GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samir Şərifov icra başçıları ilə gizli anlaşıb

Samir Şərifov icra başçıları ilə gizli anlaşıb

Tarix: 1-04-2015, 15:58 Bölmə :Ölkə Baxış: 0
Samir Şərifov icra başçıları ilə gizli anlaşıb

Maliyyə naziri Mikayıl Cabbarovla yaxınlığı isə təhsildəki neqativ halların gizlədilməsinə səbəb olur

Məlum olduğu kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumat yayıb.

«Gündəm xəbər»in məlumatına görə, nazirliyin yaydığı məlumatda bildirilir ki, 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb:

«Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.

Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib. Mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib. Həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılıb, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib».

Göründüyü kimi, nazirlik rəsmi şəkildə 14 icra başçısının fəaliyyətinin təftiş edildiyini bildirməklə yanaşı, ölkənin təhsil sistemində ən açıq korrupsiya faktlarının birinin üzərində araşdırma aparıb:

«Amma məsələnin ən maraqlı tərəfi budur ki, yoxlama aparılan qurumlardan yalnız biri haqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə material göndərildiyi bildirilib. Bu isə ortaya yeni şübhələr çıxarıb».

Bizi məlumatlandıran mənbənin sözlərinə görə, təftiş edilən 14 rayonun icra başçıları və digər qurumların rəhbərləri rayon maliyyə idarələrinin vasitəsilə Maliyyə Nazirliyi ilə gizli anlaşmaya gediblər:

«Bunun nəticəsində yoxlama ciddi korrupsiya faktlarını gizlədərək, aidiyyatı orqanlara müvafiq tədbir görülməsi üçün təqdim etməyib. Yalnız bir rayonda ciddi əhəmiyyəti olmayan bir sahə üzrə toplanmış materiallar prokurorluğa göndərilib. Bu isə icra başçısı ilə maliyyəçilərin anlaşması qənaətini gücləndirir. Görünür, rayon maliyyə idarələrinin rəisləri öz həmkarları ilə icra başçılarıınn xeyrinə danışıqları müsbət sonlandıra biliblər».

Ölkə təhsili üzrə aparılan yoxlamalara gəlincə isə, müsahibimiz deyir ki, Samir Şərifov bu sahə üzrə radikal qərar vermək istəyində ola bilməz:

«Samir Şərifov təhsil naziri Mikayıl Cabbarovla eyni qruplaşmada təmsil olunur. Bundan əlavə, Samir Şərifovun müavini Azər Bayramovun doğma qardaşı Ceyhun Bayramov hazırda Mikayıl Cabbarovun “sağ əl”i rolunu oynayır. Digər yandan yoxlama aparan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşının da məhz Mikayıl Cabbarovun istəyi və təqdimatı ilə rektor olduğunu nəzərə alsaq, o zaman bu xidmətin təhsildəki neqativ halları üzə çıxaracağı mümkünsüz görünür. Görünür, Mikayıl Cabbarov və rayon təhsil idarələrinin rəisləri də buna arxayın olaraq, talançılıqla məşğul olurlar».

Bu və ya digər istiqamətlərdə araşdırmalarımız davam edəcək.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 5 rayon İH-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlandı

    5 rayon İH-nin fəaliyyətində ciddi nöqsanlar ...

    26-07-2017, 13:12

  • 
  • Samir Şərifov rəqiblərinə güc nümayişinə başlayıb – İDDİA

    Samir Şərifov rəqiblərinə güc nümayişinə başlayıb ...

    29-01-2018, 11:49

  • 
  • Maliyyə Nazirliyi 321 vəzifəli şəxsi cərimələdi

    Maliyyə Nazirliyi 321 vəzifəli şəxsi cərimələdi ...

    26-07-2017, 13:05

  • 
  • Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edildi

    Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi ...

    12-08-2016, 23:51

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu