GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Ayda 3 min manat qazanıram" - Misir Mərdanov

"Ayda 3 min manat qazanıram" - Misir Mərdanov

Tarix: 31-03-2015, 20:36 Bölmə :Ölkə Baxış: 0
"Ayda 3 min manat qazanıram" - Misir Mərdanov

Sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov İnter.az-a maraqlı müsahibə verib. İnstitut direktoru rəsmi suallara cavab verdikdən sonra qeyri-rəsmi sualları da səmimiyyətlə cavablandırıb.

Həmin müsahibəni ixtisarla təqdim edirik.

-İlk məvacibinizi xatirlayırsınız? Nə qədər olub?

-O zaman Bakı Dövlət Universitetində müəllim kimi işləyərkən almışam. Müdafiə etməmiş çox az idi. Amma müdafiə etdikdən sonra o vaxtın pulu ilə 200 manat . Dekan müavini işləyəndən sonra isə 430 manat pul alırdım. O zaman üçün böyük pul idi. Məsələn, deputatın, raykom katibinin maaşından artıq pul idi. Yəni bir ailəni o pulla dolandırmaq kifayət idi.

- İndi vəziyyət necədi? Məvacibinizlə ailəni dolandıra bilirsinizmi?

-Belə deyim ki, uzun müddət dövlət işində işlədiyimə görə, yüksək təqaüd alıram. Yəni 2200 manata yaxın təqaüd alıram. İşlədiyim institutda isə orta hesabla isə ayda 900 manat məvacib alıram. Allah bərəkət versin. Aylıq gəlirim 3000 manatdan çox edir. Ola bilər qrantlar filan da olsun. Proqramlar üzərində işləyirik. Ailədə iki nəfərik. Həyat yoldaşım və mən. Ona görə də məvacibim tamamilə kifayət edir.

-İnstitutda nə işlər görürsünüz?

-Mən instituta gələndən sonra riyaziyatdan 3 elmi jurnal çap olunur. Onlardan 2 –si ingilis dilində çıxır. Həmin 3 jurnala direktor kimi mən rəhbərlik edirəm. Onu cda deyim ki hər ik dünyada çıxan jurnallar dünyanın müxtəlif agentlikləri tərəfindən qiymətləndirilir. Təəssüf ki, bu gün dünyanın ən səviyyəli agentliyi olan Thomson Reutersin siyahısında olan 10 min jurnalın içində Azərbaycandan bir jurnalın adı var. O da Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyatfakültəsinin buraxdığı jurnaldır. Ümumi məqsədimiz dünya agentlikləri siyahısında jurnallarımızın reytinqini qaldırmaqdır. Thomson Reutersin siyahısına daxil olan jurnalda məqalə çap etdirən alimin hər məqaləsinə 300 manat mükafat verilir. 33 məqalə var idi.Onların hər birinə 300 manat mükafat verdik. Əlbətdə alimlərin bu günkü maaşlarının yüksəkliyindən danışmaq olmaz. Amma onlar yalnız burada işləmirlər. İnstitutla yanaşı digər yerlərdə də işləyirlər. Ola bilər bir neçə yerdə işləsinlər. Biz onlara da şərait yaradırıq. Hər halda hesab edirəm ki, tanınmış alimlərimiz öz ailələrinin sosial xərclərini ödəyə bilirlər.

-Uşaqlığınızı necə xatırlayırsınız?

-Uşaqlığım indi Ermənistan adlanan Ermənistan Respublikasının İcevan rayonunun Göyərçin və Salah kəndində keçib. İbtidai və yeddillik təhsilimi Salah kəndində almışam. Bizim kənddə orta məktəb olmadığına görə orta təhsilimi qonşu kənddə Poladda almışam. Yalnız qışdan başqa hər gün 4 kilometr məsafəni piyada gedib-gələrdik. Tək qışda Polad kəndində qalardıq. Hər gün 8 kilometr yolu sinif yoldaşlarımla deyə-gülə gəlirdik. Çox gözəl müəllimlərim olub. Çox yaxşı xatırlayıram. İlk olaraq anamı xatırlayıram. Sağdır yaşayır. Gülxanım müəllimə ibtidai sinifdə bizə yazmağı öyrədib. Novruz müəllim riyaziyyat üməllimimiz olub. Səyyad, Alı, Dursun, Mirzə müəllim yeddincisinfə kimi mənə dərs deyib. Poladda dərs deyən müəllimlərimi də xatırlayıram. O zaman indikindən fərli olaraq oxuyana, ziyallıya çox böyük hörmət var idi. Yadımdadır atam İkindi Dünya Maharibəsindən əvvəl İrəvanda Azərbaycan dilində pedaqoji məkltəbi bitirib. Daha sonra müharibəyə gedir qayıdanda isə rəhbər vəzifələrdə çalışır. Yəni ailəmiz ziyalı ailə olub. 3 bacı,3 qardaş olmuşuq.

-Qardaş, bacılarınızla münasibətləriniz necədir?

-Əlbbətdə, mən böyükləri olmuşam .İndi hamı köçüb gəlib Bakıda yaşayırıq. Təkcə kiçik bacım Moskvada yaşayır. Qalanlarımız Bakıda yaşayıq. Qardaşımın biri İlham Mərdanov riyaziyyat üzrə elmlər doktorudur, professordur. İndi həm Pedoqoji Universitetdə çalışır, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyir. İkinci qardaşım Əli Mərdanov Şabran rayon Polis Şöbəsinin rəisidir. Böyük bacım Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimə işləyir. Əməkdar müəllimdir. Ondan kiçik bacım tibb elmləri namizədidir. Azərbaycan Dövlət Tibb Universitetində Anotomiya kafedrasının dosentidir. Kiçik bacım Zeynəb də Moskvada yaşayır. İndi təqaüdə çıxıb.

-Övladlarınız nə işlə məşğuldur?

-Üç övladım var. İki qızım, bir oğlum. Oğlum Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Böyük qızım evdar qadındır. Uşağı körpə olduğundan onunla məşğuldur. Kiçik qızım da Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllimədir, dosentdir.

-Nəvələriniz şirin olar?

- Yeddi nəvəm var. Bu yaxınlarda böyük nəvəim toyunu etdik. Qalan nəvələrim də yavaş-yavaş böyüyürlər. Hələlik məktəbdə oxuyurlar.

-Daha çox hansı babalarına oxşuyurlar?

-Nə bilim. Desəm ki, babalarına oxşuyan yoxdu daha düz olar.

-Hazırda Bakıda harada yaşayırsdınız?

-May ayında dörd il olacaq ki, Novxanıda bağ evində yaşayıram.Qışda da, yayda da ordayam. Orada hər bir şəraitimiz var. Cavan vaxtı Bakıda müxtəlif yerlərdə yaşamışam. 9-cu mikrarayonda evim olub. Sonralar evi bacımgilə verdim. Sonra "Sovetsk”i deyilən yerə gəlmişəm, təzə tikilən binada yaşamışam. Dənizkənarında evim var. O evim indi də qalır. Amma indi orada yaşamırıq. Arada-bir gedib baxıram.

-Maşınınızı özünüz sürürsünüz?

-Özümün şəxsi avtomobilini həmişə özüm sürmüşəm. Hhəftənin 6-ci, bazar günləri, bayram günləri sürücünü evinə göndərmişəm ki onun da ailəsi var. Ailəsi ilə istirahət etsin. Özüm maşın sürmək həvəskarıyam.

-Bərk sürürsünüz?

-Bəli, yol yaxşı olsa sürürəm

-Radara düşdüyünüz vaxt olub?

-İki ilə yaxındır nazir deyiləm. Amma insanlardan çox hörmət görmüşəm. Əsasən də avtomobil müfəttişlərindən. Hətta qaydanı bilmiyərəkdən pozanda da "Hə, Misir məllim sizsizmi? Nə kömək lazımdır, sürün gedin” deyiblər. Yəni hansı qapını açıramsa, hansı müəssisəyə gedirəmsə orada hörmət görürəm.

-İstirahət etməyi sevirsiniz? Bu yay harda dincələcəksiniz?

-İsmayıllıda Zərgəran kəndində mənim evim var. Haradasa 10 gün güclü istilər olanda gedib orda dincələcəm. 10 gün İstanbulda, 10 gün də Almaniyada. Qohumlarımın çoxu Almaniyada yaşayırlar. Həm onlarla görüşmək, həm də qaynatam, qaynanam orada dəfn olunub, onların məzarını ziyarət edirik.

-Övladlarınızın sizə işi çox düşür?

-Əksinə daha çox mən zəng edirəm. Hətta arada yoldaşım deyir ki, nə istəyirsən uşaqlardan. Məsələn, oğlum 40-yaşını keçib. Amma hər gün əlaqə saxlayıram. Onlarla hal-əhval tutmasam, problemləri ilə tanış olmasan rahat ola bilmirəm. Eləcə də bacı-qardaşlarımla. Hər həftə görüşürük.

-Mənfi xüsusiyyətləriniz varmı?

- Əlbbətdə. Hamının müsbət xasiyyəti olduğu kimi, mənfiləri də var. Məsələn, yoldaşım məni qınayır. Hər gün çox tez oyanıram. Hər gün bir saat. Günün xəbərlərini izləyirəm. Daha sonra özümün riyazi məsələləri ilə məşğul oluarm. Bütün bunlardan sonra bir saat gəzməyə çıxıram. Sonra isə uşaqlardan hal-əhval tuturam. Həmişə yoldaşım mənə irad tutur ki, qoymarsan uşaqlar yatsın. Mənfi xüsusiyyətimin biri odur. Bəlkədə mənfilərimdən biri də insanlara tez inanmağımdır. Uzun illərin təcrübəsidir ki, insanlara inanmışam amma sonra görmüşəm ki hamıya inanmaq düzgün deyil.

-Həyat yoldaşınızla tanışlığınızdan, ailə qurmağınızdan danışardınız.

-Həyat yoldaşım öz kəndçimiz olub. Onun atası Salah kəndindən anası isə alman olub. Elədə yaxın olmasaq da ailə qurmağımızda mənim və onun valideynlərinin rolu olub. Onlar bir-birini daha yaxın tanıyıblar. Mənim atam yüksək nüfuza sahib olduğundan onun sözünü iki eliyə bilməzdik. Peşman deyiləm. 3 övladım, 7 nəvəm var. 44 il narazılıq etməmişik, yəqin ki bundan sonra da etmərik. Atama rəhmət oxuyuram ki, belə bir əməlisaleh insanla ailə qurmağıma şərait yaradıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanov: "Nə qədər ayağımın altını qazsalar da, yıxılmaram"

    Misir Mərdanov: "Nə qədər ayağımın altını ...

    1-04-2015, 14:35

  • 
  • Misir Mərdanov avtomobil qəzasına düşdü

    Misir Mərdanov avtomobil qəzasına düşdü ...

    27-03-2019, 14:11

  • 
  • Misir Mərdanov valideynlərə müraciət etdi

    Misir Mərdanov valideynlərə müraciət etdi ...

    18-12-2012, 13:42

  • 
  • Misir Mərdanov planlarından danişdı

    Misir Mərdanov planlarından danişdı ...

    2-05-2013, 11:27

  • 
  • Misir Mərdanov bina istəyir

    Misir Mərdanov bina istəyir ...

    24-12-2013, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu