İstanbulda ədliyyə binasına hücum edərək prokuror Mehmet Səlim Kirazı öldürən və özü də polislər tərəfindən vurulan Şafak Yaylanın meyiti Giresun vilayətinə göndərilib.
Avropa.info xəbər verir ki, Giresunun Çanakçı rayonunda bir qrup rayon sakini yolu kəsərək terrorçunun cənazəsinin rayona daxil olmasına mane olmaq istəyib.
Məsələyə müdaxilə etmək istəyən polislə yolu kəsən rayon sakinləri arasında qarşıdurma yaranıb.
Daha sonra həmin şəxslər terrorçunun ailəsinə aid olan evi daşa basıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?