GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aqiyə Naxçıvanlı Misir Mərdanovu saymır

Aqiyə Naxçıvanlı Misir Mərdanovu saymır

Tarix: 5-02-2013, 10:53 Bölmə :Ölkə Baxış: 1 112
Aqiyə Naxçıvanlı Misir Mərdanovu saymır

Rektor Ramiz Mehdiyevə arxalanır?

Çalışan qədər müəyyən güzəştlərə getməklə, dövləti vəzifə tutanların adlarını hallandırmaqdan yan ötmək istədik, “düzələr” , “düzələcək”, misallı nümunələrlə bu günü sabaha caladıq. Amma deyəsən bəzi məmurların, təhsil sahəsində çalışan deputat nişanlı şəxslərin adları tənqidi yazılarda hallandıqca bundan ləzzət alırlar. Hardasa islah olunmaq, səhvlərdən nəticə çıxartmaq əvəzinə əməllərinə yenilərini də əlavə edirlər. Bu istiqamət xətti təhsil sahəsində də pis bir şəkil almaqla təzahür edir. Buna təəssüflənirik. Təəssüflənirik deyirik həmdə ona görə ki, sanki baş verənlərdən Təhsil naziri Misir Mərdanovun həqiqətən xəbəri yoxdur?!
Həqiqətənmi, təhsil nazirinin, nazirliyin təsiscisi olduğu Azərbaycan Müəllimlər İnstitutunun xətti ilə həyat “keçirilənlərdən” rektor, millət vəkili Aqiyə Naxçıvanlının mütləq hakim şəxs rolunda çıxış etməsindən xəbəri yoxdur? Bunun qarşısını alacaq şəxs kimi ümidli gözlər Misir müəllim sizə dikilməyibmi? Həqiqətənmi, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru Orucəli müəllim Zaqatala filialına yeri dəyişdirilir nazirin xəbəri yoxdur?! Həqiqətənmi, təsisçisi olduğunuz Azərbaycan Müəllimlər İnstitutuna aidiyyətiniz yoxdur?! Bəlkə prezidentin 13 iyun 2000-ci il tarixli fərmanını da yadınızdan çıxartmısız? Bu fərmanında açıqca göstərilib, yerli filialların təsisçilik hüququ Təhsil nazirliyinə məxsusdur. Ədiliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış nizamnamənin punktlarında bu açıqca göstərilib, hüquqi statusa malik dövlət təhsil müəssisəsi kimi 349 saylı prezident sərəncamı ilə Təhsil Nazirliyinə tabe edilib, Azərbaycan Müəllimlər İnstitutunun yerli filialları. Bəlkə bu da yalandır cənab nazir? Yox! Elə isə necə ola bilir Mingəçevir filialının direktoru Zaqatalaya dəyişdirilir sizin xəbəriniz yoxdur. Yaxud da Şamaxı filialının keçmiş direktoru təcrübəli təhsil işçisi işdən çıxarılır, amma onun yerini verə bilməyəcək başqası təyin olunur. Hər şey alver predmetinə çevrilir, pis bir formada təzahür edir. Suallar olunur, Malik, İsa, Məmməd kimi təcrübəli professorları, təhsil işçilərini kimlər əvəz edir? Axı siz də çox yaxşı bilirsiniz ki, cənab nazir dövrünə görə Heydər Əliyev Azərbaycan Müəllimlər İnstitutunun yerli filiallarını yaratmaqla bölgələrdə təhsilin inkişafını nəzərdə tutmuşdu. Həm də onu nəzərdə tutmuşdu ki, filiallara rəhbərlik edən şəxslər hərtərəfli nəzərə çarpan dərəcədə savadlı, intellektual şəxslər olsun. Bu hazırda belədirmi?
Həmçinin filialların nazirlik tərəfindən elmi şuraları yaradıldı. Elmi şura bütün problemləri həll edib qərar verən ali orqan deyildimi?! Elmi şuraların mahiyyəti nədən ibarət idi?! Bu ali orqan seçkili orqanlar dekan, kafedra müdirlərini təyin etməməli idimi?! Bəli! Elə isə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı niyə müstəqil qərarlar qəbul edir, filiallara direktor, direktor müavinlərini təyin edir, dekan, kafedra müdirləri üçün elanlar verir, təhsilə bir baxışlı mövqe sərgiləyir. Nədir bu prosesdə onun məqsədi? Yox əksinədirsə elmi şuralar niyə yaradıldı? Sizdən soruşmazlarmı siz kimsiniz, sizin vəzifəniz harada tamamlanır, cənab nazir? Nədən Aqiyə xanımdan ehtiyat olunur? Bəlkə Ramiz Mehdiyevə arxalanir və yaxud onun adından istifadə edir, hələ də bu məsələni özunuz uçun dəqiqləşdirə bilmirsiniz? Bu səbəbdəndir ki indi də elan verib dekan kafedra müdiri təyinatını Aqiyə xanim mustəqil həyata keçirdir, “zaçotka” tələbə bileti və.s məsələləri belə nəzarətində saxlayir. Bunun bir adı, bir səbəbi olmamiş olmaz yəqin ki, cənab nazir?!
Elmi suraların isə hazırda bir qoz qabığı qədər fəaliyyəti qalmayıb. Diplomu verəndə, istənilən səxsi, istənilən filiala təyin edib, isə götürəndə Aqiyə Naxçıvanlıdır. Nəticədə rektorun nədən Ramiz Mehdiyevə arxalanması belə aydin olur.Azərbaycan Müəllimlər İnstitutu deyiləndə Aqiyə xanım-Aqiyə xanım səslənəndə Azərbaycan Müəllimlər İnstitutunun sahibinin kim oldugu müəyyənləşir.Yoxsa Aqiyə xanımın bir dövlət müəssisəsinə rəhbərlik etməsi dövlət müəssisəsini Məhdud Məsuliyyətli Cəmiyətlə qarışıq salıb üç möhurlə işləməsinə siz tərəfindən bir aydınlıq gətirilərdi. Dövlət sənəd və diplomlarını təsdiq etmək üçün ayrı,mal alıb satmaq üçün digər,təhsil nazirliyi əvəzinə MMC əks olunan “peçatlardan”istifadə olunmazdı,qaranlıq maliyə sövdələşmələrində iştirakına görə Azərbaycan Müəllimlər İnstitutunun iştirakını nəzərdə tutan, “Mxqo”MMC,”Fərid-X”MMC,”Satutun”MMC,”Neptun-İR”MMC,”Alyans-2009”,Sprint LTD”MMC v.s adinı qeyd etmədiyimiz onlarla əməliyatlara hansı məqsədlə qol qoyulduğu aydınlaşardı. Axırıncı doqquz ayda filiallara təyin olunan şəxslərdən alınan 150-200 min manatlarla vəsaitin gəzdirdiyi söz,söhbətlərə nöqtə qoyulardı.
Soruşmazlarmı Dövlət təhsil müəssəsinin MMC- lə nə əlaqəsi. Bunu soruşub, nə baş verdiyini bilməzlərmi, cənab nazir? Bu məsələnidəmi ölkə prizidenti səsləndirməli sonra hərəkətə keçilməlidir. Elə deyilmi cənab nazir ? bütün bunlardan bir daha görünurki, təhsil sistemində qanunsuzluq baş alıb gedir, hüquqa zidd hərəkətlər qanunun aliliyinə kölgə salir, şəxsi prinsiplərə üstünlük verilir.
Bu gün bölgələrdə istedadlı gənclər maddi imkansızlıq ucbatından paytaxtda oxuya bilmir, Azərbaycan Müəllimlər İnistitutunun filiallarına üstünlük verir. Deməli bu fikirlərin önəmi günbəgün artır, bu isə yeni baxışlar, yanaşmalar tələb edir. Hazırda isə bunun əksinədir, çünki savadlılar vurulur, onların yerinə təcrübəsiz , təşəbbüsü olmayan, savadsız kadrlar yerləşdirilir, buna isə göz yumulur, cənab nazir. Aqiyə Naxçıvanlı mütləq hakim şəxs rolunda çıxış edir, səhvlərə yol verir. Azərbaycan Müəllimlər İnistitutunda isə pulun gücü ilə hər şey satın alınır. Sanki, biz burjua cəmiyyətində, ədalətsiz qurluşda yaşayırıq kimi bir vəziyyətə yol açır.Nəticədə ali məqsədə xidmət edirki, təhsilin inkişafı, pedaqoji kadrların yetişdirilməsi,gələcək illərə hesablanan naliyyətlər haqqında danışmağın biraz sonra heç bir önəmi olmayacaqdır. Elə deyilmi cənab nazir, təhsil naziri Misir Mərdanov ?
Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama

    Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama ...

    25-01-2014, 11:38

  • 
  • Misir Mərdanovun müavin problemi

    Misir Mərdanovun müavin problemi ...

    27-02-2013, 11:20

  • 
  • Saxta diplom qalmaqalı böyüyür (VİDEO)

    Saxta diplom qalmaqalı böyüyür (VİDEO) ...

    22-01-2014, 00:06

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Aqiyə Naxçıvanlının işçisi saxta diplom satarkən yaxalandı

    Aqiyə Naxçıvanlının işçisi saxta diplom satarkən ...

    8-02-2013, 11:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu