Oktyabrın 28-də Bakıda polislə bir qrup şəxs arasında qarşıdurma olub.
Lent.az-ın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu Rayon Məhkəməsinin inzibati binasının qarşısında baş verib. Bir qrup şəxs Penitensiar xidmətin xüsusi avtomobili ilə məhkəmə binası qarşısına gətirilən məhbusların binaya daxil olmasına imkan verməyib. Həmin şəxslər Ədliyyə Nazirliyinə məxsus olan avtomobili dövrəyə alıblar.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onlar Penitensiar xidmətin nəzarətçiləri ilə birlikdə məhkəmə iclasının gedişinə mane olan şəxsləri uzaqlaşdırmağa çalışıblar. Bu zaman mülki şəxslərlə polislər arasında qarşıdurma yaranıb. Həmin şəxslər dəmir parçası və digər əşyalarla polisə hücum ediblər. İnsident zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Lent.az yaralanan polislərdən ikisinin adını dəqiqləşdirib. Bunlar polis serjantları Fərəməz İmanov və Samir İsmayılovdur.
Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, qanunazidd əməllərin fəal iştirakçılarından bir neçəsi polis tərəfindən saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?