SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun olduğu maşın Moskvanın şimalında qəzaya düşüb.
“Qafqazinfo” Lifenews.ru-ya istinadən xəbər verir ki, qəzadan sonra siyasətçinin arxasınca ikinci avtomobili göndəriblər və o, öz ayaqları üstə maşını dəyişərək yoluna davam edib.
Qorbaçov özü yol qəzasıyla bağlı xəbəri təsdiqləyib. Onun sözlərinə görə, sözügedən qəza iş qrafikinə belə təsir etməyib:
“Təkcə maşına ziyan dəyib. Nə mən, nə də sürücümə heç nə olmayıb. Mənimlə birgə təhlükəsizlik xidmətinin zabiti gedirdi. O, məsələnin araşdırılması üçün hadisə yerində qaldı. Qəzada kimin günahkar olmasını da bilmirəm, biz sadəcə ümumi zolaqda, bütün maşınlarla birgə gedirdik”.
Hazırda qəza baş verən ərazidə polis əməkdaşları araşdırma aparırlar.
İlkin məlumata görə, Qorbaçovun maşını xüsusi siqnalların müşayiəti ilə qarşı yolda hərəkətdə olub. Öz yolu ilə gələn “Reno” markalı maşın isə nəzarəti itirərək Qorbaçovun maşını ilə toqquşub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?