Fransada daha bir girovgötürmə hadisəsi baş verib.
Musavat.com-un məlumatına görə, Fransa polisi bu haqda məlumat verib. Polislər Parisin Kolombes səmtində bir poçtda girovlar olduğunu bildirib.
Ən azı 3 nəfərin girov götürüldüyü ehtimal edilir.
Verilən məlumatlara görə, 1 nəfər silahlı şəxs yerli vaxtla saat 14:00 radələrində poçta girərək iki nəfəri girov götürüb. Hazırda polislər hadisə yerindədirlər.
Ərazidə bir polis helikopterinin də uçduğu bildirilir. İlkin məlumata əsasən hadisənin terror yox, soyğun olduğu ehtimal edilir.
Sorğu
Yeni dizaynımız necədir?