Bu dəqiqələrdə isə İstanbulda "Gezi parkı" hadisələri zaman göz yaşardıcı qaz kapsulasının başına dəyməsi ilə dünyasını dəyişən Berkin Elvanın işinə baxan prokuror girov götürülüb.
Avropa.info xəbər verir ki, terrorçu DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesiİnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) qruplaşmasının üzvünün Twitter vasitəsilə prokuror Mehmet Seelimin başına tapança dayamış halda şəkli yayımlanıb.
Terrorçu şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə Türkiyə vaxtı ilə saat 15:36-da prokuroru öldürəcəyini bildirib.
Terrorçuların tələbləri:
1-Berkin Elvanı qətlə yetirən polislər canlı yayına çıxaraq etiraf etməlidirlər.
2-Polislər mülki məhkəmələrdə mühakimə olunsunlar.
3-Bu gün qədər Berkin Elvan üçün keçirilən aksiyalarda iştirak etdikləri üçün həbs olunanlar, işdən qovulanlar haqda ittihamların ləğv olunması.
4-Hadisə yerindən təhlükəsiz bir şəkildə ayrılmaq.
5-Yaradılacaq bir heyətlə danışıqlar aparmaq.
*** ***
Türkiyənin bir çox iri şəhərlərində elektrik enerjisinin verilməsində problemlər yaşanıb.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin paytaxtı da daxil olmaqla, İstanbul, İzmir, Bursa, Adana, Dənizli, Antalya və digər şəhərləri də daxil olmaqla 40 yaxın şəhərdə elektik enerjisi kəsilib.
Türkiyənin bu şəhərlərində işıqların sönməsinin səbəbi hələlik məlum deyil. Türkiyənin baş naziri Əhməd Davudoğlu Enerji Nazirliyində toplantı keçirdiklərini deyib. Davudoğlu qeyd edib ki, terror ehtimalı da daxil olmaqla hər cür ehtimal müzakirəyə çıxarılıb. Baş nazir deyib ki, problem elektirk qaynaqlarında ola bilər.
Qeyd edək ki, İstanbul metrosunda qatarların hərəkəti dayandığından sərnişin daşımasında problemlər yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?