Mikayıl Cabbarov keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib. A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik “Azərbaycanın təhsil tarixi” kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisasca menecmentdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?