili proseslərdən yetərincə bilgili olan qaynağımız deyir ki, 1996-cı ildən bu vəzifədə çalışan Qaçqınkom sədri kreslosu ilə bağlı bir neçə dəfə təhlükəyə girsə də onun başı üstündəki qara buludlar heç vaxt indiki qədər sıx olmamışdı.
“Əli Həsənovun vəziyyəti bu dəfə doğrudan da çox mürəkkəbdir. Ona qarşı artıq elə ittiham irəli sürülüb ki, altından çıxması mümkünsüzdür. Özü də məsələdən birinci şəxsin də xəbəri var. Onun gördüyü işlərin, tutduğu əməllərin nəticəsi bütün hakim komandanı pis vəziyyətdə qoyub və hədsiz qəzəbləndirib. “Qaçqınkom” sədrinə olan qəzəb ona görə çox böyükdür ki, məsələ iqtidarın reputasiyası ilə birbaşa bağlıdır. Bunun seçki ərəfəsində üzə çıxması isə iri məmurlarla bağlı qərar vermək ranqında olan səlahiyyətlilərin əsəblərini bir qədər də tarıma çəkib» – deyə mənbə bildirir.
Mənbəmizin Ə.Həsənovun qəzəbə gəlməsinin konkret səbəbləri ilə bağlı dedikləri isə daha heyrətamizdir: “Hakimiyyət qaçqınların və məcburi köçkünlərin ona real münasibətini öyrənmək məqsədilə onların arasında gizli sorğu keçirib. Bu sorğunu keçirmək iqtidara yaxın qeyri-hökumət təşkilatlarından (QHT) birinə sifariş edilib. Həmin QHT də qaçqınların sıx məskunlaşdığı əksər şəhər və rayonlarda işləyib və ortaya hakimiyyətdən ötrü dəhşətə bərabər bir mənzərə çıxıb. Gizli sorğu nəticəsində məlum olub ki, qaçqınların və məcburi köçkünlərin 70-75 faizi hakimiyyətdən ciddi şəkildə narazıdır. Bu sorğunun nəticəsi Prezident Administrasiyasında lazımi şəxslərə təqdim və hərtərəfli təhlil olunub. Sonra vəziyyət başqa kanallarla bir daha yoxlanıb. Əmin olublar ki, sorğunun nəticələri real vəziyyəti düzgün əks etdirir. Müzakirələrdən sonra Əli Həsənov saraya çağırılaraq möhkəm sıxılıb. Nəticələr komitə sədrinə təqdim edilib, ondan sərt şəkildə izahat tələb olunub. Sənin yarıtmaz fəaliyyətinin nəticəsidir 1 milyon insan hakimiyyətdən narazıdır» ittihamı ilə üzləşən Qaçqınkom sədri Prezident Administrasiyasından əzilmiş halda çıxıb».
Qaynağımız onu da deyir ki, məsələ təkcə tənbeh-danlaqla bitməyib. Gizli sorğunun nəticələrindən yola çıxan yuxarılar müvafiq strukturlara Qaçqınkomun fəaliyyəti ilə bağlı hərtərəfli araşdırmalara başlamaq göstərişi veriblər. Bu zaman daha betər faktlar üzə çıxıb. Onlardan biri BMT-nin azərbaycanlı qaçqın-köçkünlərə hər il ayırdığı yardımların talan edilməsi ilə bağlı olub. Söhbət on milyonlarla manatlıq yeyinti faktlarından gedir. Bu haqda danışan qaynağımız deyir ki, BMT-nin yardımları Qaçqınkom tərəfindən çox primitiv üsulla əridilirmiş: “Komitə rəhbərliyi ayrılan maliyyə vəsaitinin qaçqınlar üçün guya hətta çadır alınmasına sərf edildiyini bildirib. Halbuki çadır söhbəti çoxdan qurtarıb. Bütün çadır şəhərcikləri prezidentin göstərişi ilə çoxdan ləğv olunub, rayonlardakı qaçqın-köçkünlər üçün qəsəbələr salınıb. Çadır şəhərciyi yoxdursa, komitə çadırları harada qurub? Bu sual Əli Həsənova da verilib”. .
Amma cənab Həsənovun problemləri bununla da bitmir. Qaynağımız Qaçqınkomun əli ilə həyata keçirilmiş kvota maxinasiyası barədə də danışır. Onun dediyinə görə, bu sahədə də inanılmaz qaranlıq işlər var: “Bəlli olduğu kimi, hökumət xüsusilə də Bakı və Sumqayıtda yaşayan qaçqınlara aylıq işıq və qaz kvotası müəyyən edib. Hər bir qaçqın ailəsi həmin kvota ilə müəyyən olunmuş qədər qaz və işıqdan pulsuz istifadə edə bilər. Hökumət “Azəriqaz”la Bakıelektrikşəbəkə yə çatmalı olan bu pulu hər ay Qaçqınkomun hesabına köçürür, sonuncu da öz növbəsində həmin qurumlarla hesablaşır. Yəni Qaçqınkom bu kvota ilə nəzərdə tutulan pulları hər ay “Azəriqaz”la “Bakıelektrikşəbəkə” yə ödəməlidir. Amma yoxlamalar zamanı məlum olub ki, elə ailələr var ki, onlara son vaxtlar hətta 3-4 min manat işıq borcu gəlib. Araşdırma onu da üzə çıxarıb ki, komitə hökumətin ayırdığı pulları “Azəriqaz”la “Bakıelektrikşəbəkə”yə ödəməyib. O pulların harada olduğunu bilən də yoxdur. Amma komitədə bilməmiş olmazlar».
Sonda onu da deyək ki, Əli Həsənovun yerinə gətiriləcək şəxs də bəllidir. O, qaçqın rayonlarından birinin icra başçısıdır. Həmin şəxsin adı redaksiyamıza məlumdur. Bircə onu deyə bilərik ki, onun hakim ailəyə qohumluğu da çatır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mediada gündəm olan ƏLİ HƏSƏNOV sükutu pozdu - Qaçqınkom sədri nəvəsinin törətdiyi qəzadan danışdı

    Mediada gündəm olan ƏLİ HƏSƏNOV sükutu pozdu - ...

    6-08-2017, 17:41

  • 
  • “Qaçqınkom”da kütləvi ixtisar başlayır - İddia

    “Qaçqınkom”da kütləvi ixtisar başlayır - İddia ...

    14-05-2017, 20:29

  • 
  • Əli Həsənovun yeni maxnasiyaları

    Əli Həsənovun yeni maxnasiyaları ...

    1-01-2013, 14:57

  • 
  • "Qaçqınkom" aparatı rəhbərinin müavini işdən çıxarılıb

    "Qaçqınkom" aparatı rəhbərinin müavini ...

    6-06-2018, 13:24

  • 
  • Hafiz Hacıyevdən “Qaçqınkom” sədrinə ağır suçlamalar- "Əli Həsənov bir gün də olsun vəzifədə qalmamalıdır"

    Hafiz Hacıyevdən “Qaçqınkom” sədrinə ağır ...

    23-08-2017, 14:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (63)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu